"Nazirlikdə heç kimi saymayanlar Beydullayev kimi işdən qovulacaqlar" - Elçin Behbudov

"Zakir Həsənovun müdafiə naziri kimi bütün gözləntiləri doğruldacağını əminliklə deyirəm"

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Zakir Həsənovun müdafiə naziri postuna gətirilməsindən danışıb. O, Z.Həsənovu kapitan olduğu vaxtdan tanıdığını deyib:

“O, mənim dostumdur. Onun böyük qardaşı Eldar Həsənov rəisim olub. Zakir Həsənovun müdafiə naziri təyinatı çox düzgün addımdır. Çünki Zakir Həsənov çox bacarıqlı bir kadrdır. Bilirsiz ki, bizim komitə mütəmadi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında monitorinqlər aparır. Zakir Həsənov orada komandan olduğu müddətdə Daxili Qoşunlarda vəziyyət çox yüksək səviyyəyə qalxıb. Əsgərlərin nizamnaməyə uyğun qidalanması, geyimlərinin vaxtında verilməsi də hər kəsə bəllidir. O, Daxili Qoşunlara elə texnikalar alıb ki, həmin texnikalarla düz Yerevana kimi getmək olar. Onun müdafiə naziri kimi bütün gözləntiləri doğruldacağını əminliklə deyirəm. Orada köklü dəyişikliklər edəcək. Müdafiə Nazirliyi sistemində əsgər ölümləri, əsgərlərin zabitlər tərəfindən incidilməsi, döyülməsi aradan qaldırılacaq. Orada yerində olmayan zabitlər, hətta generallar var. Onun iş prinsipinə yaxından tanışam deyə bunları söyləyə bilirəm”.

E.Behbudov deyir ki, Müdafiə Nazirliyi çox yüksək səviyyəli quruma çevriləcək: “Tutduğu vəzifəyə uyğun olmayan, kimlərinsə xahişi ilə yüksək vəzifələrə oturanlar, nazirlikdə heç kimi saymayanlar Beydullayev kimi işdən qovulacaqlar. Necə ki, orada kök salan çoxsaylı generallılar artıq işdən qovulublar. O, daxili işlər nazirinin müavini kimi özünü necə təsdiq etmişdisə, müdafiə naziri kimi də təsdiq edəcək. O tələbkar və təmiz insandır”.

E.Behbudov bildirdi ki, yeni nazir pensiya yaşı ötmüş və yerində olmayan kadrları da Müdafiə Nazirliyi və onun qurumdan təmizləyəcək: “Adını hallandırmaq istəmədiyim bir nazir köməkçisi var, o nazirlikdə oturmaq əvəzinə, gedib Bakı qarnizonunda özünə apartament düzəldib. Belələrinin fəaliyyətinə düzgün qiymət veriləcək”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar