"YAXŞILAŞMADAN SÖHBƏT GEDƏ BİLMƏZ..." - Bəhram Bağırzadənin həyat yoldaşı(Yeniləndi)

"Bəhram Bağırzadənin vəziyyəti dünəndən bu yana stabildir, hələ ki, yaxşılaşmadan söhbət gedə bilməz". Bunu APA-ya açıqlamasında, Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

O bildirib ki, Bəhram Bağırzadəyə ağciyər köçürülməsi söhbəti yoxdur: “Mehriban xanım özü şəxsən nəzarətə götürüb, hazırda durumu stabildir. Sadəcə dua edirik ki, səhhəti düzəlsin”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

Məlumat üçün bildirək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.

***

Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə "Report"a Mərkəz Gömrük Hospitalının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

"Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Dünya təcrübəsində ağciyər toxumasının 75%-i üzərində olan zədələnmələrində COVID-19 xəstələrinin yaşamaq şansının çox az olduğu bidirilir.

Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihaz ına qoşulmasına qərar verilib. Qeyd edək ki, EKMO- ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Bu gün gecə saat 02:00 radələrində Mərkəzi Gömrük Hospitalının reanimatoloqları və cərrahları tərəfindən xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.

EKMO dəstəyi ilə birlikdə intensiv müalicəsi davam edən aktyorun ailəsinə və sevənlərinə səbir diləyir, sənətkarımıza bu çətin mübarizədə şəfa arzu edirik.

Dövlət Gömrük Komitəsinin və TƏBİB-in dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında koronavirus COVID-19 xəstələrinə bütün tibbi xidmətlər tamamilə pulsuz həyata keçirilir.

COVID-19 xəstələrinə bütün xidmətlər təmamilə pulsuz həyata keçirilir", məlumatda bildirilib.

***

"Bakılı oğlanları”ın digər iştirakçısı, "Planet parni iz Baku" teatrının rəhbəri Tahir İmanov virtualaz.org-a məlumat verib ki, Bəhram Bağırzadə ağır vəziyyətdə reanimasiya şöbəsinə aparılıb.

Onun sözlərinə görə, Bəhram Bağırzadəyə koronavirus diaqnozu qoyulub.

“Bəhram Bağırzadənin müalicəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Dövlət başçısına və Birinci vitse-prezidentə təşəkkür edirik. Həkimlər Bəhram Bağırzadənin həyatını xilas etmək üçün hər şeyi edirlər. Ümid edirik ki, həkimlərin səyləri sayəsində onun həyatını xilas etmək mümkün olacaq",-deyə Tahir İmanov bildirib.

635x100

Şərhlər

Rustamov rafik 2020-06-18 17:01:20

aiiah komayi olsun har bir insanin hayatini itirmasi boyik faciadir xahis ediram rahimli olun

Məlik 2020-06-16 10:05:27

Millət nə hayda bu da ...

Huseyn 2020-06-15 20:18:53

Behramin ag ciyer xesteliyi coxdan varidi sisirtmeyin c

Z.Baxtiyar 2020-06-15 14:33:17

Bilmayanlara! Har bir vatandashimiz qiymətlidir. Bahram muallim 25 ildan choxdur ki, xalqımız uchun doyushur. Doyush ancaq qılıncla olmur, qalam, fircha, söz bazan daha kasarli olur...Bahram muallim, yalniz incasanat xadimi deyil.... Allahdan shafa diləyirik ona va bütün ehtiyacı olanlara.

SEMED 2020-06-15 14:17:37

ALLAH KOMEK OLSUN.

Ledalete 2020-06-15 13:13:51

Sadece olaraq hakimiyet ezuni reklam edir

elxan 2020-06-15 11:55:08

Belə bir zamanda ....

Eldəniz 2020-06-15 11:32:56

Allah şəfa versin..

Tahir Musayev 2020-06-15 07:35:53

Neyin ki ustun tutur, respublikanin var-yoxunuda onlara vermeye hazirdir. ... Murad Dadashovun ozu haqqinda dediklerini deyende adamda ikrar hissi yaranir. Bu onu gosterir ki, xalgin mali-dovleti bir qrupun talan yeridir. Bank Standartin bir milyarda yaxin pulunu 153 nefere vayisiz kredit veribler, kreditorlar 3 ilden coxdur ki, surunur, doymediyi qapi qalmayib, umidini presdentden bashqa hec kime tutmur. Kredidlerin qaytarilmasini teshkil eden struktur ise hemin talancilara hec bir soz deye bilmir ve yaxud demir, ustelik kasib kredit goturulenlerden yigilan pullari ozlerine yuksek emek haqqi shekilinde maash verir. Budur bunlarin mahiyyeti. Murad Dadashov deyir ki, men Bakida gecesi 2000 min manata istirahet edirem, hami bu shutlarin ailesinden gulluqcularindan danishir. Ne ise talandir, talan.

Vsl 2020-06-15 06:35:34

Bura Sparta dövləti deyil. Əsgərimiz bizim qürur mənbəyimizdi. Lakin qazi qazi deyənlər bu gün yüzlərlə şəhid vermiş polis orqanlarının hazırda xidmət edən qazi əməkdaşlarını söyür. Qarabağ döyüşlərində fərqlənən polislərin döyüşlərini sual altına alır. O ki Qaldı Bəhrama, Allah şəfasını versin. Hər şeydən əvvəl insandı, Azərbaycanlıdı. Öz sferrasında da ermənilərin payını verib. Hər bir sahədə insanlara ehtiyac var. Amma ondan da vacibi bir birinə dəyər verən insanlara ehtiyacımız var.

Vsl 2020-06-15 06:28:53

Bura Sparta dövləti det

Arif 2020-06-14 22:50:12

T.ədalətin yanaşması düzgün deyildir. Milli Qəhrəmanlarımız, qazilərimiz və şəhidlərimiz önündə baş əyirəm , ancaq Azərbaycanımızı respublika hüdudlarından kənarda tanıtdıran, Rusiyada Qafqazlılar barədə mənfi sterotipi darmadağın edənlərimiz də çox deyildir və belərindən birisinin bariz nümunəsi Bəhram Bağırzadədir. Allah şəfasını versin. Amin.Parni İz Baku komandası Bakını və Azərbaycanı həmişə şərəflə təmsil edərək azərbaycanlıların intektual səviyyəsinin heç də zəif olmadığını sübut ediblər. Bunu biz başa düşməliyik.

Əli 2020-06-14 19:52:45

Allah Bəhrama kömək olsun!

t.ədalət 2020-06-14 18:29:12

Bəhram Bağırzadə kimdir ki,onu belə əzizləyirlər.Vətənin müdafiəsində dayanan əsgərdirmi,qazidirmi,yoxsa ermənilərə qarşı döyüşlərin Milli Qəhrəmanıdır?Adi aktyordur.Belə çıxır ki,hakimiyyət heç nəyə yaramayan aktyoru Vətəni qoruyan əsgərdən üstün tutur....

esger 2020-06-14 18:25:04

Allah safa versin

Əli 2020-06-14 18:24:17

Allah özü Bəhram Bağırzadəyə kömək olsun!

Son yazılar