“Muğanbank” ASC-nin kollektivi “ASB” ASC-nin kollektivinə başsağlığı verib

“Azərbaycan Sənayə Bankı” ASC-nin İdarə Heyətinin Sədri Doğan Tandoğan bu gün koronavirusdan vəfat edib. Bununla bağlı “Muğanbank” ASC-nin kollektivi  “Azərbaycan Sənaye Bankı” ASC-nin kollektivinə dərin hüznlə başsağlığı verir, həmkarlarına və mərhumun yaxınlarına səbr diləyir və kədərlərini bölüşdüyünü bildirir.

Doğan Tandoğan1973-cü ildə Türkiyə Respublikasında anadan olub. 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”nin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”nın Biznesin idarə edilməsi fakültəsindən məzun olub.Doğan Tandoğan əmək fəaliyyətinə 1996-ci ildə Türkiyə bank sektorunda başlayıb.

O, 2013-cü ildən “ASB” ASC-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavini olub. Daha sonra 19.12.2016-ci il tarixindən “ASB” ASC-nin İdarə Heyətinin Sədri təyin edilib. Doğan Tandoğan, eləcə də “Milli Kart” MMC-nin Direktorlar Şurasının Sədri və “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının Sədri olub.

Allah rəhmət etsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar