BU GÜN DAHA 547 NƏFƏRDƏ KORONAVİRUS AŞKARLANDI - 6 nəfər ölüb

Azərbaycan Respublikasında 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı da  açıqlanıb.

İndiyədək ölkədə ümumilikdə 14 852 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 059 nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib, 6 613 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycanda indiyə qədər 7 274 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 449 235 test aparılıb.

635x100

Şərhlər

Vətəndaş 2020-06-26 14:42:48

Bir nəfər tanıdığım gördüyüm bildim eşitdim yoxdur Virusa tutulan ya ölən. Baş açmaq olmu bu nə sirrdir ....

Son yazılar