"BAŞA DÜŞMÜRƏM, NƏ İZAHATI?!" - Samir Şərifov yeni deputatları tənqid etdi (Yenilənib)

“2019-cu ildə rayonların gəlirləri çox olduğuna görə, öz xərclərini təmin edə bilmişdi”. APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, niyyəti, məramı xoş olan adam bu hesabatda istənilən cavabı tapa bilər: “Təqdim edilən hesabatlarda hər bir məsələ ilə bağlı olduqca geniş izahat verilib. Burada qənaətlərlə bağlı hansı pis niyyət ola bilər? Məsələn beynəlxalq tədbirlərin hansısa təxirə salınıbsa, onun xərclərinə qənaət edilib. Deputatlar büdcə kəsrinin azalmasını tənqid edirlər. 2 milyard manatdan çox kəsr il ərzində 200 milyona düşüb. Bunun nəyi pisdir? Burada yeni seçilmiş deputatlar deyir ki, hesabatda izahat yoxdur. Başa düşmürəm, nə izahatı?! Kimsə özünü yenidən təsdiq etmək istəyirsə, bunu edə bilər. Mən onları pandemiya dövründə də qəbul etməyə hazıram. Bizə məktub da göndərə bilərlər”.

Samir Şərifovun yeni deputatlarla bağlı fikirlərinə millət vəkili Etibar Əliyevin münasibətini soruşduq.

E.Əliyev bildirdi ki, yeni seçilmiş deputatlardan heç biri özünü təsdiq etmək üçün çıxış etməyib. "Maliyyə Nazirliyinin hesabatına gəldikdə isə, yalnız Erkin Qədirli çıxış etdi. Onun çıxışı da özünü təsdiqetmə məqsədi daşımırdı. Ümumiyyətlə, Samir Şərifov bugünkü iclasda aqressiv təsir bağışladı. Görsənir ki, tənqidə dözümü çox zəifdir", - millət vəkili qeyd etdi.

635x100

Şərhlər

Ağayev Ağahüseyn 2020-06-22 10:34:03

Hör. Millət vək.Maliyə nazirliyi hər ilin sonu Bütun RİH-də və Nazirliklərdə yoxlama aparır.Hər bir forma-2-ə ğörə hakq alır.Mən uzun müddət RİHB-nın müavini olmuşam və bu işə mən baxmışam.Hər ilin sonunda onları qovurdum cünkü mənimsəmə olmurdu.Hətta məndən bir dəfə Respubilka prokurorluquna DANOS verilmişdi.Öetdim və prokurora başa saldım ki,hamı SİZİN kimi oqru deyil. Yoxlayın yoxladılar 6-min azn form 2-iydi ğörülən işlərin həcmi 20-min azn iydi.BUQQƏDƏR vəsaiti NAZİR VƏ İCRA ORQANLARI NECƏ OQURLAYA BİLƏR o....

Ağayev Ağahüseyn 2020-06-21 21:16:45

BÜCCƏ VƏSAİTİNİN MƏNİMSƏNİLMƏSİNDƏ BƏZİ MALİYƏ NAZİRLİYİNİN ƏMƏKDAŞLARI MƏSULİYYƏT DAŞIYIR.ONLAR FAİZ ALMASA HEC KƏC BİR QƏPİK MƏNİSƏYƏ BİLMƏZ.Məndə r-n rəhbəri olmuşam onlar hansı fırıldaqdan CIXDIQINI HAM BİLİR. ....

Şəkidən 2020-06-20 18:05:14

Nazir Samir Şərifovun Şəkiyə təyin etdiyi kadr dövlətimizə və xalqımıza sadiq deyil...

Oxucu 2020-06-20 00:51:17

Etibar Əliyevin fikri ilə razıyam. Bu insan - 14 il nazir işləyir, artıq özünü səhvsiz adam hesab edir. Halbuki savad və bacarıq baxımından, dünya şöhrətli maliyyəçilərə - Kudrin, Leşek Baltseroviç və s. ona heç vaxt çata bilməyəcək

Bashirov Qarib 2020-06-19 13:40:43

Nufuz sahibi nazirin deputatlara belə munasibəti umumən normaldır ....

Camal 2020-06-19 13:36:36

Samir müəllim,deputat təsadüfi olaraq kiminsə rəyi ilə seçilmədən parlamentdə oturdulursa əlbəttə onun bu msələlrdən anlayışı olmayacaq.Məsələn Elman Nəsirova və yaa Siyavüş Novruzova nəyi sübut edəcəlsən?onlar kimi deputatxanada çoxlu sayda siyahi üzrə oturdulanlar mövcuddur. Onlar ləbbey deyənlərdir.Ona görə boş ver..

Son yazılar