BU GÜN AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLAR 500-Ə YAXINLAŞDI ...- 6 nəfər öldü

Azərbaycanda 491 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5 776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 4 947 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 422 049 test aparılıb.

635x100

Şərhlər

Eko 2020-06-22 12:23:43

Millet qalib , 2/3 savadsizin elindedeee) bize dûshman lazim deyil , ôzûmûz ôzûmûze dûshmaniq !!!!!

Cəmşid Dərələyəzli 2020-06-22 09:57:25

Sanəram bu faciənin genişlənmə səbəblərindən biri də Səhiyyə Nazirliyinin struktur parçalanmas və bu səbəbdən də idarəçiliyin vahid mərkəzdən yönləndirilməməsi oldu. İkinci bir tərəfdən daxildən (nəyimiz var idisə) və xaricdən bu sahə üzrə bilim adamlarından ibarət tibbi komisiyanın oluşdurulmaması oldu. Üçüncüsu əhalinin qarşısına həkilmlərin yox, dörd aydır operativ qərərgahın, xarici işlər Nazirliyinin və təbib rəsmilərinin çıxarılıb, məhz tibbi məsləhətlərdən yox, inzibati qərarları sadalamaları oldu.Ona görə də əhalini təhlükənin böyüklüyünə inandırıb, məsafə saxlatdıra bilmədilər. Ona görə də neçə ki gec deyil, Operativ qərərgah deyilən bu aspektlərdən dolayı da öz iş prinsiplərinə yenidən nəzər salsın.

Fikir 2020-06-21 22:08:06

Mənim ağlıma bir fikir gəlib. Bu virusu sonladırmasa da yayılmasını böyük ölçüdə azalda bilər. Doğrudur bu bir qədər bahalı həll yoludur, ancaq insanların həyatı hər şeydən üstündür. İndiki SMS sistemi qalmaq şərti ilə ən azı Bakı daxilində istifadə olunmaqla üstü açıq (turistlər üçün nəzərdə tutulmuş) avtombulsar kirayə götürmək, havanın normal vaxtlarında yalnız həmin avtobusları xəttə buraxmaq lazımdır. Avropa oyunlarında olduğu kimi yollarda avtobuslar üçün zolaq ayrılmalı həmin zolağa digər avtomobillərin (təcili yardımdan başqa) girişi qadağan edilməlidir. Metro tam bağlanmalıdır. Bu yolla yayılmanı ən azından ictimai nəqliyyatda yayılmanı azaldarıq.

Son yazılar