MASKA TAXMAYANLAR ÜÇÜN DƏ CƏRİMƏLƏR 2 DƏFƏ ARTIRILIR - Təklif edilən dəyişiklik

Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin iyulun 29-da keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Qüvvədə olan qanuna əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 yüz manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. 

Layihəyə əsasən, buna görə cərimələr də iki dəfə artırılır. Beləliklə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

635x100

Şərhlər

Xalq 2020-06-27 19:59:17

mən təklif edirəm: maska taxmayan şəxs 1000000 m cərimə olunsun, sizin təklif etdiyiniz cərimələrin miqdarı "çox azdır". Necədir döşünüzə yatdı məbləğ?

Vətəndaş 2020-06-27 17:41:17

İnşəallah MMdə Qarabağı almaq barədə təklifdə səsə qoyuıar..

t.ədalət 2020-06-27 17:23:31

Bu cərimələr xalqın sağlamlığı üçün deyil,hamı bilir ki,neftdən gələn gəlirləri kompensasiya etmək üçündür...

Niyaz 2020-06-27 16:28:39

Təklif verməklə deyil ki,qəbul etmək lazım deyil. Toxun acdan xəbəri yoxdur. Çünki insanlar artıq acınacaqlı durumdadırlar həm maddi həm də mənəvi psixoloji.

Mirzə AĞ 2020-06-27 16:26:46

Maska satan: Hər kim maska almasa, kişi deyil!

Son yazılar