"ARTIQ HƏQİQƏTƏN DÖZMÜRƏM..." - TƏBİB-in mətbuat katibindən əsəbi açıqlama

"Bu müddətdə o qədər "inanmıram" deyib, sonra hansısa yaxını üçün yalvaranlar oldu ki..." 

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva sosial şəbəkədə koronavirusla bağlı ölkədə vəziyyətin gərgin olduğunu göstərən paylaşım edib. Həmin paylaşımı olduğu kimi təqdim edirik:

"Bu barədə ilk dəfədir post yazıram. Və bunu işlədiyim müəssisədə hansısa vəzifə sahibi kimi yox, dövlət adından yox, sadə vətəndaş kimi yazıram.

Artıq həqiqətən dözmürəm. Bəsdir məsuliyyətsizlik etdiniz! Kanallardan birindən zəng ediblər, deyirlər ki, müxbirimiz 4-5 gündür yüksək qızdırma ilə işə gəlib-gedir. Deyirəm, niyə 103-ə məlumat vermir? Niyə gəzir ortalarda? Deyilir ki, karantində işləmək üçün ancaq onun adı verilib axı... Bu nə eqoistlikdir axı?

O gün birində pozitiv çıxıb, güclə yoldaşı və oğlundan test götürülüb, demişik, gözləyin nəticəni. 5-ci gün zəng vurmuşam ki, oğlun pozitivdir, deyir ki, heç nəyi yoxdur e onun, yığışıb uşaqlarla rayona çıxdılar. Niyə belə eqoistik? Niyə camaatın uşağına keçirməlidir axı xəstəliyi? Bəlkə aralarında hansısa yanaşı xəstəliyi olan var? Bəlkə qaldıra bilməyəcək və kiminsə ölümünə səbəb olacaqsız? Elə bir-birinə qoşulub gedənlərdə də günah var. Nə bilirsiniz ki, sabah mənimlə yoldaş olub uzaq yola bir maşında çıxsanız, mən daşıyıcı deyiləm, mən xəstə deyiləm? Niyə hər kəs məsuliyyətini dərk etmir?

İndicə bir kanaldan zəng ediblər. Bacım tibb bacısıdır, 3 gündür qızdırmalıdır, rentgen edib pnevmoniyası var özünə sistem qoşur müalicə edir evdə, amma ağırlaşıb, xahiş edirəm, kömək edin. Dəfələrlə demişik ki, evdə müalicəyə qalxmayın! Ağırlaşıb gəlirsiniz, sonu pis nəticələnir, yenə də günahkar həkimlər olur.

Əvvəldən də demişdik ki, qaydalara riayət edin, məsuliyyətli olun. Heç bir qabaqcıl ölkələrin belə səhiyyəsi bu pandemiyaya tab gətirmir. İtaliya, İspaniya kimi ölkələr ilk gündən başlı-başına buraxdı, Rusiyada ilk günlər idi hələ, xəstəxanadan oksigen balonunu əlinə verib evə yola salınanlar olmuşdu. Bizdə isə simptomsuzlar belə dövlət tərəfindən nəzarətə götürülüb izolyasiya edilirdi. Bəli, kimlərsə deyəcək ki, bu qədər postlar var sosial şəbəkələrdə, gecikirsiniz aparmağa. Bu vəziyyətin gəlməməsi üçün özümüzü öldürürdük. Buna baxmayaraq, yenə də hər hansı bir halı görən kimi dərhal reaksiya veririk.

"İnanmıram" deyənlər çoxdur dostluğumda, ələ salanlar da eləcə... Lap yaxınlarımdan da bunu yazanlar var.. Bizim gecəmiz-gündüzümüz, istirahətimiz yoxdur sizin kimi məsuliyyəti olmayan eqoistlərə görə. Bu müddətdə o qədər "inanmıram" deyib, sonra hansısa yaxını üçün yalvaranlar oldu ki... Testin nəticəsi hələ bəlli olmadan "xahiş edirəm, yerləşdirin xəstəxanaya" deyənlər... 

Mütləq özümüzə çatanda inanmalıyıq?! Mən istəmirəm sizin kimi məsuliyyətini dərk etməyən vətəndaşlara görə mənim əzizlərimə gəlib çatsın bu virus. Yuxarıda sadaladığım halların hər birinin əsasında heç nə vecinə olmayan xəstəliyi yayan insanın məsuliyyətsizliyi durur. 

Kimlərsə "inanmıram" deyərək sahibi olduğu restoranının, kafesinin durumunu qurtarmaqçün insanları inanmamağa səsləyən postlar paylaşırsa, bu eqoistlikdir. Yazıb ələ saldığınız, insanları yalanlarınıza inandırmaq istədiyiniz məsələlərin hər birinə cavabım var, amma sizlərlə burada söz güləşdirməkdənsə, 1 dəqiqə belə vaxt itirmədən ölümlə savaşan insanlara kömək etməyi üstün tuturam. Bircə şey deyim, nəyəsə həqiqətən inanmırsınızsa, inancınızı özünüzdə saxlayın, bilib-bilmədən hər şeydən mütəxəssis kimi danışmayın, heç də yaxşı görünmürsünüz.

Yenə deyirəm, bu rejimdə gecə-gündüz işləməyə ilin sonuna qədər razıyam, təki əzizlərimə bir zərər dəymədən qurtulaq bu bəladan. Nə bu rejimdə işlədiyimə görə artıq pul almıram, nə də hər "koronavirus xəstəsi" tapılanda. Bəli, mən qorxuram, koronavirusdan qorxuram, özümə görə yox, yaxınlarıma görə qorxuram. Siz də bir zəhmət, inanmasanız belə, maska taxaraq, məsafə gözləyərək, işiniz olmayanda küçəyə çıxmayaraq inanmayın. Sizin həftəsonu istirahətinizə görə insanların sağlamlığı təhlükəyə düşməli deyil! Ən əsası, həkimlərimiz ölür sizə görə!"

AzPolitika.info

635x100

Şərhlər

Максим Калинин 2020-06-16 10:20:56

Академик Игорь Гундаров: "Коронавирус - это, скорее, психотерроризм"

Vətəndaş 2020-06-16 09:54:52

Biz artıq gözümüzü görə-görə ölümə məhkum olunmuşuq. Evdə böyük uşaqların hansı ki instutda oxuyurlar baş verələri görüb başa düçüb necə əzab çəkdiklərini görəndə əsasən də qız uşaqlarının adam heç yaşamaq istəmir

Adil 2020-06-16 08:38:17

Bu xalqin bashbileni bu xanimdisa ,,, onda biz qetdik qabaqa ((((((

MRP 2020-06-16 08:16:24

Məsuliyyətsiz insanlar çoxdur və onlar qısa zamanda düzələn deyillər.Bütün məsuliyyəti əhalinin üstünə yıxmaq düz deyil.Demokratik düşüncə sahibi olan insanlar belə vəziyyətdə istefa verirlər.Amma görünən odur ki TƏBİB-də bu barədə düşünmək belə istəmirlər.

Tanish 2020-06-16 07:58:07

Gorun feziyyet ne yere catib ki, resmi deyilenlere ekseriyyet inanmir. Bunun sebebi complo nezeriyyesini yayanlardir, bu olkede emeli bashli oz ishini gorur, hemin adamlari tutub hebs etmek lazimdir. Polisin ve DTX ishi bunlar olmalidir, yoxsa gedib insanlari lut vidiosunu yaymaq deyil, deyirler vidio ceken hansisa icra bashcisinin ogludur. QArdashlar bu emelere son qoyun, bu komplo yayanlari en agir cezalara capdirmaq lazimdir.

Adil 2020-06-16 03:42:02

sumqayit nivxani yolu deniz qiraqi , restoranlar qece 12/1 e kimi ishleyirleer) kim icaze verir ? ( qelib yoxlaya bilersiz )

Eko 2020-06-16 03:38:29

niye qûrcûlerde, xeste sayi azdi ? yoluxma azdi ? Onnar 2/3 qunnernen evde oturmadilar ....

Eko 2020-06-16 03:27:33

bir nece savadsizin elinde qalib millet ))))Bele xestelyi saxlanaq mumkun deyil ))) eyer o xestelik varsa ,,,,,,,, 3 Aydi hami danishdi , bizim nazirimiz cixib bir soz demedi, hekimlerede insmsizdiq bunnan bashlayir ))) Teshekkûrler !!!

ejder 2020-06-16 01:04:47

YAXWI,,WOU,,DU,SSENARISI KIMINDI.SEY...QUWUN

Heyat 2020-06-16 00:57:07

Xanımın dedikləri düzdü.ama menimde xanıma bir sualım var cavabların xahiş edirəm.biz Naxçıvanda qalmışıq gələ bilmirik qaynatam tək adamdı Bakıda yaşıyır necə gündü qızdırması var burdan 50 dəfə yigmisiq 103 e axır gedib test götürüblər 4 gündü zeng etməkdən yorulmusuq ki cavab nedi kişi ağırlaşıb bogulmalar başlayıb səhər açılandan yığırıq 103 getmir adama baxmağa. Yığanlara neyniyesiz ???

Pisi 2020-06-16 00:26:21

Metro ve ticaret merkezleri tecili olaraq baglanmalidi.ehalinin parka aciq havaya cixmagina serait yaradib nezaret eliyerek bu xestelikden qurtulmaq olar.siz dovlet memuruz insanlari qorxutmaga haqqiniz yoxdu sadece mollari baglayin hersey duzelecek

Amon 2020-06-16 00:21:33

Biz bileni hecbir metbuat katibi ozbasina bele musahibe vere bilmez.revane xanim 300 nefer elede boyuk reqem deyil yoluxanlarin adini soyadini qeyd eliyin belke etrafimizdadi hemin insanlar qohum eqrabasinnan uzaq duraq.kecen hefte bir yaxin qohumumuz 2 terefli pnevmaniyayla agciyer institutuna yerlesdirdiler 2 hefteden sonra veziyeti agirlasdi rehmete getdi.testlerin hamisi neqativ cixdi ama rehmete getmemisden evvel tlfda deyirdi ki tarakan basib burani yemeyi ozumuz isidirik ayaqyolunda novbe gozluyuruk. allah rehmet elesin.

Azər 2020-06-16 00:03:11

İcra haklmləri.icra numayəndəlıkləri nə işlə məşquldur onlar da bu işə qoşulmalı hər biri oz rayonunda qəsəbəsində infeksiya mənbələrini aşkar rtməyə borclusurlar.eyni zamanda verilən məlimaylarda yolumanın səbəblərı.mənbəyi və yerlərhər gün məlumatlarda göstərilməlıdir.əks halda iinsanlat ciddiyə almayacaqlar.tək əhalini yox.oz səhfləri də muzakirə edilməlıdir

ELSAD 2020-06-15 23:39:20

Hormetli xanim bir paylasimda 4-5 defe eqoist sozunden istifade edir.Basa dusmedim inanmamaq ve eqoistliyin ne elaqesi var.Azerbaycan dili luqetini bIr daha vereqleyim gerek...

Helime 2020-06-15 23:06:38

Musbet netice chixibsa, nite xestenin musteqil IFA, PZR ETMEK IMKANI YOXDUR? ELE BELE SEBEBLERDENDE INSANLAR BU XESTELIYE INANMAQ ISTEMIR.

Şəfayət 2020-06-15 22:37:48

Ey insanlar haq yoluna dönün ürək ağrısı ilə yazılan bu sözlərə də inanmırsınızsa və tələblərə əməl etmirsinizsə siz heç insan adına layiq deyilsiniz. Mən əminəm ki bu altı ay ərzind

elxan 2020-06-15 22:18:38

Bu xanim dokturdu n'di bilinmir dyir d' bir .ey maral;d;r ki? virus b'y'n alti bazar g'zir& B's qalan gwnl'r nec'& Ham; az qal;r biri birinin belin' minsin onu nec' h'll ed'k ya bir ayliq evd' qalaq d[vl't camat; saxlas;n adam kimi ya da qurrrtar;n bu oyunlar;mill't bezdi axi/

Obyektiv 2020-06-15 22:18:37

Qorunmaq, (en azi profiLaktiki) Lazimdir.. Evde oturmaq uçun de teminatLar ve kommunal guzeştLeri de gucLendiriLmeLdiir HavaLar da çox istiLeşib, zibiL tuLLantiLarini ise evde saxLamaq olmaz, bu antisanitariyadir.

Qabil 2020-06-15 21:52:40

İnsanın azadlığını əlindən almaq insana qəsd etməkdir.....

Eli 2020-06-15 21:52:03

Ey gözel insanlar bu xanım yazıq axı her şeyi düz deyir bu müzakire olunası mesele feyil bizden qat qat güclü Avropa ölkeleri ABŞ ve s.bu cesteliyin elinde aciz qalıb Gelin deyilenlere emel edib veziyyetde birlikde çıxaq Allah hzmıya kömek olsun.Amin!

SEMED 2020-06-15 21:24:09

BEHRAM BAQIRZADENIN adini yazdiq TEYMUR MUSTAFAYEVI yazdiz o biri olenlerin de siyahisini cap eleyin qoyun insanlar inansin men sexsen inaniram maska da taxiram spierrtden de istifade edirem mesafe saxlaya bilmirem cunki marketler aqzina qeder dolu olur maskasiz adamla

Qoca Molla 2020-06-15 20:48:04

Kİm ixtiyar verir ki, dövlət məmuru insanları Vətəndaş Məsuliyyətsizliyi adı ilə ittiham etsin. Əgər vətəndaş 103-ə zəng etmirsə deməli inanmır. Niyə inanmır çünki Səhiyyə sistemin illərdir korrupsiyanın, rüşvətin içinə qırtlağına qədər bulaşmış sahədir. Əvvəl onu düzəlt hörmətli məmurə xanım və bir az da lütfən səbrli danış sevimli xalqla danışanda

Vuqar 2020-06-15 20:42:17

İş yerlərində məsafə gozkənilmir.İdatə rəhbərləri də məsulittət daşımalıdirlar.141 və 136 və gigər marşrutlar əsik virus mənbəyidir.Poçtlar və banklar jəfyənin tək gunləti 10 dan 3 ə qədər cut gunləri saat 2-dən 5- ə qədər işləsə muvəqqəti olaraq dunya dağilmaz.bəzi idatələrdə butun işçilər məcburi lazlm oldu oımadi işə çaqtilir.ona gorə də yoluxma artir

Fuad 2020-06-15 19:59:07

Rəvanə xanım əsəbləşmiyin biz düzələn deyilik düzəlsəydik həkimlərin polislərin əziyyətini heçə saymazdıq

Azər 2020-06-15 19:10:22

Testlər niyə iş yerlərində aparılmır ki.nece olur ki 7000 test aparılır amma 300 nəfər aşkar olunur.Gurcustanda ilk gündən cidfi işlər göruldu..yəkcə əhalini günahlandirmaq lazım deyil. İş yerlərində əhalının six yetlərdə testlər keçirilməlıdir

İlqar Ağasəfoğlu 2020-06-15 18:23:22

Mən bu görəvli xanımın keçirdiyi hissləri dərindən anlayıram. Uzun müddət böyük bir elektoratla çalışmışam...

İlqar Ağasəfoğlu 2020-06-15 18:15:55

Mən bu görəvli xanımın keçirdiyi hissləri dərindən anlayıram. Uzun müddət böyük bir elektoratla çalışmışam. ...

Ölü canlar 2020-06-15 18:11:41

Virus varsa da elə böyük təhlükəli deyil. Dünya əhalisini, insanlığı hansısa cinayətkar müəmmalı qara qüvvələr bu yolla şantaj edir və əsarətdə saxlayır. Bu bakteroloji müharibə deyil,çünki əsas 3-4 ölkə dünyada öz sözünü deyir. ABŞ,Rusiya,Çin və bir neçə başqaları. Bunlar da hamısı bununla razılaşır. Yəni bir mərkəzdən bu oyun idarə olunur. Ola bilər də ki, dünya o qədər sürətlə irəli gedir, inkişaf edir və kulminasiya nöqtəsi dağılmağa,ekoloyi fəlakətə gedir. Yəni zavodlar,fabriklər, hər gün milyardlarla maşın motorları işləyir və normadan artıq enerji və çirkab planeti məhvə aparır. Hər gün 10 minlərlə təyyarələr az qala işıq surəti ilə atmosferi yarır o tərəfə bu tərəfə. Bunlar hamısı kiçik yer kürəsi üçün bir təhlükədir. Və bunlar bir gündə hamısı dayandırıldı.Ola bilər də ki bu surəti azaldır və eksprment aparırlar. Yəni yer kürəsini az da olsa dincəlməyə qoyurlar. Ancaq belədirsə bunu əhalidən niyə gizlətmək? Düzünü demək lazımdır ki,insanlar bilsinlər onları nə gözləyir. Ya bizi bu əsarətlə tam məhv etmək, ya da robotlaşdırmaq,elektronlaşdırmaq,heyvana bənzər bir məxluqa döndərmək istəyirlər. Ancaq bu çox getsə bütün yer kürəsinin sahibi şüurlu insanlar üsyana qalxıb buna son qoyacaqlar. Və bu bunun da fəsadları insanlıq üçün fəlakət olacaq

Mirzə Qafarlı 2020-06-15 17:39:42

100-ə 100 Rəvanə xanımın mövqeyi ilə razıyam. Gecə-gündüz əhalimizin sağlamlığının keşiyində duran, hətta öz və yaxınlarının həyatını təhlükəyə atan Tibb işçilərinə, polis və daxili qoşun əsgərlərinə təşəkkür edirəm , can sağlığı və bu çətinlikdən birgə səylə uğurla çıxmağımızı arzulayıram.

t.ədalət 2020-06-15 17:32:53

Biz demirik ki,xəstə yoxdur.Xəstə var.Ancaq sizin məlumatlar inandılrıcıl görünmüqr.Ona görə ki xəstələrtin adı,soyadı və ünvanı yazılmır.Axı,xəstə insandır,onun ünvanı və insialı olkmalıdır.Adamları yerində ooturtmaq üçün faktların əyaniliyi olmalıdır.

Xalq 2020-06-15 17:29:03

inanmayanlara: xəstəxanada hər hansı xəstəynən görüşüb özünüzü yoxladın İran deputatı kimi.Onda bilərsiniz xəstəlik var yoxsa yox.

Elşad 2020-06-15 17:27:39

Necə edək? Təklif verin. Deyirsiniz qorunun.yaxşı necə??axı evdə qalmaqdan başqa bir yol təklif etmirsiniz. Biz vaksin çıxana qədər evdə qalmalıyıq? ?axı bu vaksin bəlkə 1 sonra çıxdı .bir il evədəmi qalaq. ??axı bir rasional təklif verin də.nə edək necə qoru;aq?qapanaq evlərə bütün həyat dayansın. polis ordu nə bilim bütün idarə və müəssisələr???hamı dayansın? ??Nə qədər? ??Neçə ay neçə il? ?

Son yazılar