XÜSUSİ KARANTİN REJİMİ UZADILDI - Nazirlər Kabinetinin qərarı açıqlandı

Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

“Ölkəmizdə epidemioloji vəziyyət təhlil edilib və karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib”, - o əlavə edib.

Bakı metrosu xüsusi karantin rejimi müddətində fəaliyyətini davam etdirəcək.

Leyla Abdullayevanın  sözlərinə görə, bulvar və parklara giriş də məhdudlaşdırılmayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar