"APREL DÖYÜŞLƏRİNDƏ 560 ERMƏNİ MƏHV EDİLİB" - Müdafiə naziri açıqladı

“2016-cı ilin Aprel döyüşlərində ermənilər bizdən 10 dəfə daha çox itki veriblər”. “Report” CBC-yə istinadən xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

“Biz haqq yolundayıq, biz Vətən üçün savaşırıq. Bəs onlar nə üçün savaşır? 2016-cı ildə onlar bizdən 10 dəfə daha çox itki veriblər. Texnikanı götürsək, biz sadəcə 1 tank itirdik, onu da sonrada təmir etdik. Ermənilər isə 33 tank itirib, biz 1 top itirmişik, onlar 15 top. Bizdə olan məlumata görə, onlar 322 nəfər itiriblər. Məlum olub ki, bu azaldılmış rəqəm imiş. Onlar komissiyada 560 nəfərin öldüyünü ağızlarından qaçırdıblar. Mən axı özüm də ön xətdə idim. Biz axı onların necə qaçdığını görürdük”, - Müdafiə naziri bildirib.

635x100

Şərhlər

seadet 2020-06-23 21:45:20

HÖRMƏTLİ NAZİR HƏR ŞEY NƏTİCƏ ÜCÜNDÜR NƏTİCƏ QƏLƏBƏ OLMALİDİR ...

Qarabağ əsgəri 2020-06-23 11:59:44

Onlar hərbi işğalçıdır! Öz torpağında yekunsuz(xain) can itgisi?

Soldat 2020-06-22 08:19:30

Cənab nazir Heydər Əliyev adına ali hərbi məktəbdə bir neçə gün qabaq məktəbi qurtaran zabitlərin təyinatı üçün puşk yatma olub. Səhəri gün onu ləğv edib yenidən püşk yatma aparıblar. İmkanı, adamı olanlar püşk yatmaya ümumiyyətlə salınmayıb. Yəqin ki istədikləri yerə salınıblar. Püşk yatma özü də hissə-hissə aparılıb. Yəni adı püşk yatma olub. Xahiş edirəm onu bir yoxlayasınız. Bu doğurdanmı belə olub? Ədalətsiz bölgü,münasibət o cür ciddi bir hərbi məktəbdə hansı ki gələcək generallarımız qəhrəmanlarımız hazırlanan bir məktəbdə baş verir. Yəni bu deyilirsə deməli var. Yenə xahiş edirəm oraya baş çəkəsiniz. 

Son yazılar