"XƏSTƏ SAYI SÜRƏTLƏ ARTIR, VƏZİYYƏT ÜRƏKAÇAN DEYİL...” - TƏBİB sədri

“Sərt karantin rejiminə bizi vadar edən epidemioloji vəziyyətdir”. APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, dünya ölkələrində koronavirusa yoluxma artır: “Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Bizim A, B və C variantlarımız var. Son iki həftədə tətbiq olunan məhdudiyətlərin hansı nəticə verməsinə gəlincə, bu addımlar da xarici ölkələrin təcrübəsinə əsasən atılmışdı. Bu, bizə uzunmüddətli məhdudiyyətlərin tətbiqinə vaxt qazanmağa imkan verdi”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, məhdudiyyətlər aprel ayında tətbiq olunan məhdudiyyətlərə bənzəyir: “Aprel ayında səhiyyə strukturları xəstəliklə mübarizəyə tam hazır deyildi. Düzdür, yetərincə çarpayı sayı vardı. Ancaq xəstəliyin nə dərəcə artması, əlavə çarpayı sayına ehtiyac olması, laboratoriya, avadanlıq, xəstəxanaların digər təminatları həyata keçirildi. Xəstələrin 15 faizi adətən, reanimasiya üçün nəzərdə tutulur”.

R. Bayramlı nəzərə çatdırıb ki, dünən xəstəxanalara baş çəkmək imkanı olub: “Xəstəxanaların oksigen sistemləri, generatorlar bu qədər xəstəyə hesablanmamışdı. Xəstəxanaların bir qismində generatorlar deyil, oksigen balonları istifadə olunurdu. Bununla əlaqədar generatorlar alınıb. Modul tipli xəstəxanalar yaradılıb, 7 minə qədər çarpayı hazırlanıb, ancaq bu gün 5 minə qədər xəstə var, virusa yoluxma sürətlə baş verir. Yeni yoluxanlarla sağalanlar arasında fərq artır, tibb müəssisələrinin üzərinə böyük yük düşür”.

Bayramlı söyləyib ki, dünya ölkələrində koronavirusa yoluxanlar arasında 4-18 faiz ölüm var. Azərbaycanda isə ölüm faizi daha aşağıdır. Bu, səhiyyə sisteminin hazırlığı ilə bağlıdır. Almaniya, İtaliya kimi ölkələrdə yenidən yoluxma artır. Türkiyədə bir sıra şəhərlərdə belə maskanın tətbiqi tələbi qoyulub. Çində yenidən sərt tədbirlər tətbiq olunur.

Azərbaycan dövlətinin siyasətinin mərkəzində insanlarımızın sağlamlığı dayanır. Xəstəliyin qarşısının alınması peyvənd və dərmanın tapılması ilə mümkün olacaq. Bu gün də bunlar yoxdur. İndiyə qədər 10-a yaxın mərkəzdə ciddi tədqiqatlar aparılır, iki mərkəzin tədqiqatı üçüncü mərhələyə keçib. Ancaq peyvənd tapılsa da, ola bilər ki, hər il virusun yeni ştamplarına görə yeni peyvəndlərə ehtiyac olacaq. Bir ehtimal da var ki, virus mutasiya olunsun və həyatımızdan itsin. Ancaq bu, o qədər də real deyil.

TƏBİB sədri bildirib ki, təhlükə çox ciddidir. Əgər xəstəlik dalğavarı deyil, yüksələn xətlə inkişaf edərsə, səhiyyə sistemi bunun öhdəsindən gələ bilməz, ölümlər daha çox olar.

Bayramlı bildirib ki, qaydalara əməl etmək baxımından aparılan müşahidələr göstərir ki, vəziyyət heç də ürəkaçan deyil. Hələ də qaydalara əməl etməyən vətəndaşlarımız var. Küçələrdə hələ də simptomları olmayan və zəif olan vətəndaşlar gəzir. Onlar maskasız gəzdikdə başqa insanları da yoluxdururlar. 

Hələ də yas yerlərinə kütləvi toplaşanlar var. Yas yerlərində kütləvi yoluxmalar haqqında ciddi epidemioloji nəticələr müşahidə edilir. İctimai nəqliyyatda qoruyucu vasitələrin, maskanın istifadə olunmaması ilə bağlı kifayət qədər yoluxma halı mövcuddur.

635x100

Şərhlər

V.Qərib 2020-06-19 10:45:24

Kimin rayonda evi şəraiti varsa onları belə deyək yoxlayıb Bakı şəhərindən bu

Bəhram Əşrəfi 2020-06-19 08:59:29

Azı 20 nəf Tibbi Konsilium, sonra NK hala uyğun doğru qərarlar verə bilərlər?

Eli 2020-06-19 00:37:12

birdeki maska bu virusdan qorunmaqa komey etmir,tanwexs vardi artiq bir nece kundu bu virusdan mualice alir.dovlet tewkilatinda caliwirdi,hec bir zaman maskasiz ve spirtsiz olmazdi insan.ne olduuu niye yoluxdu????bilirsiz niye yoluxduuu cunki yene tekraren yaratdiqiniz onlayin sms icazenin zibline,heee bax vaxtinda yene deyirem her kese pul verib evde oturtsaydiz lap evvelden bu virus kokunden silinerdi,siz ne etdiniz?onlayin olani sanki virus gormeyecek,tapayacawqmiw kimi duwundunuz.odurkiii ayilin oz gunahinizi yazziq milletin ustune atmayin

Famil 2020-06-18 22:41:27

Fevral ayının ortasında İranda koronavirus aşkarlananda biməliydik ki,bu bizə də gələck.ancaq bir aydan artıq lazımı tədbirlər görülmədi.Yumşaldılma olmamalıdır.Sərt tədbirlər görülməlidir,yixsa vəziyyət kontroldan çıxar.Nəyəsə arxayın olmaq olmaz.

Vsl 2020-06-18 22:12:20

Hər kəs özünü qorumalıdı. Evdən çıxanda maska taxılmalıdı, spirt və antiseptikdən istifadə edilməlidir. Bu yay əyləncə mərkəzləri və diskotekaları yaddan çıxarmaq lazımdı. Əgər insanlar virus yoxmuş kimi davranacaqsa payızda bizi faciə gözləyir.

adam 2020-06-18 22:11:32

Cenab sedr! koronovirusa qalib gelmek isteyirsinizse:1- insanlari tebiete ,denize yoneldin,imkan verin rayonda qalmaga yeri olan chixib,rayona getsin,Insanlarin immunitetini ancaq bu yolla artirmaq olar,Cimerlikleri achiq saxlaqmaq lazimdir, adamlarin bir yere toplanmagini istemirsinizse,butun sahilboyu obyektler baglansin/Camaat oz qarpiz pendirini aparib,yesin.Insanlari eve qapatmaq tamamile xeyirsiz bir sheydi.Eve qapanmish insanlar payiza 0 immunitet ile chixacaq ve neticeler daha aci olacaq.Bakini her yay movsumunde oldugu kimi ,boshaltmaq lazimdir. Temiz havada ve genish yerlerde yoluxma riskide azdir.Operativ qerargah mentiqsiz qerarlar verir.Bu qerarlar ne yoluxmani,ne xesteliyi azaltmayacaq.Bakinin ekser ehalisi 20 kv.m otaqlarda yashayir.Bu istide onlari o otaqlara salmaq yaxshidir,yoxsa daga,kende gondermek?

Kamil 2020-06-18 21:54:02

Bunu meçidlərə ölüyuyan götürmək lazımdır

Shushali 2020-06-18 21:50:59

Kor atin kor nalbendi olar. Bashinda bu durursa dunya rekordu adam bashina artiq bizimdir

Vətəndaş 2020-06-18 20:44:26

Səni kim tapıb qoyub ora. Qara fikirli insan

MRP 2020-06-18 19:47:05

Virus TƏBİBin ilk sınaq imtahanı idi.Bu imtahandan üzü qara çıxdı....

Eko 2020-06-18 19:22:51

Tebibliyi harda ôyrendin ? Ayibdiyeee Xotyabi Qûrcûlere baxin utanin((( pul adami yûkseltmir !!!!

Adil 2020-06-18 19:13:58

Senin kimi bash bilen olandaaa , xeste sayinartardaaa

Son yazılar