KREMLİN POSTSOVET MƏKANINDA YENİ LAYİHƏSİ - Putin ərazi iddiaları irəli sürür...

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Sovet İttifaqının tərkibinə qatılmış respublikaların çoxuna Rusiyanın geniş əraziləri bəxş edilib. Bu torpaqlar sovetlər dağılarkən geri qaytarılmayıb.

“SSRİ-nin tərkibindən çıxanda bu respublikalar həmin torpaqları geri qaytarmalıydılar, özləri ilə rus xalqının hədiyyəsini də dartıb aparmamalı idilər”,- deyə Putin bəyan edib. Rusiya rəhbəri bu açıqlama ilə nə demək istəyir, bu bəyanat yeni torpaq iddialarının ilk siqnalı hesab oluna bilərmi?

Tarixçi professor Xaləddin İbrahimli bəyanatı bizimyol.info-ya şərh edərkən bildirib ki, Putin çoxdandır Avrasiya İqtisadi Birliyinə (AİB) önəm verir, onun güclənməsini istəyir.

"Belə görünür ki, o post-sovet dövlətlərinə təzyiq etməklə yavaş-yavaş onları bir platformaya yığmaq, AİB-ə bağlamaq, orda müəyyən qarantiya tədbirləri görmək niyyətindədir. Yəni geri dönüşün bir qədər imkansız hala gələcəyi qarantiya tədbirlərindən söhbət gedir. Bundan sonra bu birliyin adındakı iqtisadi kəlməsi götürüləcək, Avrasiya Birliyi Sovetlər Birliyi kimi mövcudluğunu davam etdirəcək, yeni bir siyasi platforma yaranacaq" - deyə o vurğulayıb.

X. İbrahimli hesab edir ki, vahid bir partiya yaranmasa belə, vahid ideologiya yaradılacaq. Onun sözlərinə görə, bu istiqamətdə V. Putin artıq addımlar atmağa başlayıb. Bu, ilk növbədə özünü region ölkələrində demokratiyanın inkişafına əngəl olmaqda göstərir.

Professor qeyd edib ki, demokratya inkişaf etməyəndə rejimlər istər-istəməz avtoritarizmə meyillənir və dövlətlər xalqdan uzaqlaşır, korrupsiyaya qurşanır: "Öz hakimiyyəti haqqında fikirləşir və başqalarından asılı vəziyyətdə olur. Rusiyanın çevrəsinə, yəni post-sovet ölkələrinə baxsanız, görərsizniz ki, türkdilli respublikaların demək olar ki, hamısı Moskvadan həddən artıq asılı vəziyyətdədir. İldən-ilə bu asılılıq daha da güclənir. Bunların içərisində ola bilər ki, bəzi dövlətlər müqavimət göstərsin. Onlara da fərqli iddialarla təzyiq göstərir.

Rusdilli toplumlar iddiası da onlardan biridir. Heç şübhəsiz, Latviyaya, Belarus və Ukrayana, Qazaxıstan və Qırğızıstana qarşı belə hücumlar var. Eyni zamanda Qazaxıstana qarşı ərazi iddiası da irəli sürülür.

İllər öncə Putin belə bir ifadə işlətmişdi: “Nazarbayev çox qoçaq adamdır, heç vaxt qazaxların dövləti olmamışdı, o sovetlər dağılandan sonra qazaxlara dövlət qurdu”.

Onun Qazaxıstana qarşı torpaq iddiaları daha böyükdür. Baykonur, Qazaxıstanın şimali qərb ərazilərinə iddalıdır, Ukrayanaya qarşı böyük ərazi iddiası müharibə həddinə çatdı. Putin Ukraynanın şərqini tamamilə Rusiya torpaqları hesab edir.

Bu iddialar sadəcə Avrasiya blokuna qoşulmaq üçün təzyiq vasitləridir. Yəni demək istəyir ki, Avrasiya blokuna qoşulmasanız, Ukraynanın şərqini işğal etdiyim kimi, Qazaxıstanın, Latviyanın, Belarusun böyük hissəsini və sair işğal edə bilərəm. Bu blefdir və köhnə DTK rəhbəri bundan ustalıqla istifadə edir. Çox vaxt da istədiyinə də nail olur".

Xaləddin ibrahimli hesab edir ki, ən təhlükəlisi bu blokun türkdilli respublikaların bazasında yaranması ehtimalıdır, çünki ən zəif halqalar onlardır.

"O ki, qaldı Azərbaycana, Rusiya heç vaxt nəzərlərini Azərbaycanın üzərindən çəkməyib və ölkəmiz də onun diqqət mərkəzindədir”-deyə o vurğulayıb.

635x100

Şərhlər

Eli 2020-06-24 19:17:30

Deyirem bunları 100 ilden çoxdur NKBD üşaqları idare edir.Esrlerdir niye bunlara Avropanın havası deymirTorpağının altı da üstu bar dövlet qızıl briliant neft mikel ve saireAncsw ne dövleti normal saxlayır me xalqı dolandırır gözü de qonşuların torpağında Bir nefer de ağlı naşında olan xalq adamını hakimiyyete yaxın qoymur Baxın bınun torpağı almanın torpağından 48 defe ehalisi 63 miliom çoxdur Almaniyanın ümumdaxili mehdulunun hecmi 4,3 trilion bununki 4,2 .Özü de müharibeni bu üdub güya alman da udüzüb Bu qalib oğlan da meğlubun istehsalı olan Mersedesde ğezir Buyurun

Eli 2020-06-24 19:05:46

Deyirem b edir Göresen miye bunlara esrlerdir Avropanın yaxşı havası deymır.Var dövlet içinde batasan iddia qoymaya ağlı başında olan milleti idare edib dolandırsı Baxın 2-ci dünya müharibesini guya bunlar ıdıb torpağı udüzan Almaniya torpağından 48 defe ehalisi 63million çox di gel ki almanın ümumd

Eli 2020-06-24 18:47:57

Dünyanın servetinin üçde biri bunun torpağındadır ve xalqını dolandıra bilmir Ancaq gözü onun bunu. torpağındadır Ne qeder bedbext insznlst be milletler var. İlahi özün kömek ol sğlı dayaz olanlara

111111 2020-06-23 17:59:33

hakimiyyəti qorumaq üçün ərazi iddiaları ilə özünə xal yığır

vidadi goyce 2020-06-23 13:40:11

umbitisil i oliqofren ne lecimiy bolezn.

Vändaş 2020-06-22 23:16:40

Maskalitlär iddia edirlär .böyük rus dünyasi. ermäni haylari iddia edirlär böyük ermänistan. TanrI insani cäza verändä birinci ağlin allr

Tariq t.ədalətə 2020-06-22 23:15:52

Rusiya 3 əsr öncə Qafqazı Türkiyənin əli çatmadığı ərazisi kimi qəbul və qeyd edirdi?

Shushali 2020-06-22 20:10:37

Rusiyanin torpaqlarinin hec 10 faizi ruslara aid deyil. Putin Trampin yeritiyi siyasetden behrelenmek isteyir. Yeqin ki, ilin axirinda o xeyallarida suya dusher. Putinin apardigi siyaset slavyan xalqlarini bir-birine dushmen etdi, bu dushmencilik, polyaklarin ruslara olan nifretine geder gedecekdir. QAzagistanda rusun dayaqlari eriyin ehalinin rus sayi 20 faize dushub ve onlarda tedricen rusiyaya emigrasiya edir. Mumkundur ki, veziyyet olke daxilinde gerginleshende Shimali Qafqaz rusiyadan ayrilsin. Bu etimal daha realdir. Zaman Putinin xeyirne ishlemir, geri sayim bashlayib.

nihad 2020-06-22 20:04:49

bəzi hakimiyyətləri xalqı heç vaxt düşündürmür

Xalq 2020-06-22 19:41:39

valodya bilir ildə nə qədər pul çıxır oralradan, ona görə əl çəkmir .....

TARIX, enseklopeddən- 2020-06-22 19:40:39

Çar Rusiyasının xəritəsində Qafqaz "Kafkasskaya Tursiya" kimi göstərilib!

Mehdi 2020-06-22 19:32:57

Öz ölkəsini cox gözəl idarə edib,qalib digər ölkələrə torpaq iddiasi.Indiki rusiyani idarə etmək ucun ən azi 500 milyon insan lazimdi,amma rusiyanin cəmi cumu 135 milyon əhalisi varki,onunda 50 faizi alkas ulkasdi.Minlərlə kəndlər bos qalib,indidə rayonlar butövlukdə bosalir,gedib onun dərdini cəkmir hele bir onun bunun torpaqina da göz tikir.Onun aqli basinda deyilki.Dovĺət basciliqina cox yaramaz adamdi.özunden razi eqoist ne bilim ne.

t.ədalət 2020-06-22 19:20:59

Putinin fikrinə rəğmən,Azərbaycan sovetlər birliyi tərəfindən Rusiyanın ələ keçirdiyi ərazilərin məsələsini qaldıra bilər.Dərbənd və Dərbəndə qədər ərazilər bizim əlimizdən rusların zorla aldığı ərazilərdir.

Son yazılar