AZƏRBAYCANDA KORONAVİRUSDAN DAHA 7 NƏFƏR ÖLDÜ - Yoluxanların sayı 13 mini ötdü

Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.

Belə ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

635x100

Şərhlər

Eko 2020-06-22 22:36:16

Qalmishuq mənasız tebiblerin elindedeeeee)))

Ədalət 2020-06-22 21:58:12

İnkişafımımız göz önündədir və bunu görməyənlər həqiqətən kordurlar.Bu TƏBİB indiyədək yıxılması mümkün olmayan evləri yıxacaq ha. Demədi deməyin.....

sual 2020-06-22 20:54:28

Harada savadsız səhiyyə işçisi var yığıblar TƏBİBə.Nəticə göz qabağında.Gündəlik yoluxma sayını 600 çataxcaq belə getsə....

Vətəndaş 2020-06-22 20:03:29

TƏBIBIN işinin yarıtmaz olduğu göz önündə olduğu halda niyə Operatov Qərargah lazımi tədbirlər görmür7Dezinfeksiya işşləri pokazuxa üçün aparılır.Şəhərin ətraf hissələri aylardır dezinfeksiya olunmurXəstlərin sayı durmadan artır,Təcili yardım keyfiyyətsiz xidmət göstərir..İnsanlara maddi kömək göstərilmir,maskaların qiyməti lə maraqlanan yoxdur,xəstəxanalarda dərman çatışmır,xəstələrə tibbi yardm yarıtmaz göstərilir.

Səbuhi 2020-06-22 19:40:01

Küçələrdə karantindən əsər əlamət yoxdur hamı öz işindədir. Təssüf edirəm.

Son yazılar