Bahalılığa görə Ermənistan və Türkiyə Azərbaycanı qabaqlayır

ABŞ-ın məşhur "Ceoworld" nəşri 132 dövləti əhatə edən “2020-ci il dünyanın ən bahalı ölkələri” araşdırmasının nəticələrini açıqlayıb.

“Report” xəbər verir ki, Azərbaycan 29,92 balla yaşam indeksi ilə siyahıda 120-ci sırada qərarlaşıb.

Araşdırmaya görə, qonşu ölkələrdən Gürcüstan (28,48 bal) 123-cü, Ermənistan (32,84 bal) 109-cu, Türkiyə (34,69 bal) isə 102-ci sırada qərarlaşıb.

Qeyd edək ki, siyahının ilk 3 sırasında İsveçrə (122,4 bal), Norveç (101,43 bal), İslandiya (100,48 bal), son 3 sırada isə Pakistan (21,98 bal), Əfqanıstan (24,24 bal), Hindistan (24,58 bal) qərarlaşıb.

635x100

Şərhlər

Vaqif 2020-06-29 14:32:21

Buna kim inanar? Siz nəzərə alın ki,Azərbaycanda dollar süni srətdə sabit saxlanılır.Ancaq buna baxmayaraq yen idxal malların qiymətləri qalxır.Ona görə analizi dollar hesabı ilə etsəniz bunun əksini görərsiniz.AZərbaycan egionda ən baha ölkədir.dkvə

Əli 2020-06-29 13:55:26

Gürcüstan ucuzluğa görə liderdir Qafqaz və Türkiyə içərisində.

Son yazılar