AKADEMİK ZİYAD SƏMƏDZADƏ: elmi zirvədə qalmanın sirləri

Böyük zəka sahibi Ziyad Səmədzadənin fəaliyyəti bir universitet dəyərindədir

Böyük insanlar, böyük adam olmaq istəyənlərin arasından çıxar.

Gələcək, sanballı tədqiqaı və iş fəaliyyəti olanın əlindədir.

Şərəfli ömür yolu, elmə bağlılığı, ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış akademik Ziyad Səmədzadənin elmi fəaliyyətinin 60 yaşı tamam olur. Ömrünün müdriklik çağında olan nüfüzlü pedaqoq, tədqiqatçı-alimin istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmətdən ibarət olub. Uzun illərin gərgin zəhməti, məqsədə doğru əzmlə irəliləməsi sayəsində yetişən, ömrünün 60 ilini elmi fəaliyyətə həsr edən Ziyad Səmədzadə iqtisadiyyat elmi sahəsində özünəməxsus yeri və rolu ilə şöhrət qazanmışdır.

Respublika ictimaiyyəti onu böyük alim və praktik-iqtisadçı, bacarıqlı təşkilatçı və nüfuzlu rəhbər, müasir mütərəqqi iqtisadi ideyaların daşıyıcısı və fəal təbliğatçısı kimi tanıyır. O, 500-dən çox elmi əsərin, o cümlədən bir sıra sanballı elmi araşdırmaların, makroiqtisadiyyat, regional iqtisadiyyatın səmərəliilyi, təkrar istehsalın sürəti və proporsiyaları, bazar iqtisadiyyatı problemlərinə həsr olunan dəyərli monoqrafiyaların müəllifidir.

Respublikada iqtisad elminin bir sıra aparıcı istiqamətlərinin yaranması, formalaşması və inkişafı onun adı və elmi fəaliyyəti ilə bağlıdır. Azərbaycanın iqtisadi reallıqlarını, uğurlarını ölkəmizdən kənarda da istənilən səviyyədə təmsil etməyə qadir olan insandır, görkəmli alim, vətəndaşdır.

Ziyad Səmədzadənin elmi-pedaqoji fəaliyyətinin qisa tarixi

Nüfüzlü iqtisadçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadə 1965-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1977-ci ildə professor elmi adını almışdır. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv, 1989-cu ildə isə həqiqi üzv seçilmişdir.

1965-1976-cı illərdə AMEA İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, elmi katib və şöbə müdiri vəzfələrində çalışmışdır. 1976-1978-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi ElmiTədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini, 1978-1982-ci illərdə Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru işləmişdir.

1983-1992-ci illərdə Mərkəzi Komitədə İqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TACİS və TRACECA proqramları üzrə Azərbaycanın milli koordinatoru olmuşdur. Z. Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, regional inkişaf, effektlilik, bazar iqtisadiyyatı problemlərinə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir.

Bu gün respublikada əmək məhsuldarlığı, iqtisadi inkişaf, sürət və proporsiyalar, milli gəlir və səmərəlilik problemləri üzrə yaranmış elmi məktəb bilavasitə akademikin adı ilə bağlıdır. 40 ildən artıqdır ki, Z. Səmədzadə çoxsaylı beynəlxalq simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edir. Nüfuzlu elmi məclislərdə çıxış edən akademik müasir iqtisad elminin aktual istiqamətləri və respublikanın iqtisadi inkişafı, onun dünya iqtisadiyyatına inteqrasiya edilməsi imkanları və bunun yolları barədə sanballı elmi məruzələri ilə diqqəti cəlb edir.

2004-ci ildə Z. Səmədzadənin ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş (58,5 ç.v.) «Этапы большого пути» («Böyük yolun mərhələləri» – «Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər») adlı kitabı çapdan çıxmışdır.

Z. Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti kimi də faydalı işlər görür. Akademikin 1999-cu ildə təsis etdiyi «İqtisadiyyat» qəzeti müntəzəm çap olunur. Z. Səmədzadənin elmi rəhbərliyi ilə 47 namizədlik və bir neçə doktorluq dissertasiyası müdafıə edilmişdir.

Uzun müddət Z. Səmədzadə Azərbaycan Respublikası Milli Məclisi İqtisadi Siyasət Komissiyasının sədri kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi və s. məsələlərin həllində fəal iştirak edir.

Akademik Ziyad Səmədzadə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri kimi, respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak edir. Ziyad Səmədzadə Milli Məclisin deputatı kimi, daim ölkəmizin iqtisadi yüksəlişi, inkişafı və tərəqqisi naminə yorulmadan çalışır.

O, deputat və komitə sədri kimi bu illər ərzində Milli Məclisdə iqtisadi və digər məsələlərə dair qəbul edilən qanunların hazırlanmasında və müzakirələrində həmişə fəal iştirak edir, qanunların təkmilləşdirilməsi üçün çox dəyərli təkliflər verir. Geniş və dərin elmi potensialından istifadə edərək hər il qəbul edilən Azərbaycan Respublikasının büdcəsi haqqında qanunun əhatəli, şəffaf, xərclərin ilk növbədə ölkənin sosial-iqtisadi inkişafını təmin edən fundamental və aktual problemlərə yönəldilməsi, pul, maliyyə-kredit sisteminin qanunvericilik bazasının daim təkmilləşməsi üçün var qüvvəsi ilə çalışır.

Ziyad Səmədzadənin elmi fəaliyyətində Azərbaycan və dünya iqtisadiyyatı problemlərinin tədqiqi böyük yer tutur. Dünya ölkələrinin təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən Z.Səmədzadə bir çox ölkələrdə, o cümlədən bir neçə dəfə Çin Xalq Respublikasında olmuş, 2001-ci ildə çapdan çıxmış “Dünya iqtisadiyyatı: Çin” iqtisadi möcüzəsi" kitabını nəşr etdirmişdir. Azərbaycan və rus dillərində çıxan “Çinin iqtisadi möcüzəsi”, 2009-cu ildə çapdan çıxmış “Çin qlobal dünya iqtisadiyyatında” kitablarının müəllifi sübut etdi ki, bu bir xoşbəxt təsadüf deyildir, aqrar sektorun sənaye islahatlarının, dünya təcrübəsinə sığınaraq, xalqın maraqları ilə maliyyənin qarşılıqlı və səmərəli inteqrasiyasının məntiqi nəticəsidir. Bu monoqrafiyaları ilə alim iqtisad elminə böyük töhfə vermişdir.

Z. Səmədzadənin elmi fəaliyyətində Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinin araşdırılması xüsusi yer tutur. Onu bu mürəkkəb, taleyüklü problemin elmi tədqiqi sahəsində pioneer saymaq mübaliğə olmaz.

Ziyad Səmədzadənin gördüyü işlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə akademik bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Akademik ermənilərin və onların havadarlarının saxta ittihamlarına tutarlı cavablar verib

Akademik Z. Səmədzadə SSRİ və digər müttəfiq respublikalar üzrə külli miqdarda müqayisəli materiallar əsasında mürəkkəb elmi hesablamalar apararaq, mərkəzləşdirilmiş plan-maliyyə sisteminə xas olan ciddi qüsurları üzə çıxardı və inandırıcı şəkildə sübut etdi ki, respublikanın ərazisində yaradılmış milli gəlirdən istifadə etmək hüquqları yolverilməz dərəcədə məhduddur. 

Bu, Azərbaycanın iqtisadi müstəqilliyi haqqında qanun layihəsi üçün əsas götürüldü. 1989-cu ildə akademikin rəhbərliyi ilə Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinə həsr olunmuş respublika miqyaslı böyük bir elmi- praktik konfrans keçirildi. Bu tədbir öz mahiyyətinə görə keçmiş İttifaqda bu qəbildən olan ilk tədbir idi. Son dərəcə maraqlı və vacib problemə həsr olunmuş bu konfransın işində fəal iştirak edən elmi qüvvələr və mütəxəssis-praktiklər tərəfindən işlənib hazırlanmış tövsiyələr və müvafiq qanun layihəsi hazırlandı.

Kənardan saxta iddialarla qaldırılmış Qarabag probleminin lap ilk günlərindən akademik Ziyad Səmədzadə ermənilərin Azərbaycanın bu qədim diyarının «sosial-iqtisadi geriliyi haqqında» ilk iradlarının təhlilinə başladı. Azərbaycana qarşı irəli sürülən saxta ittihamlar, güya ermənilərin həyat səviyyəsinin aşağı olması, onlara qarşı sosial mədəni baxımdan ayrı seçkilik edilməsi ilə baglı iftiralar əsaslandırılmış dəlillərlə təkzib edildi. Akademikin həmin dövrdə hazırladığı tədqiqatların əksəriyyəti onun geniş əks-səda doğurmuş «Dağlıq Qarabağ: naməlum həqiqətlər», «Naqornıy karabax: neizvestnaə pravda» adlı kitablarda öz əksini tapdı.

Ancaq Ziyad Səmədzadənin «Dağlıq Qarabağ: Naməlum həqiqətlər» kitabı həm tarixilik, həm siyasilik cəhətdən, həm də iqtisadçı qələmindən çıxdığı üçün çox faydalıdır. Bu kitab vətəndaş alim qələminin bəhrəsidir, təkcə publisistik dildə yox, əsasən təkzibedilməz iqtisadi faktların gücü ilə danışır.

Dünya iqtisad elminin nüfüzlü alimlərinin Ziyad Səmədzadə haqqında fikirləri

Z. Səmədzadə keçmiş Sovetlər İttifaqında ilk iqtisadçı alimlərdən biri idi ki, iqtisadi inkişafın regional aspektlərinin tempi və səviyyəsini təhlili ilə ərazi proporsiyasının planlaşdırılması və proqnozlaşdırılmasının metodologiyasının yaradılmasının vacibliyini sübuta yetirmişdir. 

Akademik, keçmiş SSRİ və İttifaqa daxil olan respublikalar üzrə müqayisəli statistik məlumatlardan səmərəli şəkildə istifadə edərək böyük həcmdə hesablamalar aparmış və mərkəzləşdirilmiş maliyyə-plan sistemində olan çox ciddi qüsurları aşkara çıxarmışdır. Akademik Ziyad Səmədzadə bu tədqiqatı ilə SSRİ məkanında ilk dəfə nəzəri iqtisadi müddəaları bilavasitə tətbiqi iqtisadiyyat səviyyəsinə və əksinə köçürülməsi üçün aqreqasiya və dezaqreqasiya metodologiyası işləyib hazırlamış və onun praktiki səviyyədə tətbiqini həyata keçirmişdir.

2004-ci ildə akademikin ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş, “Böyük yolun mərhələləri” - “Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər” adlı kitabı çapdan çıxmışdır. Dünyanın tanınmış alim və mütəxəssisləri Ziyad Səmədzadənin bu əsərini yüksək qiymətləndirmişlər.

SSRİ-nin ən tanınmış dövlət xadimlərindən biri, SSRİ-nin neft sənayesinin inkişafında böyük rol oynamış, texniki elmlər doktoru, Sosialist Əməyi Qəhrəmanı, Sialkovski adına Kosmonavtika Akademiyasının akademiki Nikolay Konstantinoviç Baybakov Ziyad Səmədzadəni Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə yüksək qiymətləndirmişdir: “Ziyad Səmədzadə böyük və şərəfli ömür yoluna malikdir. Onun elmi və ictimai fəaliyyəti həddindən artıq geniş və çoxşaxəlidir. MK-nın iqtisadiyyat şöbəsinə, Ali Sovetin plan-büdcə komissiyasına, eləcə də, respublikanın Dövlət Plan Komitəsinə rəhbərlik edən iqtisadçı alim və ictimai xadim kimi Z.Səmədzadənin əldə etdiyi zəngin təcrübə ona Azərbaycanın ötən əsrdəki ictimai-siyasi, iqtisadi-sosial həyatı barədə, qlobal iqtisadi problemləri dərindən təhlil etməyə imkan vermişdir”.

SSRİ Baş nazirinin müavini, RF EA akademiki L.Abalkin yazırdı: “Z.Səmədzadənin ”Əmək məhsuldarlığı və əhalinin məşğulluq strukturunun problemləri" mövzusunda 31 yaşında olarkən müdafiə etdiyi doktorluq dissertasiyası Sovet İttifaqında ən mükəmməl elmi iş idi. Nəticə etibarilə o, respublikada bu sahədə elmi iqtisadi məktəbin əsasını qoymuşdur".

Moskva şəhərinin meri Q.X. Popov isə bildirir ki, Z.Səmədzadə həm böyük nəzəriyyəçi alim, həm təcrübəçi, təşkilatçı, həm də müasir iqtisadi ideyaların ötürücüsüdür: “Bir sıra nəhəng tədqiqatların və işlərin, makro iqtisadiyyatın problemləri, regional iqtisadiyyatın effektivliyi, istehsalın tempi və proporsiyaları, demoqrafiya və məşğulluqla bağlı monoqrafiyaların müəllifidir. Hakim anlayışlara qeyri-standart baxış, yaradıcı düşüncə tərzi, tənqidi analiz alimə maddi sahənin sərhədləri haqqında orijinal nəticələr çıxarmağa imkan verir”.

Ziyad Səmədzadə nüfuzlu beynəlxalq simpozium və konqreslərdə

40 ildən artıqdır ki, Z.Səmədzadə çoxsaylı beynəlxalq simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edir. Nüfuzlu elmi məclislərdə çıxış edən akademik müasir iqtisad elminin aktual istiqamətləri və respublikanın iqtisadi inkişafı, onun dünya iqtisadiyyatına inteqrasiya edilməsi imkanları və bunun yolları barədə sanballı elmi məruzələri ilə diqqəti cəlb edir.

Ziyad Səmədzadə nüfuzlu beynəlxalq simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edir. Strasburq və Stokholm, San-Fransisko və Barselona, Ankara və Brüssel, Sidney və Paris, Moskva və Sankt-Peterburq, Vaşinqton, Akaba və Pekin daha neçə belə coğrafi məkanlarda keçirilən böyük forum, konfrans və simpoziumlarda akademik Z.Səmədzadə geniş elmi diapazonunu nümayiş etdirərək, öz ideya və baxışlarını Azərbaycanın müasir iqtisadi elminə və inkişafına yönəltmiş, çıxışları və hesabatları ilə onun dünya arenasına çıxış yollarını göstərməyə çalışmışdır. Bu forumların tribunasından çıxış edən akademik geniş elmi diapozona malik olduğunu nümayiş etdirərək, müasir iqtisad elminin aktual istiqamətləri və Azərbaycanın iqtisadi inkişafı, onun dünya iqtisadiyyatına inteqrasiya edilməsi imkanları və bunun yolları barədə sanballı elmi məruzələri ilə diqqəti cəlb edib və etməkdədir.

Z.Səmədzadə TASİS proqramının Azərbaycanda fəaliyyətə başlaması üçün böyük zəhmət çəkmiş, Avropa İttifaqının (Aİ) ekspertləri ilə çoxsaylı görüşlər keçirmiş, milli koordinator, bir iqtisadçı-alim kimi TRASEKA proqramının hazırlanması ilə bağlı elmi araşdırmalar aparmış, 1993-cü ilin may ayında Brüsseldə birinci beynəlxalq konfrasda əsas məruzə ilə çıxış etmiş və Brüssel bəyannaməsini imzalamışdır.

Akademik Səmədzadə yeni ideya və üsulların, yeni iqtisadi təfəkkürün yorulmaz təbliğatçısı kimi

Z.Səmədzadə yeni ideya və üsulların, yeni iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. Bu ideyalar Ziyad Səmədzadə 1981-1992- ci illərdə baş redaktoru olduğu «Azərbaycan xalq təsərrüfatı» jurnalırın səhifələrindnə ardıcıl şərh edilmişdir. 1999-cu ildə akademik «İqtisadiyyat» adlı qəzet təsis etmiş və ounn nəşrinə başlamışdır. Qətiyyətlə demək olar ki, bu mətbu orqan hazırda müasir iqtisadi ideya və baxışların əsl carçısına, peşəkar iqtisadçıların, eləcə də Azərbaycanın sosial-iqtisadi inkişafı problemlərinə aid biliklərini genişləndirən bütün oxucuların dostuna və köməkçisinə çevrilmişdir.

Qəzetin baş redaktoru olan akademik ölkənin bütün iqtisadçı alimlərini, politoloqlarını, bazar istrukturlarının tanınmış nümayəndələrini və mütəxəssis-praktikləri bu nəşrin işinə cəlb etməyə, əsl yaradıcı kollektiv yaratmağa müvəffəq olmuşdur. Alim dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasının təbliği sahəsində də yorulmaz fəaliyyət göstərir. Mətbuat səhifələrində, televiziya və radioda gündən-günə inkişaf edən, yeniləşən Azərbaycannın iqtisadi siyasətinin fəal təbliğatçısı kimi çıxış edir, neft strategiyasının, regionların tarazlı inkişafı ilə Dövlət proqramının reallaşmasının konkret nəticələrini əks etdirən xüsusi nəşrlər hazırlayır. Bütün bunlar bir daha akademik Z. Səmədzadənin bir elm təşkilatçısı və yeni ideyalar təbliğatçısı kimi yorulmaz fəaliyyətini inandırıcı şəkildə sübut edir.

Dünya təcrübəsi göstərir ki, ictimai elmlər arasında özünəməxsus yer tutan, daim inkişafda olan iqtisad elminin cəmiyyətdə artan rolu bu istiqamətdə ayrıca təyinatlı ensiklopediyanın yaradılması məsələsini aktuallaşdırıb. Bu missiyanı akademik Ziyad Səmədzadə öz üzərinə götürmüş, onun ideya müəllifliyi və baş redaktorluğu ilə hazırlanıb nəşr edilən irihəcmli fundamental “Böyük İqtisadi Ensiklopediya” da respublikanın elmi-mədəni həyatında diqqətəlayiq hadisələrdən birinə çevrilmişdir “Böyük İqtisadi Ensiklopediya” dünya iqtisadiyyatının tarixi, bu gün iqtisadi həyatın müxtəlif sahələrində istifadə edilən terminlərin mahiyyəti, görkəmli iqtisadçıların fəaliyyəti barədə ətraflı məlumat və bilik mənbəyidir.

Ensiklopediyada iqtisadi termin və anlayışların, nəzəriyyə və baxışların mükəmməl izahları verilib, iqtisadi hadisələrin məzmunu və əhəmiyyəti yüksək peşəkarlıqla açıqlanıb, müasir gerçəkliklər fonunda dünya iqtisad elminin nailiyyətləri hərtərəfli işıqlandırılıb. Ensiklopediya çoxsaylı nəzəri, faktroloji materiallar əsasında ictimai həyatdan gələn sualları cavablandırmaqla, oxucuya çoxsaylı iqtisadi hadisələr, kateqoriyalar, modellərlə bağlı zəruri bilgilər verir, iqtisadi termin, söz və ifadənin mahiyyətinin mükəmməl izahını təqdim edir. Burada makroiqtisadi tarazlıq, marketinq, investisiya, menecment, maliyyə, audit, mühasibatlıq, pul-kredit, qiymətli kağızlar bazarı, rəqabət, inhisar, inovasiyalar, monoiqtisadiyyat və digər bu kimi çoxsaylı anlayışların mahiyyəti yeni elmi interpretasiyada açıqlanır. Həmçinin dünya iqtisadiyyatının tarixi, müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, elmi-iqtisadi məktəblər və onların görkəmli nümayəndələri haqqında mühüm məlumatlar verilir, müasir gerçəkliklər fonunda dünya iqtisad elminin nailiyyətlərini hərtərəfli işıqlandırır. Ensiklopediyanın unikallığı bir də ondadır ki, bu sanballı nəşr formalaşmış, mövcud iqtisadi vəziyyətə istinadən çox düşünülüb, biçimli bir sxemdə qurulub.

Ensiklopediyada son iyirmi bir ildə ölkəmizin bu elm sahəsi üzrə əldə etdiyi yeni nailiyyətləri, eyni zamanda, xalqımızın yüksək sosial-iqtisadi, mədəni, intellektual səviyyəsinin də aydın forma və məzmunda əks etdirir. Topluda Azərbaycanın müasir, sosial, siyasi və iqtisadi, hüquqi sistemi müxtəlif aspektlərinə geniş diqqət yetirilir. Müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artması, dünya iqtisadiyyatına inteqrasiyasına xidmət edən nurlu inkişaf strategiyasının elmi-metodoloji əsasları və mahiyyəti konkret fakt və dəlillərlə işıqlandırılır. Ensiklopedik nəşrlərin dəyəri ondadır ki, onlar iqtisad elminin və onun alətlərinin əsas, nisbətən sabit və dayanıqlı kateqoriya və anlayışlarını özündə cəmləşdirirlər. Bu mənada, Böyük İqtisadi Ensiklopedi-yanın mühüm fərqləndirici cəhətlərini qeyd edərkən öl-kəmizin müasir sosial-siyasi və iqtisadi-hüquqi sisteminin müxtəlif aspektlərinə geniş diqqət yetirildiyini vurğlamaq vacibdir. Belə ki, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artmasına, dunya iqtisadiyyatına inteqrasiyasına xidmət edən milli inkişaf strategiyası, azad bazar münasibətlərinin bərqərar olmasının, yeni iqtisadi sistemin formalaşmasının elmi-metodoloji əsasları və mahiyyəti burada konkret fakt və dəlillərlə işıqlandırılmışdır Azərbaycanın ilk iqtisadi bestselleri kimi ensiklopediya kitab aləmində özunəməxsus yer tutacaqdır. Tam məsuliyyətlə bildirmək olar ki, ölkənin və onun hüdudlarından kənarda sayılıb-seçilən iqtisadçı alimlər arasında özünəməxsus yeri və sanbalı olan akademik Ziyad Səmədzadə ağır bir işi öhdəsinə götürmüş və onu layiqincə də yerinə yetirməklə, Azərbaycan elminə, xüsusilə də iqtisad elminə böyük töhfə vermişdir.

Akademik Ziyad Səmədzadə bu gün də ona məxsus olan gənclik enerjisi və həvəsi ilə yüksək işgüzarlıq və əzmkarlıq göstərir.

Professor Zahid Fərrux Məmmədov

İqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru,

Türkiyə Cümhuruyyəti, İşik Üniversitesinin müsafir öyrətim üyesi.

Professor Kamil Nazim oğlu Səlimov

Hüquq elmləri doktoru, Bakı Dövlət Universitetinin “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasının müdirii

Dosent Mirəli Sahib oğlu Kazımov

Hüquq elmləri doktoru, Bakı Dövlət Universitetinin “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasının dosenti

635x100

Şərhlər

safar nicat oglu 2020-06-26 21:55:20

Sual: siz bir de heyata gelseydiniz nece yasamag isteyerdiniz ?

Akademikə Təbriklər 2020-06-25 21:54:33

Amma, Covid-19 müstəqil iqtisadiyyatın olmadığını göstərir?

Son yazılar