KARANTİN REJİMİNİ POZANLARA QARŞI CƏRİMƏLƏR ARTIRILDI - Yeni məbləğlər

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Məcəllənin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) yeni redaksiyada verilir.

Yeni redaksiyaya görə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.

Hazırda isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilir.

Digər bir dəyişikliklə isə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.

Hazırda isə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə olunur.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

635x100

Şərhlər

Roman 2020-06-29 16:02:47

Bunların qəbul etdiyi qərarlara baxanda əmin olursan ki, doğrudan da Milli Məclisdə oturanların bəziləri bu xalqın pulunu yeməsinə baxmayaraq bu xalqa düşmən kəsiliblər.

Kamil 2020-06-29 15:08:35

Bu qərarın əsası və ağılla tərtib və təsdiq edildiyi böyük şübhələr doğurur.Orta əmək haqqı 250 manat olan ölkədə sadə vətəndaşı 200-400 manat cərimələməyin nə demək olduğunu anlmayan şəxslərn məsul yerlərdə oturdulması cinayətdir.

vladimir 2020-06-29 12:54:32

u deputatov naverno krısha poexala!

Vətəndaş 2020-06-29 12:41:06

190 manatı belə çıxarmaq fikrindəsiniz. Allah bizə kömək olsun

Vətəndaş 2020-06-29 12:38:06

Artırın cərimələri. Ancaq cərimə, həbs, qadağa bu şeyləri düşünün. Digər ölkələr millətinə yardım etməyi planlaşdırdığı halda, siz də bağ evlərinizə gedin, sonra da maskaya görə cəriməni 200 manat edin. Millət sizə nifrət etməsin, nə etsin bəs?

Son yazılar