"BELƏ KARANTİN MƏNASIZDIR, YOLUXMA DAYANMAYACAQ...” - Professor

Azərbaycanda virusa yoluxma psixoloji baryeri aşdı

“COVİD-19 pandemiyası bitmir. Əksinə, böyüyür, ölüm və yoluxma sayı artır”. “ Bu sözləri ÜST rəhbəri Tedros Adhonom deyib.

Təşkilat rəhbəri ölkələrə çağırış edərək tibb işçilərinin dəstəklənməsinin vacibliyini bildirib: “Tibb işçiləri lazımi ləvazimat və preparatlarla təmin edilməlidir. Sağlam cəmiyyət üçün səhiyyə sistemi gücləndirilməlidir”.

ÜST rəhbərinin dediyi kimidir, artıq pandemiyanın yeni dalğası ölkələri bir-bir karantini bərpa etməyə məcbur qoymaqdadır. Avropa ilə yanaşı İran da sərt karantini yenidən tətbiq etmək barədə düşünür.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari hesab edir ki, vəziyyətin belə ağır olmasını mütəxəssislər karantin tədbirlərinin vaxtından əvvəl yumşaldılması ilə əlaqələndirir və qeyd edirlər ki, infeksiyanın yayılmasının ikinci dalğası başlayıb.

Pisləşməkdə olan analoji vəziyyət Azərbaycanda da müşahidə edilir. Artıq ölkədə yoluxma ilə bağlı psixoloji hədd aşılmaqdadır.

İyunun 23-də 508 nəfərin, dünən isə 590 nəfərin virusa tutulması atılan kompleks tədbirlərin, sərt karantin rejiminin də effektiv olmadığını deməyə əsas verir.

Hazırda ölkənin bütün təbəqələrini, zümrələrini virus əhatə edib - Prezident Administrasiyasının əməkdaşları, müxtəlif nazirliklərin işçiləri, jurnalistlər, tanınmış simalar və həkimlərin özləri arasında yoluxanlar var.

Yeri gəlmişkən, Respublika Xüsusiləşdirilmiş Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı 63 yaşlı Faiq Yusifov koronavirus infeksiyasından müalicə olunduğu xəstəxanada ölüb. Ötən həftə onda ilkin simptomlar yaranıb və bir neçə gün öncə verdiyi testin nəticəsi pozitiv çıxıb.

Tibb üzrə professor Adil Qeybulla “Yeni Müsavat”a bildirdi ki, yoluxma artmaqda davam edəcək. Onun sözlərinə görə, virusun tüğyan etdiyinə inanmayanlar yenə var və məsuliyyətsiz davrananların ucbatından yoluxmalar artır.

Professor qeyd etdi ki, 14 günlük sərt karantin rejiminin də effekt verəcəyini gözləmir: “Vətəndaşlar diqqətli olmalıdırlar. İndiki karantin də mənasızdır, yoluxmalar dayanmır. Hamı küçədə sərbəst gəzir, şəhər insanlarla doludur. Ona görə yoluxmalar olan ərazilərdə qərargahlar qurulmalıdır”.

A.Qeybullanın fikrincə, Gürcüstanın yoluxmaların azalmasına nail olmasına səbəb məhz sosial təcridə riayət edilməsidir. Eyni zamanda qonşu ölkədə icbari tibbi sığorta var, müqayisə oluna bilməz.

O, indiki şəraitdə Azərbaycanda fövqəladə vəziyyət elan olunmasını da zəruri saymır və nəticə verəcəyinə ümid etmir.

Bu arada Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maska ilə bağlı tövsiyələrinə dəyişiklik edib.

Yeni tövsiyələrdə deyilir ki, maskanı yalnız koronavirus simptomu və ya gizli daşıyıcısı olanların yox, hər kəsin taxması tövsiyə edilir.

Maska taxmayan COVİD-19 daşıyıcısının maska taxan sağlam insanı yoluxdurma ehtimalı 70 faizdir. Maska taxan COVİD-19 daşıyıcısının maska taxmayan sağlam insanı yoluxdurma ehtimalı 5 faizdir. Hər iki şəxs maska taxarsa, virusun yoluxma ehtimalı 1.5 faizə düşür.

635x100

Şərhlər

Fərhad 2020-06-25 14:05:05

Mən bu professorun dediklərini əsas götüməzdim. Aprel ayın həmin professor müsahibə vermişdi ki, artıq virus ölkədə sönmək üzrədir və ölkəmiz pik həddinə çatıb. yaxşı olardı ki, peşəkarlar bu haqda danışardılar.

Fərəh 2020-06-25 13:13:20

Sağlam insanların pandemiyanın geniş yayıldığı ərazilərdən çıxmasına qadağa bu qarantin rejiminin ən mənasız tərəfidir.Bir də səhiyyədə aparlan əsassız bölünmənin belə bir kütləvi tədbir zamanı ölkənin bütün tibb personalının iştirakdan məhrum etməsi,səhiyyədə iki hakimiyyətlilik yaratmaq heç də doğru olmadığıkimi bir nəticə də verməsi mümkün deyil.Belə pərakəndəlik halında insanlarda günah axtarmaq yanlışdır.yİnsanların

Şaiq 2020-06-25 12:36:04

Hörmətli Adil müəllim, böyük çaplı tibb üzrə Akademiklər Çuçalin və Qundarovun kremldə və mətbuatda Putinə dediklərindən sitatlar yazıram: 1. Uşaq doğulandan bir ay sonra artıq koronovirusla yaşayır. 2. Karantin rejimini artıq ağ eyləmişik. 3. Qrip virusu koronovirusu məhv edirdi. 4. Qripə qarşı vaksin koronovirusu gücləndirdi. 5. Koronovirusa qarşı peyvənd vurdurmayın. 6. Dünya əhalisinin 80% koronovirus xəstəliyini keçirib. 7. İnsanları karantində saxlamaq cinayətdir,çünki ümunitet minimuma enir. 8. Koronovirus hər il olub və olacaq. 9. Rusiyada koronovirusdan ölənlər 30%, xəstələnənlər 100% şişirdilib.10. Adi pondemiyadan ölənlərin sayı, koronovirusdan ölənlərdən 10 dəfə çoxdur.11. Məcburi maska taxtırmaq cinayətdir. 12. Koronovirus xəstəliyinin pik həddi hər il yanvar, mart və oktyabr ayında olur. ÜST və TƏBİB hörmətli Akademiklərə irad bildirə bilərlərm

Şaiq 2020-06-25 12:32:23

Hörmətli Adil müəllim, böyük çaplı tibb üzrə Akademiklər Çuçalin və Qundarovun kremldə və mətbuatda Putinə dediklərindən sitatlar yazıram: 1. Uşaq doğulandan bir ay sonra artıq koronovirusla yaşayır. 2. Karantin rejimini artıq ağ eyləmişik. 3. Qrip virusu koronovirusu məhv edirdi. 4. Qripə qarşı vaksin koronovirusu gücləndirdi. 5. Koronovirusa qarşı peyvənd vurdurmayın. 6. Dünya əhalisinin 80% koronovirus xəstəliyini keçirib. 7. İnsanları karantində saxlamaq cinayətdir,çünki ümunitet minimuma enir. 8. Koronovirus hər il olub və olacaq. 9. Rusiyada koronovirusdan ölənlər 30%, xəstələnənlər 100% şişirdilib.10. Adi pondemiyadan ölənlərin sayı, koronovirusdan ölənlərdən 10 dəfə çoxdur.11. Məcburi maska taxtırmaq cinayətdir. 12. Koronovirus xəstəliyinin pik həddi hər il yanvar, mart və oktyabr ayında olur. ÜST və TƏBİB hörmətli Akademiklərə irad bildirə bilərlər? Düşünürəm ki, yox.

Vahid 2020-06-25 12:10:05

Çoxlu türmə tikib hamısı basmaq ora

sakit 2020-06-25 10:19:31

Çobanın evi yandı heç kim inanmadı

Miriş 2020-06-25 10:02:07

Təbiblə bu əmioğludurlar deyəsən

Son yazılar