İranda da maska taxmaq məcburi oldu - Prezident qadağaları açıqladı

İran qapalı məkanlarda maska taxmağı məcburi edəcəyini açıqlayıb. Son üç ay ərzində ölkədə koronavirusa gündəlik yoluxmalarda rekorda qeydə alınıb.

"AzPolitika.info" azadliq.org-a istinadən xəbər verir ki, maskayla bağlı açıqlamanı Prezident Həsən Ruhani iyunun 28-də verib. Bundan öncə isə yoluxmaların geniş yayıldığı vilayətlərə qadağaları yenidən tətbiq etməyə icazə veriləcəyi xəbəri yayılıb.

Ruhani deyib ki, maska tələbi iyulun 22-dək qüvvədə olacaq. Ali dini lideri Ayətulla Əli Xamneyi isə xəbərdarlıq edib ki, koronavirus nəzarətsiz yayılarsa ölkənin iqtisadi problemləri pisləşə bilər. Ölkədə martda həyat əhəmiyyətli olmayan şirkətlər, məktəblər bağlanıb, ictimai tədbirlər təxirə salınıb. Ancaq sanksiyalar altında əzilən iqtisadiyyatı dirçəltmək məqsədilə apreldən qadağalar tədricən qaldırılıb.

İyunun 27-də İranda koronavirusdan 144 ölüm halı qeydə alınıb. Bu, üç aya yaxın müddətdə ən yüksək ölü sayıdır. Ölkə yoluxmalara görə dünya üzrə ilk onluqdadır, indiyədək 222 min 600 yoluxma təsdiqlənib, 10 min 500-dən çox xəstə vəfat edib. İslam respublikası pandemiyanı önləməkdən ötrü tam karantin tətbiq etməyib. Bəzi ərazilərdə qoruyucu maska və avadanlıqdan istifadə könüllü idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar