BU GÜN DƏ KORONAVİRUSA YOLUXANLARIN SAYI 500-ü KEÇDİ - 7 nəfər öldü

Azərbaycanda 517 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 15 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 364 nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib, 6818 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 980 koronavirus testi aparılıb.

635x100

Şərhlər

Eko 2020-06-26 18:50:52

Qerargahi leqv etmek lazimdi !!! Tecrûbeli bilikli alim adamlardan yeni qerarqah yaratmaq lazimdi !!!Bunnar bacarmadilar !

Tofiq Hacıyev 2020-06-26 18:21:37

TƏBIB-in yaradılması səhiyyəyə vurulan ağır zərbə oldu.Pandeyaamanı belə bir addım əhaliyə baha oturdu.Səviyyəsiz,səriştəsiz adamların vəzifəyə gətirilməsi ağır fəsadlara yol açdı.insanların sağlamlığına zərbə oldu..Bu parçalanmadan narazı qalan sııəhiyy nazirliyinin nisbətən hazırlıqlıhəkimləri bu işə əvvəldən ciddi qoşulmadılar.TƏBİB-in isə zəif komandası,bu işin ıhdəsindən gələ bilmədiyi əvvəldn bəlli idi.Əfsus ki.hökumət bunu anlaya bilməddi.Bunları nəzərə almaqla insanları günahlandıraq səhiyyənin günahını gizlətməyə qulluq edir....

t.ədalət 2020-06-26 18:06:40

Oyuncaq karantin yoluxmanın qarşısını ala bilmir.Ciddi dezinfeksiya,əhaliyə təcridedici formaları anlatmaq və s.lazımdır.Büdcəni cərimələrlə doldurmaq üçün karantin rejimini davam etdirmək sağlamları da öldürür.

Son yazılar