İCRA HAKİMİYYƏTİNİN VƏZİFƏLİ ŞƏXSİ SAXLANILDI - Cinayət başında yaxalandı + FOTO

Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədovun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Eyyub Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar İdarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.

Eyyub Gülməmmədov tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

635x100

Şərhlər

??? 2020-06-25 09:59:40

. İcra başçısının Akstafa rayonundan özülə gətirdiyi və “Dövlət çevrilişinə cəhd” maddəsilə 5 il məhkumluq həyatı yaşayan və 9 ildir ki, “Qara kassa” kimi tanınan Şəki Şəhər İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin baş məsləhətçisi, müavin vəzifəsini icra edən N. İsmayılovun fəaliyyəti.......

Əlövsət 2020-06-24 17:18:46

Deyirlərr,yazırlar ki.İcra hakimiyyət strukturu rüşvət,korrupsiya,məimsəmə prinsipi üzrə qurulub və belə sistem yaramazdır.Ona hakimiyyət diqqət göstərmədiyi sual doğurur.Axı bu İH sistemi tam qanunsuzluq üzırində qurulub və xalqa zülm etməkdədirlərniyə bu hallar nəzərə alınmır.?Hələ nəzərə alınsa ki,bunlar hamısı YAP üzvləridir,bu partiyanın talei də hakimiyyəti maraqlandırmalıdır.Necə diqqətə alınmaya bilir ki,ıəhali arasında hakimiyyətə nifrət bilavasitə İcra hakimiyyəti və nazirlərin əməllərindən yaranır.j

Şəkidən 2020-06-24 15:31:53

Şəki də vəziyyət bütün rayonlardan olduqca acınacaqlıdır ? Nə üçün DTX Şəkiyə gəlmir ? Şəkini "mafiya" qanunları ilə idarə edirlər ????

азербайчанлы 2020-06-24 14:48:30

Азербайчанда о адам рушвет алмыр ки,она вермирлер

Son yazılar