6 RAYONA YENİ PROKUROR TƏYİN EDİLİB - Adlar

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokurorun imzaladığı əmrlərlə Taryel Ələkbərov Lənkəran, Namiq Muradov Quba, Ramin Hüseynov Göyçay, Ceyhun Almasov Yevlax rayonunun prokurorları vəzifələrinə təyin edilib.

Bundan əlavə müstəqil Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq xanım prokurorluq əməkdaşları vəzifədə irəli çəkilərək müstəqil rayon prokuroru vəzifələrinə təyinatlar almışlar.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səadət Rüstəmova tutduğu vəzifədən azad edilərək Qobustan rayon prokuroru, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror – metodisti Lalə Hüseynova isə tutduğu vəzifədən azad edilərək Zəngilan rayon prokuroru vəzifələrinə təyin edilmişlər.

635x100

Şərhlər

Ədalət 2020-06-19 16:41:41

Zəngilanin prokuroru ????

Son yazılar