PAYTAXT POLİSİNƏ YENİ RƏİS MÜAVİNİ TƏYİN EDİLDİ – Daxili İşlər nazirindən əmr
Baxiş sayı:
Dərc olunub:
27/06/2020 - 20:01
Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib.
Strateq.az xəbər verir ki, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun əmriylə bu vəzifəyə polis polkovniki Vüqar Ələkbərov təyin edilib.
Xatırladaq ki, Vüqar Ələkbərov polis sistemində yüksək intellekti ilə seçilən milli kadrlardan sayılır.
1975-ci ildə anadan olan V.Ələkbərov Azərbaycan Polis Akademiyasını fərqlənmə diplomuyla bitirib, uzun müddət Polis Akademiyasında müəllim, daha sonra isə BMCMİ-də mühüm vəzifələrdə işləyib.
Sonuncu təyinatına qədərsə BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.
Şərhlər
Təbrik edirəm. Sizə cansağlığı arzu edirəm. Gələcək işlərini müvəffəqiyyətlə yerinə yetirəcəyinə əminəm.
Vüqar müəllim daha da böyük vəzifələrə layiq bir kadrdır.Uğurları bol olsun.Təbrik edirəm.