“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişdirildi

“Mediasiya haqqında” qanunun qüvvəyə minməsi təxirə salınıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Belə ki, bu qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, qanunun 2020-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar