BNA RƏSMİSİ KORONAVİRUSA YOLUXDU - Ailə üzvlərinin də test nəticələri pozitiv çıxıb

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev və ailə üzvləri yeni növ koronavirusa (COVİD-19) yoluxub. Bu barədə BNA rəsmisi özünün "Facebook" səhifəsində məlumat yayıb.

"Bir neçə gün davam edən halsızlıq, hərarət əlamətləri ilə təcili tibbi yardıma müraciət etdim və mən, həyat yoldaşım, eyni zamanda oğlumun koronavirus testi nəticələri pozitiv çıxdı. Amma əhvalımız da pozitivdir. Düşünürük ki, biz virusa qalib gələcəyik. Mən inanıram ki, biz virusa qalib gələcəyik. Çünki dövlət sağlamlığımızın qorunması baxımından çox mühüm tədbirlər həyata keçirir. Bütün zəruri tədbirlər görülür ki, koronavirus təhlükəsindən ən az itkilərlə çıxa bilək", - deyə o bildirib. 

635x100

Şərhlər

Alim 2020-06-28 22:59:02

BAXIN https://www.instagram.com/tv/CB_KylHBKc2/?utm_source=ig_web_copy_link

Niyaz 2020-06-28 21:46:36

Sadə insanlar 5-3 manata görə saxta virusa yoluxmadan otkaz etdilər. Ancaq vəzifədə olanlar gedəcəklər buna.

Son yazılar