ƏLİ HƏSƏNOVUN AİLƏSİNƏ MƏXSUS ŞİRKƏTLƏR VERGİLƏRİ ÖDƏMƏYİB – Siyahı açıqlandı

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus şirkətlərin bir qisminin vergi borcu (ümumilikdə 208 min manat) var.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Şirkətlərin vergi borcları aşağıdakı kimidir:

“Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC istisna olmaqla qalan şirkətlər Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanında dövlət qeydiyyatına alınıb. Onlara əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir. 

635x100

Şərhlər

kasıb 2020-06-17 22:45:37

Yəqin ki talançıların müəssələri,hansı ki iqtisadiyyatın 95%-i onların əlindədir,heç biri nə vergi ödəyir nə də sosial və başqa ödəmələri etmirlər. Əsl kölgə iqtisadiyyatı budur. Təmiz gəlirlə özlərinə işləyirlər. Ancaq bir kimsəsizin biri kiçik bir obyekt açan kimi başının üstün alırlar.

Son yazılar