KORONAVİRUSA YOLUXANLARIN SAYI 500-ü KEÇDİ - 6 nəfər vəfat edib

Azərbaycanda 508 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 464 koronavirus testi aparılıb.

635x100

Şərhlər

Vaqif 2020-06-23 22:08:36

Bu məsələdə Səhiyyə nazirliyi niyəkənarda saxlanılır?Bu cinayət deyilmi?

Son yazılar