MƏNSİMOVLA BAĞLI ŞAHİD İFADƏLƏRİ YAYILDI - Gülən pijamasını ona niyə hədiyyə edib?

FETÖ istintaqı ilə əlaqədar həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlı gizli şahid ifadələri ortaya çıxıb. Şahid ifadələrinə görə, Mənsimov Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən əvvəl “Ərdoğan tezliklə gedəcək” deyibmiş.

Bu barədə ötən gün iyunun 14-də Türkiyənin “Sabah” qəzeti və digər nəşrləri məlumat yayıb. Qəzet yazır ki, ötən ilin mart ayında saxlanılaraq həbs edilən azərbaycanlı iş adamı Mənsimov Mübariz Qurban oğlu barəsində FETÖ istintaqı başa çatıb.

Ona "silahlı terror təşkilatına üzv olma” maddəsi ilə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib. İstanbul Baş Prokurorluğu Terrorizm və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən hazırlanan 26 səhifəlik iddianamə İstanbul Ağır Cəza Məhkəməsinə göndərilib. Şahid ifadələrinə görə tərtib edilən ittiham aktında iddia olunur ki, Mənsimov bu ifadələri 15 iyul çevriliş cəhdindən əvvəl söyləyib.

M. E. adlı gizli şahid İstanbul Baş Prokurorluğunda verdiyi ifadədə bildirib ki, Mənsimov 15 İyul çevriliş cəhdindən bir neçə həftə əvvəl ofisdə olarkən bir neçə dəfə əlini ürəyinə vurub və “bunların hamısı müvəqqətidir, Xoca Əfəndi gələcək” deyib.

“Yəni bunu ürəkdən istəyirmiş kimi danışdı. Bu sözləri o, ofisdə bir vəkillə söhbət edərkən söylədi. Qısa müddətdən sonra çevriliş cəhdinin olduğunu biləndə Mənsimovun əvvəlcədən nələrisə bildiyini düşünərək şirkətdən ayrıldım”, -şahid deyib.

 İfadə verən digər bir şahid A.Ç. isə 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində şirkətin demək olar ki, bütün rəhbər əməkdaşlarının Rusiyanın Rostov şəhərindəki “Palmali” şirkətinə baş çəkərkən yaşananları prokurorluqla paylaşıb: "Şam yeməyi üçün bir restorana gedildi. Yemək əsnasında Mənsimov FETÖ rəhbərinə işarə ilə "Xoca Əfəndi gələcək " deyərək o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlama verdi.

A.Ç. həmçinin bildirib ki, Mənsimov hazırda ölkədən qaçan FETÖ idarəçilərindən olan İhsan Kalkavanla birlikdə FETÖ rəhbərini ziyarət edib və orada Mənsimova Gülənin pijama və araqçını hədiyyə olaraq təqdim edilib. 

Şahid qeyd edib ki, bu hədiyyələr daha sonra Mənsimovun şirkətinin girişindəki Dəniz Muzeyində sərgilənib. Prokurorluq bu ifadələr əsasında müəyyən edib ki, təşkilat rəhbəri bəzi üzvlərin təşkilatdakı mövqeyini yüksəltmək məqsədilə onlara öz şəxsi əşyalarını hədiyyə verir. Mənsimov da bu baxımdan təşkilatın yüksək mövqe tutan üzvlərdən biri kimi qiymətləndirilir (virtualaz.org).

635x100

Şərhlər

Məncə 2020-06-16 10:15:52

"Nur" saf ruhlu savadlı, "Feto" ateistcə yüksək qabil insan kapitalı ifratçılarıdır!

Faiq 2020-06-15 22:36:22

Mübariz ağıllı və tanınmış adamdır. Gərək siyasətə girişməzdir.

Mirsahib 2020-06-15 21:49:08

İnsanı şərriyib həbs etmək istəsələr.Yalancı şahidləri tapmaqa nə var ki.O qədər viicdanını pula satan var ki, Adam var tanıyıram - Ruhulla Axunzadə heç nədən həbs etdilər 11 ildir yatır.Bir- iki sözə görə.

t.ədalət 2020-06-15 15:35:52

Allah bütün məhkumların qapısını açsın!Ancaq kiminsə həbs olunması heç vaxt Azərbaycan-Türkiyə münasibətlərinə təəsir edə bilməz.Ayrı-ayrı fərdlərin taleyi ilə bağlı məsələləri şərh edəndə ehtiyatlı olmaq lazımdır.

elxan 2020-06-15 15:17:27

bunlara baxanda bizimkilərə min şükr iki gədənin ifadəsinə görə həbs olunmaq cox gülüncdür. Ən ağır maddələrlə. Məsimovun məhkəməsi azəri-türk münasibətlərinə tam aydınlıq gətirər inşallah.

t.ədalət 2020-06-15 13:30:21

Feto anti-türk və erməni xislətli birisidir.Onunla ürəklərini bölüşən adamların türk olmadığı məlum.Fetoçular Böyük Türkiyənin düşməni olduğu üçün bütün türklər də fetoçuların düşmənidir.Hər kəsin ürəyində mürdar fetoya sayğı varsa,deməlio,erməniyə yaxınlığı var..

Son yazılar