“ÖLƏNLƏRİN SAYI KƏSKİN ARTACAQ..." - "Bizdə İtaliyadan daha pis vəziyyət yaranacaq"

Azərbaycanlı həkim Murad Məmmədli sosial şəbəkələr vasitəsilə Azərbaycan vətəndaşlarına karantin rejiminə riayət etmək və onsuz da ağır olan vəziyyəti bir qədər də çətinləşdirməməklə bağlı çağırış edib.

"Qafqazinfo" xəbər verir ki, onun sözlərinə görə, karantin “görüntü yaratmaq” üçün tətbiq edilməyib, Bakı xəstəxanalarında xəstələr üçün yerlər həqiqətən qurtarır: “Mən həkiməm, COVID-19 xəstələri ilə işləyirəm. Yalnız Allah bilir biz xəstəxanada nələr çəkirik... Vəziyyət xeyli dərəcədə ciddiləşib. Hər şey biz zənn etdiyimiz kimi olmadı. Bakıda COVID pasiyentləri üçün ayrılan yerlər qurtarır. Yoluxma maksimal dərəcədədir. Hər gün ağır pasiyentlərin sayı artır. Bu templə bütün gücümüz və gördüyümüz işlərə baxmayaraq, ölənlərin sayı kəskin artacaq”.

Murad Məmmədli bütün vətəndaşları ehtiyac olmadıqda ictimai yerlərə getməməyə və ictimai nəqliyyatdan istifadə etməməyə çağırır. O, xəbərdarlıq edir: “Yəni doğrudanmı elementar qaydalara riayət etmək belə çətindir: məsafə saxlamaq, maska taxmaq və əlləri yumaq? İnanın, ən pisi odur ki, bizdə İtaliya və İspaniyadan daha pis vəziyyət yaranacaq".

Həkim, həmçinin hələ də virusun mövcudluğuna inanmayan insanlara müraciət edib.

“Əgər virusa inanmırsınızsa, onda inananların xatirinə karantinə əməl edin. Bilənlərin... görənlərin... xatirinə, nəhayət, Allah xatirinə. Əgər biz bu gün bulvarda, yaxud restoranda sosial məsafə saxlamadan yaşasaq, sabah cəzamız valideynlərimizi, cavan uşaqları və s. itirmək olacaq. İnsanlar fikirləşirlər ki, karantin və digər şeylər görüntü yaratmaq üçündür. Yox əzizlərim, yox! Bu cür yayılma tempi ilə bir azdan bizə tibbi personal da çatmayacaq! Əgər biz xəstələnsək bizim üçün həkim və xəstəxanalarda yer olmayacaq. Qoy Allah ölkəmizi və xalqımızı qorusun!”, - deyə həkim bildirir.

Murad Məmmədli həkimlərin hansı çətin vəziyyətdə işləməli olduqlarından da danışıb.

O deyib: “Siz inanmayacaqsınız ki, biz hansı vəziyyətdə işdən çıxırıq. Bütün həkimlərin üzünün dərisi çıxır, ayaqlarında damarlar şişib. Gecələr yuxuda aparatların səsi hamının qulaqlarındadır... Stres, yuxusuz gecələr, bütün bədəndə ağrılar... Biz hər gün bu vəziyyətdə işləyirik... ac, susuz və demək olar ki, təmiz havasız”.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2020-06-24 11:01:12

Görünən o ki, vəziyyət günü-günden daha tehlükəli xarekter alır. Bütün bu təhlükəyə reğmen, dünən bir vidyoda insanların dağ-daşla Bakıdan rayonlara dincəlməyə can atdıqlarını gördüm. Bəzən ne qeder çalışsaq da insan, belə menzerelere fikir bildirmeden baxıb keçə bilmir. Bu vidyolara baxanda ilk ağlıma gələn o olur ki, görəsən insanlarımız son 32 ildə bu səbirsizliyi onca itirilmiş veten torpaqlarımızın, tökülən şehid qanlarımızın, lekelenmiş namusumuzun, qanına qelten edilmiş körpelerimizin qisaslarının alınması üçün neden etmediler. İndi ise neden Devletin vermiş olduğu qanunları və qerarları çeynəyərək, bütün dünyanı tehdid edən Korona belasına qarşı yox, məhz "ölmek" üçün belə əziyyetli bir yol seçirler. .Bunu anlamamaq yeni o qedermi zor. Nedir amac, ölmekmi, yoxsa devletin bütün bu meselerde sorumluluğuna qarşı gedib, qarşıdurmalar yaradıb, dünyada bizi rəzilmi etməkdir.Lütfən kəndinizə gəlin, millətə qarşı sorumluluq hiss etmirsinizsə, heç olmasa, yaxınlarınızı, ve evladlarınızı ise de düşünün. Qaldı

seadet 2020-06-23 21:33:18

yayandan gozelleme demek bele böhran hallarinda işə yaramir,SƏHİYYƏNİ VAXTİNDA NORMAL TƏŞKİL ETMEK LAZİM İDİ

Rufet 2020-06-23 15:40:40

niye mayda karantini legv edib camaati buraxdilar colere

Qədir 2020-06-23 14:04:11

aparılan testlərin cavabını bir həftədən bildirirlər. Həmin vaxt ərzində yoluxmüş insan hamı ilə ünsiyyətdə olur və yoluxdurur. Say xətrinə test edirlər. bir gündə 5000 yox 500 test etmək lazımdır və cavabları ən azı sonrakı gün bidirməlidirlər.

Əli 2020-06-23 12:54:49

restoranlara barlara əylənməyə pullular gedir. Kasıb çörəyini zorla tapır, onun bar və restoranlarda nə işi var?

Adil Əliyev 2020-06-23 12:52:05

Allah xalqımızı bu bəladan qurtarsın! AMİN!!!

elxan 2020-06-23 12:42:26

Bu qəər moizə oxumaqdansa, xəstələrin və xəstəxanaların vəziyətini cəkin göstərin. Burda nə var axi onsuzda elə filmlər cəkib göstərirsiz ki adamın əti tökülür. Reallıq budur nə varsa fakt göstərin yoxsa xəstəxanalardan cəkilib göstərilən statusa inanaq ya sözlərə

Səbuhi 2020-06-23 12:20:29

Çox xahiş edirəm xalqımızdan evdə qalmağa üstünlük verin. 15 gün bir təhər evdə qalın. Ən azı HƏKİMLƏRIMİZ YAZIQDIR. AYLARLA EVƏ GEDƏ BİLMƏYƏN HƏKİMLƏRIMİZ VAR. ÇOX ÇOX XAHİŞ EDİRƏM KARANTİN REJİMİNİN QAYDALARINA RİAYƏT EDİN.

Vətədaş 2020-06-23 11:43:57

TƏBİB ləğv edilməli,məsuliyyət Səhiyyə nazirliyinin üzərinə verilməlidir.Səhiyyənin düşünülməmiş parçalanması pandemiya vəziyyətinin pisləşməsinə səbəb olub.Bunu hamı görür və hss edir.Səriştəsiz adamların belə məsul vəziyyətdə aldığı qərarlar və görə biləcəyi işlər bu virusun öhdəsindən gələ bilmədiyi və ağılsız qərarlarla insanları evlərində həbsdə saxlamaqla bir nəticə əldə edə bilmədikləri buna sübutdur.!İnsanlar məhdudiyyətlərdən aqressivləşir.digər xəstəliklər proqressivləşir.

İlham 2020-06-23 11:35:59

Həkimin sözləri ilə 100% razıyam.

Həkim 2020-06-23 11:19:37

Səhiyyədə pokazuxa yox.,ciddi yanaşma tələb edir.Burada təchizatı və xəstələrə yanaşmada diqətli olmaq vacibdir.Onsuz da Şirəliyev və onun müavinləri tədəfindən bazara çevrilmiş səhiyyəni parçalaaraq daha da pis günə qoymaq xəstəliyə qarşı dövlətin biganəliyini artırdı.Bunları kölgədə qoyaraq səhiyyənin bacarıqsızlığını millətin üzərinə atmaq doğru deyil.

MRP 2020-06-23 11:18:12

Uca Allahdan xəstələrə şəfa koronavirusla işləyən həkimlərimizə bu çətin günlərdə dözüm işlərində uğurlar arzulayıram.

Vüsalə 2020-06-23 11:09:35

Cahillik bizim sonumuz olacaq Allah sizi qorusun,həkim

kələntər 2020-06-23 11:00:00

Bu məmurlar vətəndaşlara o qədər yalan danışıb ki indi də ona qulaq asan yoxdur.Qarabağla bağlı ,dolların kursunun sabitliyi ilə bağlı yalanlar yaddan çıxmayıb.

Mehdi 2020-06-23 10:40:59

Millətin nəyinj qorxuzacaqlarki?Həkim cox duz deyir.Elə mənim 2 qohumum bu xəstelikdən öldulər.Allah butun ölənlərə rehmet eləsin. Inanmayanlar Allah sizlərə aqil dərrakə versin görun duzdu ya yox.Elə sizin kimilərdi də bu xəstəlikləri yayanlar.

Emin 2020-06-23 10:04:54

Yaxşı olar ki inanmayanların bir hissəsinə aparıb xəstələri göstərmək lazımdır

Nuru 2020-06-23 10:03:29

milləti qoruxuzmuyun bu qədər. Bilirsən nə qədər əsəbdən müalicə olunanlar var. İmkanı olmayanlar da dəli olmaq səviyyəsindədirlər. İndiki rejim yaxşıdır. Polis həyətə girmir. Özünü türmədə hiss etmirsən. İnsanlar da əməl edirlər. İndi hərdən qanun pozan olur. O da o demək deyil ki dünya dağıldı. Qanunu pozan olanda da yola vermək lazımdır başa salmaq. Yoxsa döyə-döyə yox. O, 2 gün getsin gəlməsin. ALLAH millətimizə köməy olsun

Son yazılar