ZAKİR HƏSƏNOV VAHİD ƏHMƏDOVA CAVAB VERDİ VƏ...- Şuşanın bombalanmamasının səbəbini açıqladı

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Dağlıq Qarabağ separatçılarının mayın 21-də keçirdikləri qondarma “and içmə” mərasimi zamanı Azərbaycan Ordusunun erməni işğalı altında olan Şuşa şəhərini bombalamamasının səbəbini ilk dəfə açıqlayıb.

“Report”un xəbərinə görə, nazir “Real” tv-yə müsahibəsində “Şuşanı niyə vurmadıq?” sualına belə cavab verib: “Sizin sualınıza cavab verəcəyəm. Hətta bəzi adamlar yalandan deyirlər ki, guya hansısa brifinq olub və mən orada Azərbaycan dilində danışa bilməmişəm. Bu, yalandır. Hətta o yoldaş orada çıxış edən zaman şəxsi tanışlığı olmayan insana “sən” deyə müraciət edir. Bunun özü onun həm Azərbaycan dilini necə bilməsinin, həm tərbiyəsinin, həm də səviyyəsinin göstəricisidir. Bunu qoyaq bir tərəfə.

Orada belə bir fikir səsləndi ki, Müdafiə naziri Prezident İlham Əliyevin qarşısında məsələ qoymalı idi ki, nəsə etsin. Mən istəyirəm ki, bütün bu yoldaşlar eşitsinlər: Prezident nə etmək lazım olduğunu məndən də, onlardan da yaxşı bilir və bunu etdi də”, - Zakir Həsənov vurğulayıb.

Müdafiə naziri bildirib ki, Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusu planlı şəkildə genişmiqyaslı təlimlər keçirib: “Təlimlərin planına uyğun olaraq, qısa müddətdə bütün istiqamətlərdə minlərlə əsgər, yüzlərlə tank, top cəmləşdi. Ermənilər təşvişə düşdülər və beynəlxalq qurumlara müraciət etməyə başladılar. Bunun özü də ermənilərin işğal siyasətinin beynəlxalq qurumlarda gündəmdə saxlanmasıdır. Onların generalları, siyasətçiləri şikayət etməyə başladılar ki, bizə hədə-qorxu gəlirlər, bu, bizə təzyiqdir və s.

Hətta ABŞ-da hərbi mütəxəssislər də məsələyə münasibət bildirdilər. Dedilər ki, Azərbaycan Ordusunun təlimləri yeni üsullar, yeni taktika ilə keçirilir və ABŞ ordusunun təlimlərinə bənzərdir. Hətta bundan erməni lobbisi təşvişə düşüb. Ermənipərəst senatorun vasitəsilə həm ABŞ-ın müdafiə nazirinə, həm də dövlət katibinə müraciət ediblər ki, Azərbaycanı dayandırın. Baxın, dost görür, düşmən görür, bunlar görmürlər. Bunların məqsədi ayrıdır”.

Qeyd edək ki, mayın 31-də Milli Məclisin iclasında deputat Vahid Əhmədov Müdafiə naziri general-polkovnik Zakir Həsənovu tənqid edib. Deputat çıxışında Z.Həsənovu Azərbaycan dilini təmiz bilməməkdə və Şuşa ilə bağlı verilən sualı cavablandıra bilməməkdə günahlandırıb. Onun bu fikirləri sərt etirazlara səbəb olub. 

635x100

Şərhlər

Eli 2020-06-23 02:08:28

Menim bir rehmetlik hekim dostum var idi deyerdi:Azerbaycanda iki peşe var onu hamı bilir bacarır bunun biri hekimlik digeri siyasetdir Qardaşım olmaz ki here öz işi ile meşğul olsun

Rəşad 2020-06-22 22:04:39

.. Nə vaxta qədər bu davam edəcək? Torpaqlar işğalda qaldıqca mən azərbaycanlı olduğuma utanıram!

Xalq 2020-06-22 20:07:33

Müdafiə Nazirinin vəzifəsi Qarabağı azad etməkdir. Bunu ondan tələb edəndə əsəbiləşməməlidir...

Bakı Demokratı, ya Az. sat... 2020-06-22 18:51:53

Bu gizli danışıqlar 2016da aləmə yayılsaydı, dünya Daşnaq terrorunu lənətləyərdi!-

Mühəndis, Demokratiya varsa 2020-06-22 18:31:25

Niyə MM, Vahidi sədr etmədi? Ordu niyə Paşiniyanı sərhəddə endirmir?

Emin 2020-06-22 11:54:10

Nə vaxta qədər danışacağıq? Onda gəlin çırıq vanna çalaq bəlkə ermənilər qaçdı ....Müharibə lazımdır

nihad 2020-06-22 11:39:55

Vahid Əhmədov cavab gözləmirdi,amma ermənilər 30 ildi cavab gözləyir

t.ədalət 2020-06-22 11:38:35

Şuşanı bombalamaq yox,azad etmək lazımdır.İkincisi, Rusiya ilə razılaşdırılmadan bunu edə bilməzsiiniz .....

Mehdi 21 2020-06-22 10:34:38

Bu camaat düz söz eşidəndə niyə hirslənir? Kaş ki, bütün deputatlar Vahid müəllim kimi canı yanan olaydı. Qaldı ki, nazirə "sən" deməyi. Pis deyib? Allahtəalaya da "sən" deyə müraciət olunur. Çox sağ ol de ki, sizə "sən" deyə müraciət edib. Bu da Vahid müəllimin yaxşılığı.

Ağayev Ağahüseyn 2020-06-22 10:29:12

ermənilər AZƏRBAYCANIN 20-faizini işqal edib BİR MİLYON qacqın və məcburi köckünümüz var....MÜHARİBƏ-MÜHARİBƏ BAŞQA YOLU YOXDUR.

rasim quliyev 2020-06-22 09:35:16

Vahid ehmedov muharibeye gedecek ?

Yengibar 2020-06-22 09:27:48

Müsavat elə yazıb ki, elə bil Zakir Həsənov Vahid Əhmədovu İsrail raketi ilə vurub. Əvvəla, " Prezidenti inandırmağa bacarmalısız ki, bəli, Şuşanı da Xankəndini də vura bilərik və arxasında dayanarıq... Bütün hökumət Cənab Prezidentin arxasında gizlənir.İkincisi harda "sən" , harda "siz" deməyin də öz yeri var, inanmıram ki, Vahid Əhmədov bunu bilməsin....

Moshu 2020-06-22 09:13:50

Vahid Əhmədov. Bu ad Azərbaycan vətəndaşına çox tanışdır, yaxındır, çünki o, deputat olduğu dövr ərzində ölkədə baş verən bütün məsələlərə diqqət yetirir, insanların üzləşdiyi problemləri böyük ustalıqla qabardır və onun həll olunmasına cəhd edir. Hərbi məsələlərlə bağlı məsələlərə də çox həssaslıqla yanaşır. Vahid müəllim hərbi kadr deyil və Qarabağdakı vəziyyətimiz onu qayğılandırır, bu məsələni gündəmə gətirir. Buna rus dilində «крик души» deyirlər. Ola bilər ki, Vahid müəllim hərbi sirrləri Zakir Həsənov qədər bilməsin, amma onun ürək ağrısı, vətənpərvərliyi hər bir azərbaycanlı üçün nümunə olmalıdır. Hörmətli Vahid müəllim ola bilər ki, hansısa çatışmazlığı Milli Məclisin plenar iclasında səsləndirir və bu çıxışı süngü ilə qarşılamaq düzgün addım deyil. Hörmətli Zakir Həsənov bu məsələlərə həssas yanaşmalı, deputatın iradını tənqid kimi deyil, bir Azərbaycan vətəndaşının, deputatın iradı kimi qarşılamalıdır. Bu ya özünəgüvənmədən, ya da Milli Məclisin deputatının hansı vəzifənin daşıyıcısı olduğundan məlumatsızlıqdan irəli gəlir. Bir halda ki, dövlət büdcəsini Milli Məclis təsdiq edir, Silahlı Qüvvələrimiz də bu büdcə hesabına maliyyələşir, fəaliyyət göstərir hörmətli Müdafiə nazirimiz bir az da olsa belə məsələlərdə həssaslıq nümayiş etdirməlidir. Bir Azərbaycanlı kimi mən də o fikirdəyəm ki, bu qədər silahlanırıqsa niyə ərazilərimizi düşmən tapdağından azad edə bilmirik? Ola bilər ki, Zakir müəllim qədər beynəlxalq vəziyyəti bilmirəm, amma o qədər də zəif deyiləm. Bir halda ki, mən hansısa əraziyə hücum etmirəm, öz ərazimi işğaldan azad edirəm buna heç bir dövlət, dövlət qurumu söz deyə bilməz. Sadəcə olaraq onu bilirəm ki, bunu bizim acizliyimiz kimi qəbul edirlər.

Musa 2020-06-22 08:19:54

Sesi yaxshi gelir, inanan dasha dondu...

Azərbaycanlı 2020-06-22 02:24:04

Bu zalım oğlu lazım nə vaxt gələcək? O haradadır ki,37 ildir itgin düşüb,tapılmır.Bu hekayə n zaman bitəcək! Lazım haradasan?

He nd olsun suala cvb verdin k 2020-06-22 01:46:57

He ne olsun bubsuala cvb deyil cenab nazir.

kamil 2020-06-22 01:36:30

бош=бош

ejder 2020-06-22 01:35:45

MALADES,ERMENILER EYILE EYILE GEZER,YADDAN CIXDI

Oruc 2020-06-22 01:17:39

Budur cavab?

Son yazılar