AZƏRBAYCANDA SİQARET BAZARININ İNHİSARÇILARI VƏ... - Ölkədə tütün istehsalının ilbəil azalmasının sirri

Ötən il dekabr ayının 2-də Azərbaycan Milli Məclisi özünü buraxanda hər kəs qanunverici orqanın adı qanunsuz fəaliyyətlə hallanan deputatlardan təmizlənəcəyini düşünmüşdü. Üzərindən 3 ay keçəndən sonra baş tutan seçkilərdə ortaya çıxan nəticələr isə hər kəsi xəyal qırıqlığına uğratmışdı. Adı ən müxtəlif cinayətlərdə hallanan bir çox deputatlar yenidən MSK-dan mandat alaraq Azərbaycan xalqının milli iradəsinin ifadəçisi kimi öz missiyalarını davam etdirəcəkdilər və artıq etdirirlər də. Onlardan biri də 73 saylı Lənkəran seçki dairəsindən 2 dəfə dalbadala deputat mandatı alan Rüfət Quliyev idi. 

Məsələ burasındadır ki, rəsmi sənədlərdə iqtisad elmləri üzrə professor və yüzlərlə elmi məqalənin müəllifi kimi görünən Rüfət Quliyev Azərbaycan ictimaiyyətində intellektual fəaliyyəti ilə deyil, ölmüş dostunun xanımından 40 min dollarlıq borc müqabilində 328 min dollar istəməsiylə tanınmışdı. Borcunu 9 mislində tələb etməsini isə onu ayda 8-10%-lik sələmə verməsiylə əsaslandırmışdı. Deputatın bu sələmçiliyi 2016-cı ildə mərhum dostu Namiq Səfərovun yoldaşı Nuranə Səfərovanın Milli Məclisin o dövrdəki sədri Oqtay Əsədova yazdığı məktubla gün işığına çıxmışdı.

Şikayətçi məktubunda deputatın artıq həyatda olmayan dostuna şər atdığını, ona ümumiyyətlə borc vermədiyini iddia edərək yazırdı:“Əvvəla, mənim həyat yoldaşımın maddi durumu elə idi ki, Rüfət Quliyevdən 40 min dollar faizlə pul almasına ehtiyac yox idi. İkincisi, belə bir hal olsaydı, mütləq mən bunu bilərdim”.

Nuranə Səfərovanın bu müraciətindən sonra gözləmək olardı ki, özünün iddiasına görə 300-dən artıq elmi məqalənin müəllifi eyni anda bir neçə universitetin professoru kimi “tanınan” Rüfət Quliyev heç olmasa seçiciləri qarşısında rəzil duruma düşmək istəməyib bu ədalətsiz tələbindən geri çəkiləcək və səhvini düzəldəcək. Rüfət Quliyev isə nəfəsini Milli Məclisin sesiyasında alıb Səbail Rayon Məhkəməsində buraxmışdı. 

araqlıdır ki, qanunsuz fəaliyyətlə məşğul olan və bu günə qədər sələmçilikdən qazandığı pula görə vergi orqanlarına 5 qəpik ödəməyən deputatın bu tələbi Səbail Rayon Məhkəməsinin hakimi Zaur Əliyev tərəfindən təmin olunmuşdu. Nəticədə ədalətsiz qərar böyük səs-küyə yol açmışdı. 

Ölkənin bir sıra mətbu orqanları bu barədə yazırdı:“Ümumilikdə 328 min dollar tələb edən Rüfət Quliyev dərhal məhkəməyə müraciət edib və dostunun ailəsinin əmlaklarının, o cümlədən evinin, maşınının üzərinə həbs qoyulmasına nail olub. Səbail Rayon Məhkəməsinin hakimi Zaur Əliyev "iddianın təmin olunmasının tədbiri kimi” belə bir qərar verib”.

Nuranə Səfərova spikerə yazırdı ki, deputat bu yolla ona və iki övladına həyat yoldaşından qalmış əmlakları ələ keçirmək istəyir: "Deputat Rüfət Quliyev həyat yoldaşımın ölümündən, mənim də kimsəsizliyimdən sui-istifadə edərək, 40 ildən çox yaxın dostluq etdiyi şəxsin başsız ailəsinə qarşı açıq şəkildə təqiblər həyata keçirir. Özünün deputat statusuna da məhəl qoymayaraq, hərəkətinə hüquqi “əsas” yaratmaq üçün primitiv formada öhdəlik müqaviləsi hazırlatdırıbməhkəməyə təqdim edib. Həmin müqavilədə də göstərilib ki, guya, həyat yoldaşıma faizə pul verib. Deputat nə vaxtdan sahibkarlıq fəaliyyəti ilə məşğul olur? Faizə pul vermək lisenziyalı fəaliyyətdir. Məgər Rüfət Quliyevin lisenziyası vardı?

Deputat bu fəaliyyətinə görə vergi ödəyibmi? Göründüyü kimi, qanunsuzluqları saymaqla bitmir”.

Nuranə Səfərova onu da qeyd edirdi ki, iddia tələbinin predmetini ödənilməli olan əsas və faiz borcu, yəni pul təşkil edir, amma hakim Zaur Əliyev deputatın istəyilə onun bütün əmlakımın üzərinə həbs qoyub: "Halbuki, təmin tədbiri yalnız iddianın predmetinin üzərinə həbs qoyulmasını mümkün edir. Bu iddianı qaldırarkən deputat Rüfət Quliyev sələmçilik fəaliyyəti ilə məşğul olduğunu etiraf edib. İddia ərizəsinə əlavə etdiyi öhdəlik müqaviləsində Rüfət Quliyevin faizə pul verdiyi yazılıb – özü də nə az, nə çox 8-10 faizə. Buna görə də uydurma "40 min dollar” məbləğini faizlə şişirdərək, 328 min dollara çatdırıb”.

Nuranə Səfərova məktubunun sonunda Milli Məclisin sədrindən xahiş edirdi ki, deputat Rüfət Quliyevin əməlləri parlamentin İntizam Komissiyasının iclasında müzakirəyə çıxarılsın, onun əməllərinə hüquqi qiymət verilsin: "İnanın ki, Rüfət Quliyevin mənim çoxsaylı əmlakımı ələ keçirməsi ilə əlaqədar etdiyi təzyiqlər nəticəsində son əlac kimi, intihar həddindəyəm”.
Bir sözlə, Nuranə Səfərovanın MM spikerinə yazdığı məktubunda dilə gətirdiyi mətləblər məşhur “Danabaş kəndinin əhvalatı” hekayəsindəki baş qəhrəman Xudayar bəyin öz ölmüş dostunun mülkiyyətinə tamah salmaq epizodunu xatırladırdı. 

Onun qanunsuz tələbinə hüquqi don geyindirən Səbail Rayon Məhkəməsinin hakimi Zaur Əliyevin çıxardığı hökm isə hekayədəki “bir kəllə qənd, 3 manat pul” prinsipiylə işləyən kənd axundunun ədalətindən çox da fərqlənmirdi.

2016-cı ildə ciddi ajiotaja səbəb olan bu hadisə, belə görünür ki, ictimai qınaq nəticəsində qismən həllini tapsa da, yenə müəyyən suallarla yadda qalmışdı. Belə ki, Nuranə Səfərovanın 2016-cı ilin avqust ayında MM sədri Oqtay Əsədova yazdığı məktubunda alındığını belə, inkar etdiyi əsas borcun dəyəri 40 min dollar göstərilirdi. Səbail Rayon Məhkəməsinin həmin ilin noyabr ayında çıxardığı hökmə görə isə, bu borc 40 min yox, 81 min 850 dollar imiş. 

Məhkəmə deputatın sələm üçün tələb etdiyi 246 min 800 dollar da faiz tələbini isə qanunsuz olduğuna qərar vermişdi. Bununla belə, əsas borc 40 min dollar əvəzinə 81 min 850 dollar olaraq göstərilmişdi. Belə çıxırdı ki, yekun məhkəmə qərarı da əsas borcun üzərinə faiz dəyərini də əlavə edib.Özü də az yox, 100%-dən artıq. Amma bu faiz dərəcəsi əsas borc olaraq qəbul olunmuşdu.

Ən maraqlısı isə odur ki, şikayətçi Nuranə Səfərova da məhkəmə prosesində öz ifadəsini dəyişmişdi. O, Oqtay Əsədova yazdığı məktubda deputatın mərhum Namiq Səfərova 40 min manat verdiyi iddia etdiyini, halbuki belə bir hadisənin baş vermədiyini bildirdisə, məhkəmə prosesində borcun verildiyi və miqdarın 81 min 850 dolar olduğunu “etiraf etmişdi”. Lap məşhur lətifədə deyildiyi kimi,“boynuna almışdı ki, “Kapital”ı Marks yox, özü yazıb”.

Yəni xanımın 3 ay ərzində bir-birinə zidd olan 2 iddiası təzyiqə məruz qalaraq əslində olmayan borc öhdəliyi altına girdiyi qənaəti yaradırdı. Prezident İlham Əliyevin də dediyi kimi, indiyədək ölkədəki məhkəmə-hüquq sistemimizin zalımın məzlum üzərində hegemonluğunu təmin edən zülm aparatı olaraq fəaliyyət göstərdiyini nəzərə alanda bu versiya xeyli inandırıcı görünürdü.

Rüfət Quliyevin deputat mandatını qanunsuz iqtisadi fəaliyyətində qalxana çevirməsi ehtimalı onun üzə çıxan başqa əməllərində də özünü büruzə vermişdi. Məlum olduğu kimi, o, Azərbaycanda siqaret monopoliyasını əlində saxlayan "European Tobacco-Baku” şirkətinin sahibidir. 

2000-ci ildə keçmiş Bakı Tütün Fabrikinin əsasında yaradılan bu şirkət ucu-bucağı görünməyən binaya sahibdir. Uzaqdan baxanda, bu fabrik binasında çox ciddi istehsalat prosesinin getdiyini düşünmək olar. Ölkənin ciddi saytlarından hesab olunan Qafqazinfo.az-ın 2017-ci ildə apardığı araşdırmadan isə başqa mətləblər ortaya çıxır. Belə məlum olur ki, arxasında Araz Ağlarovun dayandığı tütün monopoliyasının əsl işi xaricdən hazır məhsul gətirib, bu fabrikdə paketləşdirməkdən ibarət imiş. Başqa təbirlə desək, bu böyüklükdə binanın işini əslində adi sexlə də əvəzləmək mümkündür. Bu bina isə xırda isə böyük iş görüntüsü qazandırmaq üçün tütün monopoliyasının işinə yarayır. 

Gəlin, “Qafqazinfo”-nun araşdırmasına nəzər salaq:

“Əvvəla, ondan başlayaq ki, ölkədə demək olar ki, yerli istehsal yoxdur. İki yerli şirkət, "European Tobacco-Baku” və " Cahan Tobacco”siqaret istehsalı sahəsində daha çox məşhurlaşıb. Birinci şirkət, 2000- ci ildə yaranıb. Rəhbərliyini həyata keçirən şəxs isə Milli Məclisin deputatı Rüfət Quliyevdir.

Şirkətin fəaliyyəti ətrafında bir çox suallara aydınlıq gətirmək üçün deputata müraciət etsək də, onun köməkçisi Əzizbala Mustafayev suallarımıza cavab verə bilməyəcəyini qeyd etdi. Sadəcə bildirdi ki,şirkətin idarəçiliyində dəyişiklik baş verir. Ona görə də məlumat verə bilmirlər.

araqlı cəhət ondan ibarətdir ki, 17 ildir fəaliyyət göstərən şirkətin indiyə kimi rəsmi internet saytı belə yoxdur. Yəni bu illər ərzində şirkətin yerli bazarı neçə faiz tütünlə təmin etməsi, xaricə nə qədər tütün məmulatları ixrac etməsini öyrənmək qeyri-mümkündür”.

Qafqazinfo.az həmin araşdırmasında vurğulayırdı ki, Azərbaycanda siqaretin idxalı ilə rəsmi qaydada 3 şirkət məşğul olur. Onlar "İMEKS”, "Krokus LTD”, "AMD Trade” şirkətləridir. Adı çəkilən şirkətlər "B.A.T” tobacco, "İT tobacco”, "CTİ " tobacco kimi beynəlxalq nümayəndəliklərin Azərbaycanda rəsmi distribyütorlarıdır. Azərbaycan bazarını idarə edən bu üç distribyütordan yalnız "İMEKS” şirkətinin əlaqə nömrəsini internetdən tapmaq mümkündür. Şirkətdən hansı siqaretlərin ölkəyə idxal etdiklərini, qiymətlərdəki dəyişikliklərin səbəbini soruşmağa çalışsaq da, cavab almaq mümkün olmayıb.

Yerdə qalan " Krokus LTD” və "AMD Trade” haqqında məlumatlar yoxdur. Yalnız adından məlum olduğu kimi, "Krokus LTD”-nin Araz Ağalarova məxsus olması barədə mətbuatda bir neçə dəfə yazılargedib. Şirkət 2004-cü ildə Bakıda qeydiyyata alınıb. Baş ofisi Dərnəgül şossesindədir.


"Krokus ltd” Araz Ağalarova məxsus "Crocus International” (Rusiya) qrupunun törəməsidir
.

2014- cü ildə Kənd Təsərrüfat Nazirliyinin açıqladığı məlumata görə, "Krokus ltd” Bakıda tütün məmulatı istehsal etmək üçün "European Tobacco-Baku” ASC-nin ərazisində yer icarəyə götürüb. Hətta o ildən sonra "European Tobacco-Baku” nun idarəçiliyinin "Crocus İnternational”a keçdiyi haqqında məlumatlar da yayılıb.

Bazara nəzarət edən bu üç ”gizli əl” in rəhbərliyində kimlərin təmsil olunması haqda da rəsmi məlumat yoxdur. Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, üç distribyütora nəzarəti deputat Cavanşir Feyziyev həyata keçirir. Maraqlıdır ki, şirkətlərin rəsmi qeydiyyat ünvanları da eynidir.

Göründüyü kimi, şirkətlərlə rəsmi əlaqə saxlamaq mümkün olmadığına görə, onlardan qeyd olunan suallara cavab almaq mümkün olmayıb…

Bir məsələ cəmiyyətə aydındır ki, ölkədə yerli tütün istehsalı ilə üçün bütün əlverişli imkanlar mövcuddur. Prezident də 2016-cı il oktyabrın 5-də "Azərbaycanda tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” sərəncam imzalayıb.

Sənədə əsasən, emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilməsi müəyyən edilib. Subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.

Yaxın tarixə qısa nəzər salsaq görərik ki, dünyada tütün istehsalçıları arasında Azərbaycanın a müəyyən qədər payı olub. Keçmiş SSRİ-də 1970-ci illərdə Azərbaycanda təxminən ildə 25 min ton tütün istehsal olunub. 1980-ci ildə isə tütün istehsalı 60 min tona çatdırılıb.


Ancaq son 25 ildə istehsal 50 min ton azalıb, son illərdə isə cəmi 3-4 min ton təşkil edir. Kifayət qədər gəlirli sahə olan tütünün istehsalının ölkədə yenidən canlanması məqsədilə də ölkə başçısı sözügedən sərəncamı imzalayıb. Çıxışlarının birində də ölkə başçısı hazırda istehsal olunan 2500 ton tütünün hökuməti qane etmədiyini vurğulayıb.

2016-cı ilin rəsmi statistikasına görə, ötən il ölkədə tütün məmulatlarının istehsalı 13,4 faiz azalıb. Qiymətlər isə 52,1 faiz bahalaşıb.
2015- ci ilin statistik məlumatlarından aydın olur ki, bu ildə respublikaya 1779,04 ton tütün xammalı, 11522,84 milyon ədəd siqar, tütündən və onun əvəzedicilərindən hazırlanan siqaretlər, 1274,07 ton tütün əvəzediciləri, homogenləşdirilmiş və ya bərpa edilmiş tütün, tütün ekstraktları və essensiyaları gətirilib. 


eləliklə, idxala 297 milyon 850 min ABŞ dolları məbləğində valyuta sərf olunub. İxrac isə cəmi 9 milyon 425 min ABŞ dolları təşkil edib. Aradakı 198 milyon dollarlıq fərqi isə ölkə iqtisadiyyatı üçün dəhşətli rəqəm hesab etmək olar.

Ölkəmiz tütün xammalını əsasən Tanzaniya, Bolqarıstan, Braziliya, Gürcüstan, Hindistan, Xorvatiya, İspaniya, İtaliya, Livan və Macarıstandan alır. İxrac əməliyyatları isə Rusiya, Belarus, Gürcüstan, İran və Misirlə aparılır. İdxal əməliyyatları daha çox Ukrayna ilə Rusiya ilə həyata keçirilir.

Göründüyü kimi, ölkədə tütünün tam istehsalı üçün bütün şərait mövcud olsa da, yerli şirkətlər naməlum səbəblərdən bu işdə maraqlı deyillər. Görünür, onlar idxal prosesindən daha çox gəlir əldə etməkdə maraqlıdırlar. Beləliklə də bazarda monopoliyanı davam etdirmək, rəqabət şəraiti yaratmamaq üçün bütün gizli imkanlardan istifadə edirlər. Ancaq hesab edilir ki, prezidentin məlum sərəncamından sonra ölkədə siqaret bazarında bu dəhşətli vəziyyət aradan qalxacaq. İstehlakçılar ən azı ayda 1-2 dəfə baş verən qiymət bahalaşmasından xilas ola biləcəklər. Azərbaycan iqtisadiyyatı da tütünçülükdən xeyli gəlir əldə edə biləcək. Yaxın gələcəkdə hələ 2015- ci ildə idxala sərf olunan 300 milyon dollara yaxın vəsaitin ən azı ölkədə qalma variantları reallaşa biləcək. İxrac əməliyyatları fonunda isə büdcə külli miqdarda vəsait əldə etmək imkanına sahib olacaq”.

Qafqazinfo-nun bu araşdırmasını gözdən keçirərkən yəqin fikirləşdiniz ki, Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı "Azərbaycanda tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” sərəncamından sonra vəziyyət büsbütün dəyişiləcək

Tütün monopoliyası Azərbaycanda yerli tütünçülüyün inkişafı üçün əlindən gələni əsirgəməyəcək və bu sahəyə xərclədiyimiz pullar ölkəmizdə qalacaq. Təəssüf ki, statistik rəqəmlər başqa şeylər deyir.



Dövlət Statistika Komitəsinin 2017-ci ilin yanvar-avqust aylarına olan məlumatı: Tütün əmulatlarının istehsalında 15,9% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsi: “2018-ci ilin yanvar-avqust aylarında tütün məmulatlarının istehsalı 2,6 dəfə azalıb”.

Dövlət Statistika Komitəsi: “2019-cu ildə 2018-ci illə müqayisədə tütün istehsalı 4,4% azalıb”.

Əvəzində isə başı növbəti “elmi yazısı”na qarışan tütün inhisarçısı Rüfət Quliyev bu il 3-cü dəfə Azərbaycan MM-nə deputat seçilib.(ovqat.com)

635x100

Şərhlər

.EJDER NAQILBAZ 2020-08-21 00:13:24

AYE ONLAR PUL VERIF,,DIPUTAT,,OLUFLAR.VSYE....

nihad 2020-07-10 14:51:27

bütün sahələr sıfırlanmalı,hər şey yenidən qurulmalıdır,talançılıga görə ən ən agır cəza verilməlidir

Kazım 2020-06-23 12:04:07

Bu boş yazıdır.Azərbaycanda hansı sahə inhisarda deyil ki"Ərzaq,Tütümn.Alkoqokol,çörək,ət.yağ və bütün sənaye malları.Bunu bilə-bilə belə yazınn mahiyyəti aydın deyil.Bunu mövcud hakimiyyət yaradıb və davam edir.Ona görə hamıya məlum olan halı heç olmasa adresli tənqid yazılaına yol versəniz.yəni niyə belədir sualına cavab kimi yazılar dah maraqlı olar.

ejder 2020-06-21 23:56:58

monopoliyani yaradan bu analoqu olmayan hokumetin,analoqu olmayan gomruyudur,saq yemesinler

Rasim quliyev 2020-06-21 22:24:50

Butun MIlli Mellis depuatlari milyoncudur,prokurorlar multi milyonerdiler .Tekce xetainin prokurorunu ildirimzadenin qardashi emery bank,Gelini Gunaybank,Gunay atciliq bir dene donuzu yoxdur .Allah her kese ele vezife qismet elesin

Çingiz 2020-06-21 20:45:19

Azərbaycan tütün ixrac edərdi.Sənayevə kənd təsərrüfatını buməmurlar məhv etdi.Guya indikilər kənd təsərrüfatını qaldıracaq? ....Belə kadrlarla analoqsuz inkişafa gedirik?Malades!

X 2020-06-21 20:02:32

Bir dovletin ki MM si alvercilerden ibaretdi daha ne inkisaf

Moshu 2020-06-21 16:48:45

Allah Üzeyir bəyə rəhmət eləsin, “O olmasın, bu olsun”da qəhrəmanlardan biri deyir, mən başa düşmürəm, bu Rüstəm bəy Məşədi İbadın nəyinə aşiq olub? Mən də anlamıram, bu deputat qayıranlar bu Rüfət Quliyevləri, Cavanşir Feyziyevləri və kimləri, kimləri neyləyirlər, onların nəyinə aşiq olublar. Bunlar olmasa Milli Məclis qaramı geyinər? Konstitusiyaya müvafiq olaraq deputatın əsas fəaliyyəti qanun yaradıcılığı ilə məşğul olmaqdır. Deputat olmaq o anlama gəlməməlidir ki, Prezident Administrasiyasından hazırlanıb gələn qanun layihələrinə ləbbey deyəsən, masanın üstündəki düymələri basmaqla işini bitmiş hesab edəsən, bəlkə çozlarının barmaqları mozol olub. Müstəqil jurnalistlər, ekspertlər təhlil aparsınlar, görək bu deputatlar indiyə qədər müstəqil qaydada qanunvericilik təşəbbüsü ilə neçə qanun layihələri hazırlayıblar, gördükləri işin adı nədən ibarət olub? Mən bunlara baxanda “Kayb olan yıllar” Türk serialı yadıma düşür. Sən demə ölkə rəhbərliyi kölgədə qalıb, ölkənin bütün işlərini bir pinəçi, muncuq düzəldən birisi idarə edir. Bütün razborkaları bu pinəçi, muncuq düzəldən aparırmış. Çoxlarının xatirinə gələr. Məndə belə təəssürat yaranır ki, Milli Məclisdə çox hörmətli spiker qalıb kənarda, dirijorluğu bunlar aparır. Yazıda bu konspiratorlar biznesmen kimi təqdim olunurlar. Biznesmen sözü ingilis dilindən “businesman” sözündən əmələ gəlmə ifadədir. “Busines” tərcümədə də biznes, “man” isə adam anlamına gəlir. Bu deputatlar anlayırlarmı ki, onlar biznes adamlarıdır? Fırıldaq yolu ilə varlanmaq, ölkənin iqtisadiyyatını yaman günə qoymaq, elə kölgə iqtisadiyyatı anlamına gəlmirmi? Bu günə kimi “Rəqabət Məcəlləsi” qəbul olunmayıb, səbəbi isə bəlli deyil, daha doğrusu bu deputatların əməyinin nəticəsidir. Vəzifəli şəxslərin gəlirləri barədə deklarasiya məsələsi indiyə kimi həllini tapmayıb. Belə deputatlar heç vaxt mütərəqqi qanunların qəbul olunmasında maraqlı ola bilməzlər. Bur deputat ki, ona etibar edilən mandatı pul müqabilində girov qoya, vay belə Milli Məclisin halına. Hələ bu biz bildiklərimizdir, bilmədiklərimiz hələ görün nələr var. Vallah görürəm ki, bizə bir rus keşişi lazımdır, qoya qabağına, əlində hamam dəsmalı ilə bizə şaxsey-vaxsey deyə. Mən çox hörmətli Baş Prokurora, DTX-nin rəisinə xahiş edərdim ki, məqalədə əks olunan yazıya reaksiya versinlər. Görürəm bu məsələlərdə onlardan başqa bir kimsənin bu məmləkətə yazığı gələsi deyil. Mayor Jeqlov demişkən: Вор должен сидеть в тюрьме.

İqtisadçı 2020-06-21 15:41:43

Azrbaycanda inhisarda olmayan sahə varmı? meyvə-tərəvəz,qida məhsulları,spirtli çki,çörək məmulatları,Siqaret,Texnika bazar,(avtomobil,traktor vs.),turizm,səhiyyə,dərman və digər sahələr hamısı inhisarda olduğu sirr deyil.Bəs dövlət niyə bunlara yol verir? Bax bu məsələ bəzi situasiyalardan xəbər verir ki, bu Azrbaycanda yanlış olaraq dövlət siyasətinə çevrilib.Ona görə qiymət artımı,məhsul boııuğu,bazar qəsdən tənzim olunmur.isus

Qara 2020-06-21 13:35:36

Buna deyerler anologu olmayan inkish. Nece yeni tutun kenardan gelir ve onun alinmasina 300 milyon dollar serf olunur. Goresen bu pullar nece kompensasiya edilir. Men inanmiram ki, bu olkede bu qeder sigaret ceken ola ki, bunlarin siqaretlerini alalar. Agalarov her qazanda qaynayir, yeqin buradan qazandigini Rusiyanin rehberlerine yarinmaq uchun onlarin igtisadiyyatina yatirir. Bu Rufet deyilen dellal nece olur ki, oz pulunu ala biler, Sdandart bankda yaziq milletin pullari oligar aqi ile adlandirilan lakin esil mahiyyeti avamlar olkesinde quldur statusunda olanlarin cibinde qalir. Kodek koramal ....Haci Ibrahim gozellik yarishlari kecirir, adama oxshamayan oglu, gozeller yetishdirib, golunda milyon dollarliq saat gezdirir. Gorunur yalanci milyarder Hafka ve bashqalari hemin pullari tek yemir, yuxarilarinda payini verirler, yoxsa onlar choxdan bonotdelde polislerin dubinkalarinin alrinda curuyerdi. Ne ise avamlar olkesinin mezlumlari helede mezlum olaraq qalacaqlar. Yashasin quldur ve banditler.

Eto 2020-06-21 00:18:34

Ən yaxşı çıxış yolu - hamı siqareti atsın, Rüfət bankrot olsun!

Veten dashı 2020-06-20 22:52:20

Xəbəri yox idi prokurorluğun ,Koorupsiya idarəsinin və sair qurumların.Sabahdan başlayarlar araşdırmağa....

Qanuni oğru vezdexodlar 2020-06-20 21:44:36

İş adamı niyə Nazir-məmur, MV-elmi direktor olur?

Məqaləyə Doğru hesab 2020-06-20 21:39:22

Dövlət Tobacoya 288 mln qoyub, xalqdan əlavə rüsum da?

t.ədalət 2020-06-20 21:09:30

İnhisarçıların sonu olmur.Allah belələrini sanda zəlil edir.

Eli. 2020-06-20 19:54:55

Deyirem ne qeder sadelövh adamlar var.Qardaş bu deputatların ekseriyyeti şerim bizneslerini qorumaq ve b bizneslerinin inkişafı ile elaqedar qanunların qebul olunmasına tekan vermek üçün Milli meclise düşübler Maşallah hamısı da professor doktor nauk.Maraqlıdır göresen Azerbaycanda ele bir memur var ki güclü biznesi olmasın.Men şexsen inanmıram

Mustafaoğlu 2020-06-20 18:35:31

Deputatların vəzifəsi öz seçicilərinin problemlərini ARADAN QALDIRMAQ ÜÇÜN , onların üzləşdiyi məmur özbaşnalıqları haqqında direktif orqanlar qarşısında məsələ qaldırmaqdır, əfsuslar olsun ki, indiki təyin olunan deputatlar özləri üçün, tayfaları üçün çalışırlar... Bu səbəbli rayonlarda sosial narazılıqları artıranlara şərait yaradanlarda deputatlatdır ? Deputat və Bələdiyyə seçkiləri ləğv edilməli, yenidən xalqın səsi ilə deputatlar və Bələdiyyə üzvüləri seçilməlidirlrər ? Yoxsa bu özbaşnalıqlar davam edəcəkdir ?

Akademik İqtisadi islahat 2020-06-20 16:29:18

Təkcə tütün Az.xalqıdan--198(9425-297850) milyon dollar üfürüb aparıb!

Son yazılar