MƏHDUDİYYƏTLƏR SƏRTLƏŞDİRİLİR! - Operativ Qərargahdan açıqlama

"Son günlərdə koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə olunur. Təhlil və müşahidələr göstərir ki, müəyyən olunmuş xüsusi karantin qaydaları, sanitar-epidemioloji tələblər gözlənilən nəticələri vermir".

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, bir sıra hallarda sahibkarlıq subyektləri, Operativ Qərargahın mümkün qədər işə az əməkdaş çıxarmağa dair tövsiyələrinə baxmayaraq, bütün işçi heyətini tam tərkibdə, yaxud da böyük əksəriyyətini “İcazə.e-gov.az” portalından qeydiyyatdan keçirərək işə çıxmaları üçün birdəfəlik icazələr alır:

"Eyni zamanda fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslər də, bəzi hallarda mühafizə və texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri olandan xeyli artıq sayda əməkdaşları qeydiyyatdan keçirirlər.

Belə yanaşmaların müəyyən olunmuş məhdudiyyət tədbirlərinin səmərəsini azaldır, əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantın rejimində işə çıxmasına icazə verilənlərin sayı ilə bağlı müəyyən olunmuş bir sıra məhdudiyyətlərin sərtləşdirilməsi məsələsinə yenidən baxılmasını zəruri hesab edir və bu istiqamətdə vacib olan bütün qərarları qəbul edəcək".

635x100

Şərhlər

t.ədalət 2020-06-25 15:40:11

Düşünülməmiş məhdudiyyətlər,karantin rejiminin qeyri-peşəkar aparılması yoluxmanı artırır.Məhdudiyyətləri bir kənara atıb düzgün dezinfeksiya(əlbəttə,aldadıcı kanalizasiya suyu yox!) və digər qorunma metodlarının tətbiqi olmalıdır.Binaların giriş qapısına boş kağızları yapışdırmaq yox,apteçkalar və dezinfeksiya edici dərmanlar qoymaq lazımdır.Rayonların icra hakimiyyəti başçıları və işçilər binaların qarşısında növbə çəkməlidirlər.Milyoner məmurları oliqarxların dənizkənarı restoranlarından yığıb məhəllələrə gətirmək lazımdır.Karantin günlərində məhəllələridə təmizlik işləri aparılmalıdır.Boş sözlərlə yoluxma dayanmır.

İlham 2020-06-25 15:04:18

Men taksi şoferyem, men portaldan şirket qeydiytatdan kecirib, bele başa duşdumku bizim icazeleride legv edecekler, bes ne edek ? 190 verilmir , operativ qerargah bes nece dolanag?bu hakdada fikirleşin zehmet olmasa!

Xəstə 2020-06-25 15:02:49

Məhdudiyətlər yetərincə var. Artıq addım məsləhət deyil.

Son yazılar