VALYUTA SATIŞINA NƏZARƏT GÜCLƏNDİRİLDİ – 500 dollardan artıq vəsait alanlara qarşı yeni tələblər

Müştəri vəsaitin mənbəyini sənədlərlə izah edə bilmirsə, şəxsin gəlirləri araşdırılır və həmin məbləğdən vergi hesablanır

Azərbaycanda xarici valyuta alanlara nəzarət bir qədər də gücləndirilib. Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına ünvanladığı təlimatda valyuta dəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərdən daha detallı məlumatların alınması nəzərdə tutulur.

Artıq müştərilər baza məlumatları - ad-soyadla yanaşı, vəsaitin mənbəyi və alınan xarici valyutanın təyinatını da - yəni hansı məqsədlə alındığı və necə sərf ediləcəyi göstərməlidirlər.

Fed.az-ın banklardan əldə etdiyi məlumata görə, adınan valyutanın həcmi 500 dolları keçdikdə müştərilər xüsusi blankı doldurmalıdırlar.

Burada ad-soyad, ata adı ilə yanaşı, telefon nömrəsi, konvertasiya olunan vəsaitin mənbəyi və konvertasiya olanacaq vəsaitin istiqaməti (necə istifadə olunacağı) qeyd edilir.

Başqa sözlə, dollar almaq üçün manatın mənbəyini, eləcə də alınan dolların (və ya başqa xarici valyutanın) necə sərf ediləcəyini göstərmək tələb olunur. 

Alınan valyutanın məbləği 20 min manatı keçdikdə isə müştəri Maliyyyə Monitorinq Xidmətinin (MMX) nəzarət dairəsinə düşür.

Artıq bu halda müştəri təqdim etdiyi məlumatları sənədlərlə də təsdiqləməlidir. Bunun üçün valyuta dəyişmə əməliyyatı zamanı bəzi sənədləri təqdim etmək lazımdır.


Bütün bu məlumatlar Mərkəzi Bankdakı ümumi portala toplanılır və təhlil edilir.

Əgər müştəri alqı-satqı edibsə, yəni dollara çevirmək istədiyi manat məbləğini alqı-satqı nəticəsində əldə edibsə (məsələn, ev və ya digər əmlak satıbsa), notariusun təsdiqlədiyi alqı-satqı müqaviləsini təqdim etməlidir. Həmin müştəri müqavilədə göstərilən həcmdə vəsait dəyişə bilər. Məsələn, 40 min manatlıq alqı-satqı edilibsə, o qədər dollar almaq olar və sair.

Əgər vəsaitin mənbəyi kimi əmək haqqı göstərilirsə, son bir ilin əmək haqqı barədə möhürlü arayış tələb olunur.

Banklardan bildirilib ki, təqdim edilən məlumatlar toplanaraq yoxlanılır.

Əgər məlum olsa ki, müştəri bir gün ərzində bir neçə yerdən xarici valyuta alıb və bu məbləğ limiti keçir, məlumatlar araşdırılır, həmin şəxslə əlaqə saxlanılır və vəsaitin mənbəyi soruşulur.

Əgər müştəri vəsaitin mənbəyini sənədlərlə izah edə bilmirsə, şəxsin gəlirləri araşdırılır və həmin məbləğdən vergi hesablanıb tutulur.

Dövlət Vergi Xidmətindən bildirilib ki, belə hallarda həmin şəxslər vergi qeydiyyatına alınır, onlara VÖEN hesabı açılır. Mənbəyi göstərilə bilməyən vəsait isə qeyri-sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən vəsait hesab edilir və həmin məbləğ Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14%-lə vergiyə cəlb edilir.

İqtisadçı Rövşən Ağayev bu qərarı şərh edərkən bildirib ki, məntiqləhökumət mənzil alan, maşın alan, müəssisə yaratmaq üçün sərmayə qoyan hər kəsdən vəsaitin mənbəyi tələb etməlidir:  “Məntiqi yanaşsaq, dollar almaqla mənzil və ya avtomobil almağın arasında niyə fərq olsun ki? Hər ikisi aktiv deyilmi? Qanunsuz yolla qazandıqları para ilə məmur balasını 150 min dollarlıq maşın alanda, 500 min dollarlıq villa tikəndə pulun mənbəyi ilə bağlı sorğu-sual etməyə niyə ehtiyac olmasın ki? Oğurlayıb bahalı maşın almaq olar, dollar yox?
Siz belə fərqli yanaşmada məntiq görürsünüzmü? Yaxud, eyni məntiqlə xaricdə övladının təhsilinə hər il 50 min dollar pul transfer edəndə də pulun mənbəyi niyə soruşulmasın ki?!..." 

R. Ağayev deyir ki, bu qadağa və sərt nəzarətin ən böyük fəsadı “qara bazarın” dirilməsi ola bilər. Yüksək marja ilə qeyri-rəsmi valyuta alışının canlanma riski böyükdür...

AzPoltika.info

635x100

Şərhlər

Hacı 2020-06-22 23:16:35

Devalvasiyannın anonsunu verirlər. Bunların fikri manatı adi qiymətsiz kağıza döndərməkdir. Manat nə qədəq qiymətsiz olsa bunlara sərfəlidir. Manatın ən güclü vaxtı 1 dollar 80 qəpik olanda milıyardlarla krediti götürüb biznesə ofşor banklara yatırıblar indi də cüzi summa ilə milyardların dalına kecəcəklər. Bax buna görə çalışırlar manatı öldürməyə. Kasıb əhaliyə bununla bir daha qəsd eləmək, xəyanət  emək fikrindədirlər. 

vuqar 2020-06-22 20:59:13

bu qerar dovlete qarshi texribatdir.....

Mirzə 2020-06-22 20:27:02

BU QANUN HAQDA MİLLİ MƏCLİS QƏRAR ÇIXARIBMI? PREZİDENT TƏSDİQLƏYİBMİ? YOXSA MİLLİ BANK MİLLƏTİN MİLYARDLARININ OĞURLANMASINA GÖZ YUMDUĞU VƏ İŞTİRAK ETDİYİ KİMİ İNDİ DƏ ÖZ AMPULASINDADIR. ÖZÜ ÇIXARIB BU HOQQANI DA? ... XAIQIN 300-500 PULU OLMAĞINI DA BƏZİ MÜFTƏXORLAR İSTƏMİRLƏR. …...

TB-yə 2020-06-22 18:30:28

dünyanın sonu deyil. Sadəcə milyonlar milyardlar oğurlayandan soruşan yoxdur haradan almısan, deklarasiya göstər.Xalqa otçot ver. Yoxdur qanun. Ancaq kasıb-kusubun 1000 manatına otçot istəyirlər.

Kərim 2020-06-22 16:20:30

Aynın 52 oyunu bir armudun başında olur.Ehtimal ki,dollar bahalaşacaq.Rüstəmov həmişə belə qərarlar çıxarr.Heç kim də maneə göstərmir.

Yalçın 2020-06-22 15:49:34

Milli bank yenə başlayıb mutut eləməyə. İnsanların bu əsəbi.problemli vaxtında başlayıblar yenə oyun oynamağa.

Əcəb Münasibətlər 2020-06-22 15:37:33

Dövlət, NF satmasın, özgəyə(RF, s) də verməsin! Şəxsi-özəlin varısa özü bilər?

Qasım 2020-06-22 13:33:41

Bir İH başçısının evindən cib xərci 10 milyonlarla spets bağlamalarda pul çıxır. Nəzarət belə qanunla olmur. Dollar axınını yaradanlar banka gedib sadə insanlarla növbəyə durub dollar dəyişmir. Bu qanuN ancaq sadə əhali üçün növbəti quyudur ki kiminsə 5 manatı varsa,hardansa əlinə düşür evini ya maşınını satır, o da olmasın. Bir də deyirəm yüz minlər milyon milyard olanlar gedib sadə əhali ilə saatlarla növbəyə durub dollar dəyişmirlər

TB 2020-06-22 13:17:31

Ele serhler yazirsiz ki, ele bil dunyanin sonu gelib, gardas, dollar lasimdir bnkivi doldur al,limit 20000 man,

Ülvü 2020-06-22 12:44:44

Deməli devalvasiya labüddür.Bütün bunlar onu təsdiqləyir.

Eko 2020-06-22 12:39:24

Milleti dolayib bu AMB (((( neyi var dolayib

Gunduz 2020-06-22 10:30:31

Men niye dollar aliram cunki heyatimin 60 ilinde dolar hec deyismeyibr bizde ise bu gun AMB reisi deyir manata hec ne olmayacaq ertesi gunu manat 50 faiz olur sukur Allaha AMB yerinde reisi yerinde

millət 2020-06-22 10:08:13

Özləri milyardlarla bəs qədər dolları artıq ofşorlarda yerləşdiriblər. Neft də qiymətdən düşüb deyə bu qanunu çıxarıblar. Əvvələr niyə etmirdi bunu Milli bankın sədri....

Ədalət 2020-06-22 09:51:10

Niyə indiyə kimi məmurlar gəlirləri haqda hesabat vermir,amma sadə insan dollar alan kimi yoxlama aparılır ??

Ilqar 2020-06-22 09:50:15

Banklar hamısı özlərinindir. İndi çörək pulu üçün qızılını ev-eşini maşınını satanlar nə etməlidir. Yoxsul əhalinin çoxunun da ev sənədi Kupçası yoxdur. Bunlar gözünü yütim-yesirin ölüm puluna da dikirlər. Belə qanuna dəyişiklik edib talançılara tətbiq edilsə daha yaxşı olar

rasim quliyev 2020-06-22 09:32:45

demek bu qeder ev tikilir satilir amma birininde isigi yanmir ?Cunki rusvet goturen memur ev alir sabahda cixanda satir eleyir dollar gedir .Turkiyeye yasamaga

Vətəndaş 2020-06-22 09:12:33

And içiblər ki sadə xalqın xeyirinə bir qərar verməsinlər

Eldar 2020-06-22 00:51:14

Xaricdə 100-150 milyon mülkü olanlar necə olacaq. Talançılardan deklarasiya tələb olunacaqnı? Yoxsa sərf eləmir

Asif 2020-06-22 00:49:12

Elmar Məmmədyarovdan 4 milyonu soruşan olacaqmı?

Niyaz 2020-06-22 00:23:35

bundan da kasıb itirəcək. Kasıb öz evini satıb dollara çevirə bilməyəcək. Ya maşının satıb 5-10 min dəyişə bilməyəcək. Talançılar isə milyonları milyardı da çox asan dəyişəcək. Girdirmə qanunlar ancaq aşağı təbəqə üçündür. Oliqarxlar,klanlar talançılara belə qanunlar girmir

Son yazılar