BAKI VƏ SUMQAYITDA YAŞAYANLAR RAYONLARA GETMƏYƏ CƏHD EDİR - 5000-ə qədər avtomobil geri qaytarılıb

“Artıq ikinci gündür Bakı, Sumqayıt və Abşeron rayonlarının ərazisində yaşayan şəxslərin rayonlara getməsinə cəhdlər edilir”. APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, dünən axşam 5 minə qədər avtomobil geri qaytarılıb: “Həmin avtomobillərdən 4 mini Bakı, 1000-i isə rayon istiqamətinə geri qaytarılıb. Həmin insanlar buna cəhd etməsinlər. İnsanlar DİN-in “Qaynar xətti”nə zəng vuraraq buraxılıb-buraxılmayacaqlarını öyrənməlidirlər. Hətta vətəndaşın icazəsi varsa belə mübahisə yaratmasınlar. Vətəndaşlar “102” və digər nömrələr zəng edə bilərlər. Müraciət araşdırılacaq və icazə varsa, hərəkətə imkan yaradılacaq”.

635x100

Şərhlər

Cabir Vəlizadə 2020-06-21 15:47:13

Operativ Qərargah belə mənasız və əsası olmayan qərarı hansı qğılla verib? Burada siyasi mahiyyət yoxdurmu? Niyə sağlam insanların rayonlara getmsinə icazə verilməsin? bu absurd qərar hansı ağılla verilir?İnsan pensiyaçıdır.işləmir(onsuz da işləyənlərin çoxu indi işləmir) niyə virus olmayan bölgələrə istirahətə,doğmalarının yanına və nəhayət oradakı öz evinəgedə bilməsin? Bunun hansı qanunla tənzim olunması bəlli deyiil.İnsanları mənasız məhdudiyyətlərə məcbur etməək ağılsızlıqdır.vvə ya u

Omer 2020-06-20 12:16:37

Niye getmek olmazki.? Biz serqliyik. Olumuzun ustune getmek adetimizdir. Bakidan yasayanlarinda coxu rayonla elaqelidi. Amma qerari qebul eleyenlerin ve postakilarin ele bil hec rayonda qebirleri yoxdu. 4aydir qebir uste gede bilmirik. Ugurlar

Son yazılar