BU HƏFTƏSONU DA TAM QAPANMA OLACAQMI? - Qərargahdan açıqlama

Azərbaycanın bir sıra iri şəhər və rayonlarında növbəti dəfə sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd edilib ki, yenidən sərtləşdirilmiş xüsusi karantin rejimin tətbiqi ilə bağlı qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın iyunun 9-da keçirilən brifinqində çıxışı zamanı deyib ki, cümə və şənbə günü (19 və 20 iyun) sərt karantin tətbiq edilməsi, bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılması təklif edilib.

635x100

Şərhlər

Həkim 2020-06-18 13:17:24

Mənasız qarantin yox,dezinfeksiya,təmizlik ,təbliğat ,nəzarət işlərinə diqqət eymək öndə məsələdir.Bir şəhərin mərkəzində.ətraflarında zibillərin topalanaraq günlərlə daşınmaması,dezinfeksiyanın yalnız şəhərn bəlli yerlərində göstərgə üçün aparılması yoxşəhərin kopleks dezinfeksiya olunmasına diqqət verilməlidr.İnsanları evlərə həbs etməklə bu nəticə verməz1Bunu Operativ ştabdakı məsul şəxslər niyə anlamır.Axı belə həbslər insanlar arasında bir sıra əlavə xəstəliklər.aqressiya yaradır.e?

t.ədalət 2020-06-18 11:20:03

Sizin "qapanma" tədbirinizə .... Xalq acından ölür.Karantin tətbiq edirsiniz,bəs niyə əhalinin ehtiyaclarını qarşılamırsınız?Azərbaycanı müstəmləkə kimi idarə etmək yetər!

Vətəndaş 2020-06-18 11:07:13

Başa düşün,çətindir. Əvvəlki kimi həyətə düşməyə 200 metr məsafəyə imkan vermək lazımdır. Belə qadağanı indi ... Ərdoğandan başqa heç kim etmir. Orada da buradakı kimi deyil

jerom k.jerom 2020-06-18 10:36:52

valeh oldum bu başlığa və bu açıqlamaya

Son yazılar