BAKIYA GİRİŞLƏRDƏ UZUN TIXACLAR YARANIB - Gedənlər qayıdır (VİDEO+FOTOLAR)

Həftəsonu və bayram günü ilə əlaqədar yaranan 3 günlük qeyri-iş günlərində paytaxtdan regionlara üz tutan vətəndaşlar geri qayıdır.

Bununla əlaqədar Bakının bütün giriş-çıxış nöqtələrində böyük tıxaclar yaranıb.

Bakı, Sumqayıt və Abşerona giriş-çıxış qadağası ilə əlaqədar qurulan stansionar postlarda sənədlərin yoxlanılması tıxacın daha da artması ilə nəticələnib.

Yolda hərəkət dayanandan sonra bir neçə sürücü qarşı yola çıxaraq əks istiqamətdə hərəkət edərək Bakıya daxil olmağa çalışıb.

Hərəkətsiz qalan avtomobillərin sərnişinləri maşınlardan düşərək bir neçə kilometrlik yolu yeriyərək postu keçiblər.

Eyni zamanda Bakı-Şamaxı magistral yolunda da analoji vəziyyət müşahidə olunur.

Analoji vəziyyət ötən həftənin cümə və şənbə günləri vətəndaşlar regionlara üz tutan zaman da baş vermişdi. Hətta bir çox vətəndaşlar tıxac səbəbilə əsas şose yolundan çıxaraq, torpaq yolla hərəkətini davam edtirmişdi.


Qeyd edək ki, Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində 14 iyun saat 00:00-dan etibarən 16 iyun saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.

Həmin müddət ərzində Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

Burada yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna kimi tanınıb.

635x100

Şərhlər

raul 2020-06-16 12:27:21

bes iddia edilirdi ki; qanunsuz hec kim rayona buraxilmayib. eger elese bu tixac nece yarandi. Karantin adi altinda oyun gedir?

Son yazılar