MƏŞHUR ŞİRKƏTIN BÖYÜK VERGİ BORCU - “Akkord”un 1 milyonluq borcu nədən yaranıb?

Hələ 2006-cı ildə dövlət qeydiyyatına alınan və uzun illər Azərbaycanın tikinti sektorunda aparıcı şirkətlərdən biri olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın külli miqdarda vergi borcu yaranıb.

“AzPolitika.info” xəbər verir ki, şirkətin vergi borci 1 milyon manata yaxın - 980 min 418 manat təşkil edir. Bu barədə Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bazasındakı məlumata istinadla məlumat yayıb. Qeyd edək ki, bu məbləğ şirkətin 22 iyun 2020-ci il tarixinə olan vergi borcunu əks etdirir və vergi xidmətinin məlumat bazasında yer almaqdadır.

Tikinti sektorunun iri şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşıb. Lakin fəaliyyətə başladığı ilk vaxtlardan şirkət barədə mətbuatda çoxsaylı materiallar dərc edilib. Onun gah bir, gah digər iri ranqlı məmur-oliqarxla bağlı olduğu iddia edilib. Və bu vaxt daha çox “köhnə komanda”ya aid şəxslərin adları çəkilib. Bir müddət əvvəl mətbuatda şirkətin sahibinin dəyişdiyi, təhvil verildiyi barədə də məlumatlara rast gəlinib.

Bununla yanaşı, hazırda heç də ölkənin ən böyük və güclü şirkətləri sırasında yer almayan “Akkord”-un belə böyük məbləğdə vergi borcunun yaranmasının səbəbi barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bu şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır və rəsmi olaraq, qanuni təmsilçisi Bürhan Həmidovdur. Dərya Vəliyev isə şirkətin Müşahidə Şurasının sədridir.

Ancaq mətbuatda yayılan məlumatlarda şirkətin real sahibinin sabiq baş prokuror Zakir Qaralov olduğu göstərilib. Elə “Akkord”-un yarandıqdan qısa müddət sonra böyük layihələr həyat keçirməyə başlaması və sonrakı dövrlərdəki fəaliyyəti də onun arxasında güclü himayədarının olduğundan xəbər verib. Mümkündür ki, rəsmi gəlirinə görə hesablanmış vergini belə buna görə ödəməyə bilib... 

Tahir

AzPolitika.info

635x100

Şərhlər

Əli 2020-06-23 14:11:30

Akkord şirkəti "ANM- Bakı" ASC-nin torpaqlarını səhmdarların razılığı olmadan mənimsəyərək orada ev tikmiş səhmdarların səhmlərinə isə pul vermək istəmir. Elə ona yaxşı olub nə olubsa. Qoy əlindən alsınlar bu qansızın hər şeyini.

t.ədalət 2020-06-23 13:23:45

Akkord şirkəti Abşeron rayonu ərazisində ekologiyaya böyük ziyan vurub.Arakəsmə kərpici hazırlamaq üçün xeyli torpaq əraziləri dağıdılıb.Nəinki vergi verməyib,istifadə etdiyi dövlət torpaqlarına görə də dövlətə heç nə ödəməyib.Abşeron ərazisindəki (Müşfiq qəsəbəsi--Sumqayıt yolunun üstündəki kərpic zavodu hələ də göz dağı kimi Ekologiya nazirliyinin nümayəndəsini gözləyir.

Sumbat 2020-06-23 12:33:13

"kkord2 nə vaxt vergi verib ki?Bilmirsiniz onukim himayə edir?Elə düşünüesünüz bu br milyn ödəniləcək?A

Son yazılar