“”BOZ KARDİNAL” VƏ ONUN ƏLALTILARI...” - Deputatdan Ramiz Mehdiyevə şok ittihamlar

Ölkə prezidenti Azərbaycanı yeniləməkdə, müasirləşdirməkdə, korrupsiya və rüşvətxorluğu demontaj etməkdədir. Ulu Öndərimizin sarsılmaz təməllər üzərində qurduğu müstəqil dövlətimiz Prezident İlham Əliyev tərəfindən gücləndirilir, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırılır, dövlət - xalq və dövlətlərarası münasibətlər sisteminə əhəmiyyətli töhfələr verilir və hər birimizin maraqlarına xidmət edən ədalətli cəmiyyətin əsasları möhkəmləndirilir.

Ən başlıcası qətiyyətli və güclü siyasi iradə, Vətəninə, xalqına bütün ruhu və varlığı ilə bağlı olan Dünya səviyyəli lider, möhtərəm cənab Prezident İlham Əliyev və onun yaratdığı ciddi valyuta ehtiyatı, dayanıqlı iqtisadiyyat, sistemli və davamlı sosial siyasət, qüdrətli ordu, dövlətçiliyimizə və milli ideyalara bağlılığı ilə fərqlənən yeni, gənc komanda dövlətimizin immunitetini gücləndirməklə yanaşı, həm də islahatların dərinləşməsinə və aparılan islahatlara maneçilik törədən korrupsioner və rüşvətxorluq piramidasına qarşı barışmaz mübarizənin uğurla başa çatdırılmasını tamamlayan başlıca şərtlərdir.

Əslində Dövlətçiliyimizdə önəmli əhəmiyyət kəsb edən geniş xarakterli islahatların XXI yüzilliyin çağırışlarına uyğun aparılması niyyətini İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən dərhal sonra başlamaq niyyətini ortalığa qoydu.

Ciddi xarakter daşıyan Dövlət proqramlarını imzaladı, struktur dəyişikliyi apardı, yeni, vacib nazirlikləri təsis etdi. Lakin islahatların davamlı və ardıcıl olmasına xaricdən dəstək alan hakimiyyətdaxili qüvvələr maneçiliklər törətdi. R.Quliyev - F.Əliyev - Ə.İnsanov üçlüyü 2005-ci ildə dövlət çevrilişinə cəhd etdi. Xalqın ciddi dəstəyi ilə Prezidentimiz tərəfindən çevrilişin qarşısı alındı. Yaranmış şəraitdən sui-istifadə edən "Boz kardinal" (Ramiz Mehdiyev nəzərdə tutulur-AzPol.) əlinə güclü hakimiyyət toplamağa start verdi. Hakimiyyətin bütün qanadlarında geniş şəbəkəsini, başqa sözlə desək, piramidasını yaratmağı bacardı. Uzun illər boyu onun səyi və dirijorluğu ilə ölkəmizdəki yeniliklərə maneçiliklər törədilir, Ulu Öndərimizə, dövlətçiliyimizə və cənab Prezident İlham Əliyevə sədaqətilə fərqlənənlər küncə sıxışdırılır, bir sıra hallarda qurduğu tələ ilə onlar vəzifədən uzaqlaşdırılır, demokratik prosesin inkişafına əngəllər yaradılırdı.

Fəzail Ağamalı və Ramiz Mehdiyev. Uzun illər əvvəl...

O, radikal müxalifətlə işbirliyi yaradaraq qaragüruhu və anarxistləri küçələrə çıxartdırır, polisin vasitəsilə onlara təzyiqlər göstərilirdi. Beləliklə, bir tərəfdən 5-ci kolonun aparıcı şəxsi kimi Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirir, başqa tərəfdən özünün “vacibliyini” və “təkrarolunmazlığını” nümayiş etdirir, mövqeyini gücləndirirdi. Radikal müxalifəti və korrupsionerləri peşəkarlıqla koordinasiya və idarə edən Baş koordinator, həm də onu bu vəzifədə himayə edən dövlətin baş prezidenti kimi funksiyasını kölə psixologiyası ilə yerinə yetirməkdə idi.

Müşahidələr və təhlillər sübut edir ki, 2003-cü ildən başlayaraq ölkə Prezidenti Azərbaycanı regional lider və dünyada nüfuzlu dövlətə çevirmək uğrunda fəal hərəkətə keçdiyi və bu baxımdan mühüm uğurlara imza atdığı zaman kəsiyində "Boz kardinal" və onun əlaltıları varlanmaq və korrupsiya şəbəkəsi yaratmaq, ölkədaxili qarşıdurmalar layihələrini həyata keçirməkdə idilər. Bu şəbəkə öz fəallığını 2018-ci il prezident seçkilərinin inauqurasiyasına qədər qoruyub saxlaya bildi.

İlk demontaj idarəçilik sistemində vitse-prezidentlik institutunun yaradılması və daxili siyasətdə Prezidentin siyasi xəttinin mahiyyəti və fəlsəfəsi ilə tam ziddiyyət təşkil edən korrupsiya və rüşvətxorluq piramidası yaradıcısının və qoruyucusunun səlahiyyətlərini məhdudlaşdırmaqdan başladı.

Bu baxımdan, 2018-ci il prezident seçkiləri milli dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu. Xalqımızın mütləq əksəriyyətinin haqlı və halal səsini qazanan möhtərəm Prezidentimiz öncə həyata keçirilən konstitusiya dəyişikliklərinə söykənərək, Birinci vitse-prezidentlik vəzifəsinə illərdən bəri bütün sahələrdə Prezidentimizlə birgə addımlayan, ona və dövlətçiliyimizə, Heydər Əliyev ideyalarına sədaqət nümunəsi göstərən, son dərəcə ağıllı, vətənpərvər, bütün ruhu ilə milli, həm də mərhəmətli Mehriban xanımı təyin etdi. Və bu təyinat, prezidentlik arzusu ilə yuxuları ərşə çəkilən və ən müxtəlif yollarla ali kürsüyə yiyələnmək istəyən "məmurlar məmurunun" planlarını alt-üst etdi.

2019-cu ilin sentyabrında Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın İcra katibi Əli Əhmədovun da ciddi dəstək verdiyi “Azərbaycanda siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda Ana Vətən Partiyasının təşəbbüsü ilə keçirilən dəyirmi masanın baş tutmaması üçün "Boz kardinal" ən yaxın adamlarından biri olan administrasiyanın İctimai-siyasi şöbəsinin müdiri vasitəsilə müzakirəyə dəvət olunan müxalifət partiyalarının iştirakının yolverilməz olduğunu “məsləhət deyil” mesajı ilə pozmağa çalışdı. Bu, partiyalararası və iqtidar-müxalifət münasibətlərinin normal müstəvi üzərində inkişafına mane olmaq məqsədi daşıyırdı. Lakin istədiyi alınmadı. Himayəsində olan bəzi müxalifət partiyaları dəyirmi masada iştirak etməsələr də, bütövlükdə dialoq baş tutdu və gələcək münasibətlərin sivil, dövlət və milli maraqlar zəminində qurulması yolunda ilk və mühüm addım atıldı.

İslahatların uğurlu aparılması üçün yeni, Prezidentə və dövlətçiliyimizə sadiq olan komanda formalaşmalı idi. Cənab Prezident bu baxımdan addımlarını atdı, içərisində yaşadığımız islahatlara start verdi.

İllər boyu şəbəkələşmiş yırtıcı dəstənin yüksək səviyyədə himayəçisinin təmiz imici olan, ambisiyalardan uzaq, nəcib bir gənclə əvəz olunması, administrasiyaya yeni nüfuzlu şəxslərin gətirilməsi, komandanın əsaslı şəkildə vətənpərvər, müasir dünyagörüşlü, müstəqillik illərində formalaşan gənc kadrlarla təşkil olunması ciddi niyyətlərdən xəbər verirdi.

Ötən günlərin nostalji hisslərini yaşayan və möhtərəm cənab Prezidentin prezident titulu verdiyi akademikin yeni komandaya qarşı ikrah dolu eyhamları və onları gözdən salmaq kampaniyasını yazılarla, dedi-qodu və şayiələrlə dövriyyəyə buraxması dövlətçiliyimizə və xalqımıza qarşı nifrətdən qaynaqlanan davranışlardır.

Hakimiyyətin üç qolunu əhatə edən və Azərbaycanı yeni inkişaf mərhələsinə, məmləkətimizi dünyanın ən güclü ölkələri səviyyəsinə qaldırmağı hədəfləyən islahatlar həm də o zaman uğurlu nəticələr verə, xalq tərəfindən rəğbətlə qarşılana və müdafiə oluna bilər ki, dəyişikliklərin, yenilənmələrin və müasirləşmənin reallaşmasına əngəl törədən, ona mane olan korrupsiya və rüşvətxorluq minumuma endirilsin və sıfırlansın.

Bütün gücünü, potensialını və şəbəkəsini işə salsa da, Milli Məclis seçkilərini pozmaq kimi məkrli istəyinə çatmayan və dayaqlarını Milli Məclisdə əhəmiyyətli dərəcədə itirən "Boz kardinal"ın təhlükəli və uzun illər inkişafımıza, idarəçilik sistemimizə, sağlam siyasi və mənəvi-psixoloji mühitimizə çirkab püskürən rüşvətxor - korrupsioner piramidasına qarşı yüksək səviyyədə amansız və güzəştsiz mübarizə başlandı. Xalqımızın və dövlətimizin qanını zəli kimi soran vampirlərə yönələn qətiyyətli siyasi iradə xalqımız tərəfindən dəstəklənməkdə və yüksək qiymətləndirilməkdədir.

Proses yeni başlayıb və davam edir. Uzun illər boyu hökm sürən korrupsiya və rüşvətxorluq piramidası demontaj olunur. Artıq beş icra başçısı, onların qəsəbə və kənd nümayəndələri, Mədəniyyət Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin yüksək səviyyəli əməkdaşları və digərləri acı talelərini yaşayırlar. Şübhəsiz ki, aparılan islahatların tərkib hissəsi və vacib elementi kimi, korrupsiyaya və rüşvətxorluğun və bu eybəcərliyin himayəçilərini cəmiyyətimizdən və dövlət strukturlarından təmizlənməsi sona qədər gedəcəkdir.

Hələ də uzun illərdən bəri bitib-tükənməyən hikkə və ambisiyalarından əl çəkməyən, davamlı və sistemli xarakter daşıyan islahatlara maneçilik törətməyə cəhdlər göstərən, yaratdığı şəbəkə vasitəsilə ən müxtəlif üsullarla təxribatlara ara verməyən və bu gün də əməllərindən əl çəkməyən, iş otağını qərargaha çevirən, sözünə baxmaq istəməyənlərə hədə-qorxu gələn, şantaj edən “ağsaqqal” yaşa dolduqca daha da aqressivləşir, kin-küdurət dolu düşüncə sahibinə çevrilir.

Lakin zamanın qaçılmaz çağırışlarının və qətiyyətli siyasi iradənin perspektivsiz ambissiya, şəxsi və tayfa maraqlarını ümumxalq və dövlət maraqlarından üstün tutan marginal məkrli qüvvələr üzərində tam qələbəsi sosial sifarişdir, strateji hədəfdir və günümüzün reallığıdır.

Bu prosesdə dövlətçiliyimizlə və cənab Prezidentimizlə bərabər olan siyasi komanda, rəhbərliyi yenilənən Respublika Prokurorluğunun və Daxili İşlər Nazirliyinin dövlətçiliyimizə sadiq əməkdaşları, Dövlət Təhlükəsizliyi Xidmətinin Qara maskalı, Ağ niyyətli oğlanları möhtərəm, cənab Prezidentin siyasi iradəsinə söykənərək, öz şərəfli missiyalarını uğurla yerinə yetirməkdədilər.

Uğurlar Sizə, Möhtərəm Cənab Prezident!

Uğurlar Sizə, dövlətçiliyimizə sadiq Vətən övladları!

P.S. Dəyərli oxucuların diqqətinə çatdırmaq istərdim ki, bu yazını 2003-cü il prezident seçkiləri öncəsi "Boz kardinal"ın mənsub olduğu komanda içərisində yaratdığı və rəhbərlik etdiyi separatçı əməlləri haqqında “Neytral”, “Yeni Müsavat” və digər qəzetlərdə 19 sentyabr 2001-ci ildən başlayan, bir aya qədər davam edən çoxsaylı açıqlama və müsabibələrimin davamı kimi qəbul etsinlər.(musavat.com)

Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, millət vəkili

635x100

Şərhlər

Aborigen 2020-08-05 09:23:03

Möhtərəm deputatımızdan xahiş edirəm ki, Molla Nəsrəddinin "Üzrü günahından pis" lətifəsini oxusun.

Elshad 2020-07-01 05:53:26

Mənə qarşı söyüş-böhtan kompaniyasının episentirində Azərbaycan Prezident Admnisrassyasının rəhbəri Ramiz Mehdiyevdir

Fasilə 2020-06-29 22:12:18

Ağsaqqal adamdır. heç yaşından da utanmır.....

Ele-bele 2020-06-23 12:59:48

Azerbaycan siyasi heyatinin üz qarasi, medeni dilde en "böyük" "siyasi buqelemu"nu, el dilinde "siyasi ...

Eli 2020-06-23 00:43:27

Allah Heyder Eliyeve arni ani renöet elesin .Eger ovaxt o Naxçıvanda Ali meclis sedti olmasaydı ve SSRİ dağılandan sonra Qars müqavilesini Tüfkiye ile tezelemessydi yeqin bir çox problemler öz layiqli hellini tapmazdı Düzdür inci Naxçıvanın müdafisi ne hörmetli pezidentimiz en yüksek seviyyede diqqet ayırır İnşaallah Qarsbağ meselesi öz hellini tapacaa Her şeyin zamana ehtiyacı var

Eli 2020-06-23 00:29:13

Davamı .Netice de göz qsbağındadır ABŞ dünyada ümümdaxili mehsulun sehv etmiremse 20faizinden çoxunu istehsal edir Ona göre ağlı başında olan elm adamları ABŞ-a qaçırlar.Dahi Nizami ona göre deyirdi ki,Elmle hunerle başqa cür hdç kes heç kime üstjnlük eyleye bilmez

Eli 2020-06-22 23:43:57

Davamı,Yaponiya kimi ölkeler texnologiya sahesinde ağlasığmaz nailiyyetler qazanıblar.Di gel ki bele bir evezolunmaz dahinin özüne varis seçdiyi professor Rafiq Eliyeve qarşı Azerbaycan elm sahesinde bir qısqanclıq biganelik var Necr ki sağlığında bele münasibet rehmetlik akademik Azad Mirzecanzadeyr olmuşdu Teessüf ki başa düşmek istemediler ki (bezileri) bundan hörmetli alimler yox ümumülükde hamı uduzur ve itirir

Eli 2020-06-21 20:54:05

Bir misal çekim Dünya elminde ABŞ birincidir ve bu sahede onlar Lütvüzadeni Eynşteynle beraber tuturlar...Hazırda onun nezeriyyeleti esasında ABŞ Avrepa ölkeleri

Eli 2020-06-21 20:48:34

Türkiye dünyaya elan edir öi Qarabağ meselesi hell olmazsa Ermenistanla serhedler açılmayacaq.Bilirsiz niye beledir Çünki türkler tarixen ele terbiye alıblar ki Veten, torpaq, bayraq her şeydən müqeddesdir. Bizde ise her şsy ferqlidir... baxmayaraq ki türk ideologiyasının banisi Əlibey Hüseynzadedir ve onun telebesi Böyük Atatürkün müellimi olub.Ne ise mən bu meselede bizim babalarımızı qınayıram mence günah onlardadır. Bu menim subyektiv fikrimdir Ola biler men sehv fikirleşirem

Eli 2020-06-21 14:34:12

Türkiyye dünyaya elzn edir ki me qede Qarabağ meselesi hell olmayıb Ermenistanla serhedler açılmayacaqFikir verin Atatürk rehmetlik öz cibinin pulu ile İrandan torpaq alır ki Türkiyyenşn ermenistanla serhedi olsun ne baxtss şerefsiz ermeni rus Naxçıvana hüvüm etse onlar kömeye geldin Naxçıvan Axerbaycanın terkibinde qalsın ve indi üç terefden ermenistanla serhed olan Naxçıvan Azerbaycanda Azerbaycanın göbeyinde olan Qarabağ Ermenistanın işğalı altındadır

Eli 2020-06-21 13:19:40

Bele bir mesel var:Derd çox hemderd yox tale zebun düşmen qevi.Bilirciz adam fikirleşir ki niye biz çetine dara düşende 40milliyon azerbzycanlı olan ve esrlerle dövleti idare eden İrana yox qardzşTürkiyyeye qaçırıqNiye bizim kökümüz eyni olan qardaşlarımız azerbaycanlılar ermenilerle iş qurub dövlet seviyyesinde mese hell edirler ancaq qardaş Türkiyye dünyaya elan edir ki

nihad 2020-06-21 13:16:08

nec' olur ki,adi köməkçi nazir təyin edilir,ondan sonra gələn kəməkçi bakı mədəniyyət idarəsinin rəhbəri seçilir.Yəqin bunlar rüşvət yıgmaq məktəbini yaxşı mənimsədikləri üçün taclanıblar

Moshu 2020-06-20 23:25:06

Mövcud mövzunu türklər demişkən kapatmaq istəyirəm. Əliyə və CAN EZIZ AZERBAYCANA !!! onların bu məsələlərə biganə olmadıqları üçün təşəkkürümü bildirirəm. İstər toy, istərsə də yas məclislərimizdə hansısa ağıllı adama, alimə mafioza ayırdığımız diqqəti ayırmağı bacarmırıq, özümüzə sığışdırmırıq və ya istəmirik. Hansısa mafiozu, oliqarxı görəndə elə bil 5-10 il bundan öncə xortdayıb dirilən dədələrimizi görürük, belə insanları məclisimizin başında əyləşdiririk, buna layiq insanlarımız isə diqqətdən kənarda qalırlar. Ona görə də təhsilimiz, elmimiz yaman gündədir. Bizdə qınaq deyilən anlayış yoxdur. Güman edirdim ki, belə aktual yazıdan sonra şərh qrafalarında insanlarımızın fikirlərindən “Azpolitika”nın saytında yer tapılmayacaq. Belə bi fikir yarana bilər ki, bu kimə lazımdır, bu şərhləri kimdir oxuyan. Tam məsuliyyətimlə deyə bilərəm ki, bu yazılar diqqətdən kənarda qalmır, onun oxuyanı tapılar və reaksiya verilər. Burada fikrimcə, “Azpolitika”nın üzərinə böyük vəzifə düşür. Ölkə başçısı qeyd edirdi ki, onun köməkçiləri ona düzgün məlumat vermirlər. Buyursunlar xalqı maraqlandıran, qayğılandıran məsələləri, problemləri oxusunlar və ölkə başçısını məlumatlandırsınlar. “Azpolitika”dan xahişim odur ki, bu mövzunu qapatmasın. Düşünürəm ki, xalqımın qeyrətli övladları öz dəyərli fikirləri ilə saytın səhifəsini bəzəyəcəklər.

Eli 2020-06-20 17:06:22

Moşu müellim tamamile haqlıdır düz qeyir haqq onun terefindedirDediklerinin müzakireye ehtiyacı yoxdur

CAN EZIZ AZERBAYCAN !!! 2020-06-20 16:12:55

CESARETLI " AzPolitika" ve cenab Moshu, SAQ OLUN !!!!!! BOYUK TESHEKKURLER !!!!! Azerbaycan TEZLIKLE TEMIZLENMELIDIR MAFIOZLARDAN, chunki, XALQ XOSHBAXT YASHAMAQ ISTEYIR.

Moshu 2020-06-20 04:54:44

Hörmətli Hüquqşünasın bəzi fikirlərinə münasibət bildirmək istəyərdim. İnsanlar cılızlaşmayıb və heç kim o iddiada deyil ki, R.Mehdiyev H.Əliyevin ən yaxın silahdaşı olmayıb və bütün məsələlərdə iştirak etməyib. Daha sonra hörmətli hüquqşünas qeyd edir ki, R. Mehdiyevin bütün davranışları həm H.Əliyevə,daha sonra İ.Əliyevə bəlli olmaya bilməzdi.Belə halda bu gün durub onun varidatını, tərəfdarlarını sadalamaq məntiqsiz görünür. Sual olunur, niyə məntiqsiz görünür hörmətli hüquqşünas? Məgər hörmətli “akademik”in sərgüzəştləri Sizə də bəlli deyildi? Niyə bu qədər aqressiv çıxış edirsiniz? Kim R. Mehdiyevə ixtiyar verib ki, pəpə deyəndən kökə deyənə kimi bütün ətrafını vəzifələrə yerləşdirsin? Yenidən təkrarçılığa keçməyə məcburam. Teymur Ramiz oğlu Mehdiyev - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor, 25.06.1975-ci ildə Gürcüstan Respublikası, Suxumi şəhərində anadan olub. ... DİN-nin Baş Mühafizə İdarəsinin rəis müavini – polis polkovniki Qurskaya Levan Yuriyeviç (qaynı), kürəkəni – İlham Əliyev, MM sabiq deputatı, əsl sahibkarlara qənim kəsilən, onları məcbur edərək mülklərinə, əmlaklarına şərik çıxan birisi. Təkrarçılıq da olsa bir daha təkrar edirəm, bunu “Azpolitika”da elə Hüquqşünasın özü da yoxlaya bilər. Misal olaraq Şabran rayonunun Gəndob kəndində soyuducu anbarı, Kərim adlı sahibkarın əlindən meyvə bağını almaq ən azından insanlığa yaraşmayan əməllərdir. R. Mehdiyev dəfələrlə iş-gücünü buraxıb Kərimin evinə minnətə gedib. Mövzunun adı “BOZ KARDİNAL” VƏ ONUN ƏLALTILARI...”dır. Niyə hörmətli hüquqşünas sual vermir ki, a kişi niyə ona boz kardinal deyirsiniz, o sadə Azərbaycan məmuru olub. Ramiz Mehdiyevin hələ çox bilmədiyimiz hoqqaları üzə çıxacaq. Sadəcə olaraq bu insan bir çox məmurlardan fərqli olaraq özünü reallaşdıra bilib. Bir balaca şərhi yazana kimi adamın canı çıxır. Bu adam isə ayda bir kitabı çap edib ona hətta şərh verir. Əgər onun bu kitablarda şəxsi əməyi varsa lənət olsun mənim zatıma. Azərbaycan o unikal dövlətlərdəndir ki, əgər sənin yüksək vəzifən varsa, hamı sənə yarınmağa can atır. Rəhbərin zəhər sözü də adama bal kimi gəlir. İnanın, hazırda R. Mehdiyev kimi o qədər məmurlar var ki, bu kişinin atasına rəhmət oxutdururlar. Bu iyrəncliyin, biabırçılığın kökünü kəsmək lazımdır. Vəzifə hədiyyə olmamalıdır. Dövlətdən söhbət gedirsə iş prinsipi qohumluq müstəvisində qurmaq qətiyyən yolverilməzdir. Ölkə başçısının əl-ayağına dolaşan kifayət qədər lazımsız məmurlar var. Ölkə başçısı təhlükəni yaxın ətrafında görməlidir, məs., Prezident Administrasiyasında. İnanın səmimiyyətimə, onun gördüyü müsbət işlərə elə öz yaxın ətrafı mane olur. P.S. Hörmətli “Admin” bu şərhləri kefimdən yazmıram. Bu qorxaqlıqdan irəli gəlmir, sadəcə, müəyyən gücə malik adamlar təzyiqə keçə bilərlər, bu da arzuolunan hal deyil. Çalışıram qərəzə yol verməyim. Faktiki olaraq görürsən haqsızlıq baş alıb gedir, heç nə edə bilmirsən, heç olmasa hayqırıb sısini kimlərəsə çatdırmaq istəyirsən. Adam susanda da ürəyi partlamaq dərəcəsinə çatır. Heç olmasa adam sözünü açıq deyə bilməyəndə köməyə “Azpolitika” gəlir

Hüquqşünas - a cavab 2020-06-19 16:08:23

MILYARDER Ramiz Mehdiyev Azerbaycanda BUTUN YUKSEK VEZIFELERE OZ ADAMLARINI YERLESHDIRIB....... ve NETICE.......

Tariyel 2020-06-19 15:29:46

.ölkəmizin ən güclü kadrıdır. Çox nadir nüsxədir. Bütün mənasız ömrü boyu o işlə məşğul oub.

Hüquqşünas 2020-06-19 14:24:31

Yazılan şərhləri oxuduqca düşünürsən6 İnsanlar niyə belə cılızlaşıb? Niyə belə yarımçıq düşüncəyə malikdirlər? R.Mehdiyev H.Əliyevin ən yaxın silahdaşı olub və bütün məsələlərd iştirak edib.Onun bütün davranışları həm H.Əliyevə,daha sonra İ.Əliyevə bəlli olmaya bilməzdi.Belə halda bu gün durub onun varı-datını,tərəfdarlarını sadalamaq məntiqsiz görünür.Burada əsas məsələni hamı yaddan çıxarır.Sistemi boşluğu,qanunlara hörmətsizlik yuxarı eşalonda yüksək səviyyədəmövcuddur.Sanki Nəzarəe etməli olan orqanlar yatmış vəziyyətdədirlar.Bu hal bu gün də mövcuddur və İcra hakimiyyətləri,nazirliklərdəki hallar bunu sübut edir.

bəy 2020-06-19 00:02:41

düzdü yazılanlar. o bu vetenin oqlu deyil. toy harda edibdirse ora sürgün elemek lazımdır.yanında olanlarla bir yerde .ele bil bu torpaqlar dedesinden qalıb .cox adamı bedbext edib bu evleri başsız qoyub onların ahı bunu tutacaq.naxcıvan torpaqının cöreyi seninde ... tağınında burnunuzdan gelecek inşaallah tez dir zamanda

Moshu 2020-06-18 21:39:29

Son zamanlar “Azpolitika” sözün əsl mənasında dövlətşilik baxımından çox nümunəvi sayt təəssüratı bağışlayır. Sözün açığı əvvəllər də belə olub, lakin əvvəlki vaxtlar belə demək mümkünsə bir az ehtiyatlanırdı. Artıq bu ehtiyatlanma müşahidə edilmir, bu da yalnız fərəh hissi doğurur, yazıları isə şox aktualdır. Bu mövzu ilə bağlı şərhləri oxuduqca açığı fərəhlənirəm. İnsanlarımız artıq fikirlərini açıq şəkildə biıdirirlər. Bütün bunlarda “Azpolitika”nın da rolu əvəzsizdir. Mövzu ilə bağlı. Gedənin arxasınca danışmaq xarakterimə ziddir. Cənab Ramiz Mehdiyevin tutduğu vəzifədən azad olunana qədər papağını qarşısına qoyub onun özünün gördüyü işə, işlərə hansı qiymət verərdi? Ürəyinin, vicdanının səsinə qulaq asıb bu suallara özü cavab verərdi. Xatırlamıram ki, hansısa müsbət addım sahibi olub. Adam var gördüyü yaxşı işdən zövq alır, adam da var ki, onun həyat tərzi pislik eləməyin üstündədir. Bu gün ölkə başçısının müsbət addımlarına mane olan icra başçıları, bəzi nazirlər, komitə sədrləri, polis rəisləri, hakimlər və s. hörmətli Ramiz Mehdiyevin dəyərli namizədləridir. .... Əlini hara atırsan içindən Ramiz Mehdiyev çıxır. İnsanın nə qədər hektarla torpağı olar, meyvə saxlamaq üçün soyuducu anbarları olar, hektarla meyvə bağları olar? Buna misal olaraq Şabran rayonunun Gəndob kəndində soyuducu anbarı, Kərim adlı sahibkarın əlindən meyvə bağını almaq ən azından insanlığa yaraşmayan əməllərdir. Oğlu Miqrasiya xidmətində, iki eşşəyin arpasını bölə bilməyən kürəkəni deputat, oğlu ASAN xidmətin rəhbəri, qızı Oksford məktəbinin rəhbəri, azərbaycan dilində fərli danışa bilməyən qaynı Qurskaya DİN mühafizə xidmətinin rəis müavini (vəzifə elə bil hədiyyə üçün yaradılıb, səhv etmirəmsə Yasamal rayonundan OVİRə, OVİR-dən mühafizə xidmətinə və s.). Əzizlərim, dövlət quruculuğu belə olmur, buna dövlət qırıcılığı deyirlər. Bu gün əsas təhlükə Prezident Administrasiyasındadır. Ölkə başçısı o qədər liberal, rəhmdil, humanist insandır ki, onun bu keyfiyyətlərindən sui-istifadə edilir. Bu gün Əbülfəz Elçibəyin humanistliyinin hansı fəsadlar, hansı acı nəticələr verməsi göz qabağındadır. İlham Əliyevin ürəyi onun elə özü boydadır. Çox xahiş edərdim ki, bir az sərt sifətini yaramaz kadrlara göstərsin. Bir məntiq var: cinayətkar cəzalanmalıdır. Vətəndaşlarımızdan da xahiş edərdim kim hansı dəqiq məlumata malikdirsə şərhlərində bölüşsünlər. Bu eyni zamanda qara maskalı oğlanlara yaxşı kömək olardı. Bu şəkillərə baxdıqda bir daha onun şahidi oldum ki, bunlar hamısı bir-birilərinə oxşayırlar, hamısı bezin bir qırağıdır.

pensioner 2020-06-18 20:51:48

Şapalaqvuran

Eli 2020-06-18 19:37:14

Müellimin yaxşı da soyadı var adına layiq

Amin 2020-06-18 17:39:18

Başa düşmək olmur bu illər ərzində bu Fəzail harda idi? Bunun açarı idi kimin əlindədir?

Ağayev Ağahüseyn 2020-06-18 17:18:33

Belədirsə niyə ONLAR HƏBS OLUNMUR. Bu İTTHAMLAR cox ciddidir.HƏBS-HƏBS

Ə.Əhmədov 2020-06-18 16:53:19

Bu "hörmətli" deputatımız lap ağlını itirib deyəsən. Uzun müddəd Ümummilli liderımız və möhtərəm prezidentimizlə çiyi-çiyinə müstəqil Azərbaycanımızın inkişafına xidmət göstərmiş Şəxs barəsində qarayaxma kampaniyası nədən qaynaqlanır görəsən. Ağamalı deyəsən özünü R.Mehtiyevi Elmlər Akademiasının prezidenti kimi yüksək posta layiq bilənlərdən ağıllı sayır. Mən belə fikirləşirəm ki, yəqin R.Mehtiyev vaxtilə F.Ağamalını belə şəxsi keyfiyyətləri olduğu üçün adam yerınə qoymuyub, o da açıqlıdır və qarayaxma kompaniyasına başlayıb.

Aydın Muradov 2020-06-18 15:56:24

Rasim Məmmədov həbsxanada oturmasa deməli bu 80 yaşlı kardinal hələ də güclüdür...

Adil Əliyev 2020-06-18 15:29:50

Yıxılana balta vurmazlar.

Fakt 2020-06-18 14:47:46

Dövlət qulluğundan keçməyən savadsız admaları, ABU -nu , Ukrayna və Gürcüstan Universtlərində təhsil alanları Asan xidmətdə yüksək vəzifəyə təyin ediblər..??? Sərdar Nəsibovun ABU -nun məzunu olmasına baxmayaraq Asan xidmətdə Notarius təyin edibdir. Notarius hara, Sərdar hara ???

Rauf 2020-06-18 13:23:59

Talançı komanda ölkəni rüşvət korrupsiya yolu ilə əhalini quru yurdda qoyublar. Və başa da düşmək istəmirlər ki, əhalinin böyül hissəsi artıq çörək puluna da möhtacdırlar. İndi isə zor tragedik tamaşaya bənzər oyunla bir-birinin üzərinə atmaqla məşğuldurlar.

ƏLİL 2020-06-18 13:21:57

BU ... HEÇMİ UTANMIR!

Cəlilov Bəkir 2020-06-18 13:21:02

Bunları hamısı Mehdiyevin sayəsində milyolar,milyardlar oğurlayıb....hətta xarcdə əlak,şirkət,banklarda vəsait toplamış şəxslərdir.Hələ axtarsanız milliyyətlərinin qarışıq olduğu ehtimalı da böyükdür....

Eli 2020-06-18 12:32:08

Deputatın gösterdiyi fotoya baxanda uzun iller ve hal hazırda mühüm dövlet vezifelerinde çalışan dövlet xadimlerinin uzun iller Dövlet qarşısında gösterdiyi xidmetler şübhe altına alınır Bu en azından ölkede aparılan siyaseti şübhe sltına slmaqdır bele çıxır ki biri vezifeden gedende qalanlar haqqında kim me istese dankşs bilerMence özüne hörmet eden şexs yazanda ve dznışanda konkret faktlara esaslanmalıdır.

Alim 2020-06-18 12:04:27

RamizMehdiyev duz 40ildirki, bu milletin bogazinda kal armud kimi qalib, son 40 ilde Azerbaycanin siyasi heyatinda bu boz kardinalin rolu ve kimlere ishlediyi haqqinda efsaneler qezir. Men Fezayilin dedikleri ile sherikem, baxbayaraq ki, onun ozude ele o xisletli adamdir.Belkede bu yazini ona gore yazib ki, Mehdiyev ve onun nax komandasi YER-zlari hakimiyyetden sixishdirirdi, bu gunlerde siyasi savadi menfi shkalada yerleshen diger kecmish dirnaq arasi deputat Musada cengaver olmushdur. Mehdiye akademiyada hec bir islahat vilan aparmir, yalniz Isa Hebibbeyli ile temasda olaraq tapshiriqlarini verir. Lakin orada olan guldurlarida akademiyadan uzaqlashdirdi. Ishler mudiri akademiyada kesdiyi basha sorgu-sual olunmayan Feteli ve kecmish turemshik Serdari ... kimi redd etdi. Akademiya ayrilanpullari dushmen malli kimi talan eden bu ... destesinin toretdiyi cinayetleri gerek proktatura yoxlayib, onlarin yediklerini gursaklarindan toke. Deyirler Mehdiyev besh yerden masash alan akademiklerin bir hissesine ev vermekle meshgul olur. ONlarin bir ayda aldigiresmi maash bir instutun emekdashlarinin emek haaginin yarsina beraberdir. ari ki

Eli 2020-06-18 12:02:48

Allah böyük Hüseyn Cavide rehmet elesin Bu gün üçün deyib:Derde bax millete bax niyyete bax Ölülerden diriler feyz alacaq Bu adam niye yaşına göre yerini ddha cavan Avropadz tehsil almış daha savadlı ve vetenperver daha işıqlı zeka sajibi olan cavanlara vermir Axı onların bu hereketi ele bu olkeye ve dövlete bir sevgi ve mehebbet olardıBaşqa bu eqidede olanlar da bunlardan nümune götürerdiler

Eli 2020-06-18 11:51:39

Xalqın elçisinin eqidesine meslekine bax da Bunları göresen kim deputat seçib

Özgür 2020-06-18 11:51:39

Bağda ərik var idi, salamməleyk var idi, bağdan ərik qurtardı, salamməleyk qurtardı?

Musəvi 2020-06-18 11:44:02

Fəzail müəllim dəfələrlə ona tapşırılmış işin öhdəsindən gələ bilib, Quskanı da zərərsizləşdirə bilmişdi :) R.Mehdiyevə simpatiyam olmasa da, yazının sifariş olduğu hər kəlməsindən bəllidi. Seçkilərdə Kamilə uduzmuşdu, indi mandat verənlər mahnınıda sifariş ediblər :)

Ziyalı 2020-06-18 11:39:39

İkincisi, deyir R.Mehdiyev "prezidentlik arzusu ilə yuxuları ərşə çəkilən və ən müxtəlif yollarla ali kürsüyə yiyələnmək istəyən" şəxs olub. R.Mehdiyev bunu istəsəydi, elə əngüclü olduğu dövrdə, 2003-cü ildə edərdi.

Ziyalı 2020-06-18 11:36:49

Cənab prezident R.Mehdiyevə H.Əliyev ordenini təqdim edəndə demişdi ki, "xalqımız üçün həmin ağır illərdə siz Ulu Öndərə öz sədaqətinizi saxlamısınız və onun rəhbərliyi altında işlədiyiniz dövr ərzində bunu sübut etmisiniz." ""

mamed 2020-06-18 11:25:43

Möhtərəm Heydər Əliyev barədə kitab yazan qara maskalı ağ niyyğətli kişilər olub, yosa Ramiz Mehdiyev. Bir 20 ildə gözləyək , şəbəkənin digər üzvləridə ifşa olunsun.

Eli 2020-06-18 11:06:21

Deyirem bu millet vekillerinin bezilerinde niye mentiq ve mesuliyyet yoxdurBele çıxır ki Mehdiyevin prezident terefinden Dövletin en yüksek mükafatla mükafatlandırılması ve onun o böyüklükde Akademiyaya rehber teyin edilmesi hörmetli deputatın sadaladığı xeyanet ve sehvlere göredir Adam başa füşmür niye bunlar o insan vezifede olanda bu dözlefi onun üzüne demirdilerBunlar milleti ne hesab edirler Bu en azından xalqa hörmetsizlikdir Ayıbdır özünüze hörmet etmirsinşz heç olmasa bu xalqa hörmet edinYOxsa size göre xalq ancaq vezifede ve deputat olanlardır

ana vətən oğlu 2020-06-18 10:44:59

hörmətli millət vəkilimiz 2001. ildən deyir, biz hələ də ayılmaq istəmirik. Adam gərək elə hökmən kiminləsə əlbəyaxa olmalıdır ki, ona vaxtında inanaq

Veten dashı 2020-06-18 10:43:19

Marksist babaların belə bir deyimi vardı -Təbliğatın kəsərli olması ücün təbliğatçının şəxsi keyfiyyəti və təbliğatçıya olan inam durur...Məncə qoy hakimiyyət tapa bilsə belələrini tapsın.Bir il öncə Ramiz Mehdiyev barədə belə yazı yazmağa cəsarətiniz olsaydı....

Məzə 2020-06-18 10:42:06

hörmətli millət vəkilimiz 2001. ildən deyir, biz hələ də ayılmaq istəmirik. Adam gərək elə

Bashirov Qarib 2020-06-18 09:57:12

Çox ciddi ittihamdır. R.Mehdiyevin açıq- açıgına dövlətçiliyimizin duşməni, xalqımıza nifrət bəsləməsini dilə gətirmək və radikal muxalifətin onun tərəfindən idarə olunmasını demək cəsarətli iddiadır. ...verilənə oxşayır.Yoxsa, durub dururarkən hörmətli deputatımız nədən belə curətlənə bilər? olduqca

Eli 2020-06-18 09:37:11

Maşallah maşallah Milli meclisin yaraşığı göresen bu depurar olmasa milli meclis yeqin ki iflic olar daha doğrusu fealiyyetsiz qalarİnsan başa düşe bilmir bunun eqidesi nedir bu hansı mensbe qulluq edir Bes bu özü de çox cavan deyil niye estafeyi genclere vermir

haqqı deyən 2020-06-18 09:07:10

külək hara əsir bu da onun dalınca. şər bardağı.

Son yazılar