"BELƏ DAVAM ETSƏ, SÜNİ NƏFƏS APARATLARI ÇATMAYACAQ"- Baş infeksionist

“Bu gün xəstəxanalarda kritik vəziyyətdə olan çox sayda ağır xəstələrimiz var. Əgər yoluxma sayında artım dinamikası davam edəcəksə elə bir gün gələcək ki, süni nəfəs aparatları çatmayacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, koronavirus bu gün aqressivləşib:

“Artıq ağır gedişlər cavanlar arasında xeyli artıb. İnsanlar əməkdar artisti Bəhram Bağırzadənin vəziyyətinə baxıb nümunə götürməlidir. Çünki onun ağır xəstəliyi yox idi. Virus adətən yanaşı xəstəliyi olan şəxslərin vəziyyətinə mənfi təsir göstərir”.

C.İsayev qeyd edib ki, hava-damcı yolu ilə keçən infeksiyanı tam aradan qaldırmaq qeyri-mümkündür:“Mövcud səhiyyə sisteminin bunun öhdəsindən gələ bilməyi təmin etmək əsas hədəflərdəndir. Xəstələnmə sayı az olsun ki, keyfiyyətli müalicə üsulundan istifadə edə bilək. Bununla da vaxt qazanmış olarıq. İnanmayan olsa belə, qoyulan qaydalara yaxınlarının, vətəndaşlıq borcu xətrinə əməl etsin”.

“Gün ərzində 500-ə yaxın yoluxmanın olması həftəyə 3 000-ə qədər xəstələnmə deməkdir. Bu da səhiyyə sahəsinə ağır yükdür. Xəstəxanada yer baxımından çatışmazlıq ola bilər”. - deyə Cəlal İsayev Real TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, qoyulan qaydalara ciddi əməl edilməlidir ki, bu sahə üzrə ixtisaslı həkimlər xəstəyə baxa bilməsi üçün yetərli olsun: “Hazırda başqa ixtisas sahələrinin mütəxəssislərini bu işə cəlb edirik. Bu gün üçün tətbiq edilən sərt karantin rejimi ilə xəstəliyin qarşısı alınmasa da, heç olmasa yoluxma sayında azalmaya nail ola bilərik”.

635x100

Şərhlər

hafiz 2020-06-22 17:30:14

TƏBIB bu işlərdən kənarlaıdırlmalıdır.Öz bacarıqsızlıqlarını xalqın üzərinə yıxıb onları məhbsdə saxlamq tam yanlışdır./,

t.ədalət 2020-06-22 16:52:43

Süni nəfəs aparatı 100-150 min manat arası qiymətə satılır.Bu qədər cərimə pulları toplanıb,onun bir faizinə ölkəyə yüzlərlə aparat alıb gətirmək olar..

Son yazılar