İki həftə işləməyən sahibkarlara hansı dəstək olacaq? - Nazirlik araşdırma aparır...

İki həftəlik sərtləşdirilmiş karantin dövründə fərdi sahibkarların əksəriyyəti fəaliyyətini dayandırmağa məcbur olub. Xüsusən, xidmət və iaşə sektorunda çalışanlar 15 günü evdə keçirirlər. Amma hökumətin elan etdiyi növbəti dəstək proqramında onlara dəstək paketi yoxdur. İqtisadiyyat Nazirliyindən bildiriblər ki, sahibkarlığın növbəti mərhələdə dəstəklənməsi üçün sənəd üzərində işləyirlər.

Xatırladaq ki, hökumət iki həftəlik sərtləşdirilmiş karatin rejimi elan olunan 4 şəhər və 4 rayonda qeydiyyatda olan vətəndaşlar üçün bir aylıq 190 manat ödənişin verilməsini qərara alıb. İqtisadçıların hesablamalarına görə, bu dəstək təxminən 300 min nəfəri əhatə edəcək.

Bəs fəaliyyəti faktiki qadağan olunan sahibkarlıq subyektləri dəstəklənəcəkmi? Bu barədə iqtisadçı deputat Vüqar Bayramov "AzPolitika.info"-nun sualarını cavablandırıb.

İqtisadçı bildirib ki, fərdi sahibkarlar yalnız birdəfəlik maliyyə dəstəyi ilə deyil, eyni zamanda dolayı, təşviqedici vasitələrlərlə dəstəklənməsi həyata keçirilir. Deputat xatırladır ki, fərdi və mikro sahibkarlara yardım edilən zaman onların 2019-cu ildə ödədikləri vergilərə uyğun olaraq dəstək nümayiş etdirilib, 5 min manata qədər maliyyə yardımı ödənilib. 

O, hökumətin əsas məqsədinin fərdi sahibkarların maddi dəstəkdən faydalanması olduğunu vurğulayıb: "Bundan başqa fərdi sahibkarlar üçün vergi güzəştləri tətbiq olundu. Xüsusən, sabit qəbzlə fəaliyyət göstərən fərdi sahibkarlar, bərbərlər, kiçik sahibkarlar üçün sosial ödənişlər, o cümlədən vergi məbləği orta hesabla iki dəfə azaldıldı".

İqtisadçı qedyd edib ki, 2021-ci ilin yanvar ayınadək həmin sahiblarlar iki dəfə az vergi ödəyəcəklər.

"Bu da öz növbəsində onların xərclərinin azaldılması məqsədi daşıyır. Eyni zamanda həmin sahibkarlar üçün aşağı faizli kreditlər təklif olunacaq. Bu məqsədlə 500 milyon manatlıq kredit portfeli təsdiq olunub. Təkcə kiçik və orta sahibkarlar deyil, fərdi sahibkarların da bu kreditlər müraciət imkanları olacaq" - deyə V. Bayramov bildirib.

Deputat daha sonra qeyd edib ki, fərdi sahibkarların dəstəklənməsi davam etdiriləcək: "İki həftəlik karantin rejiminin fərdi sahibkarların fəaliyyətinə təsrləri qiymətləndirləcək. Çünki pandemiya dövründə İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlığın vəziyyəti mütəmadi olaraq dəyərləndirilir. Buna uyğun da qərarlar qəbul ediləcək. 190 manatlıq birdəflik ödəmə işsiz vətəndaşların dəstəklənməsi üçün sosial tədbirlədən biri idi. Onların birbaşa dəstəyə ehtiyacı vardı".

Bundan sonra sahibkarlara daha hansı güzəştlər edilə bilər?

Vüqar Bayramov deyir ki, bu pandemiyanın təsirlərinin qiymətləndirilməsindən sonra aydın olacaq. 

"Bir məsələni qeyd edim ki, vergi dəsərcələrinin azaldılması sahibkarların xərclərinin kəskin azalmasına gətirib çıxaracaq. Bu da pandemiyanın təsirləri azaldıqdan sonra onların fəaliyyətlərini bərpa etmək istiqamətində əhəmiyyətli addımlardan biri olacaq. Bütövlükdə sahibkarlar həmişə dövlətin dəstəyindən istifadə edirlər və həm indi, həm də post-pandemiya dövründə bu dəstək gücələnəcək" - deyə iqtisadçı vurğulayıb.

AzPolitika.info

635x100

Şərhlər

nihad 2020-06-29 18:59:54

mart ayından bu günə qədər niyə vergi ödəyicisi olan işcilərə nə firmalar,nə də dövlət tərəfində

t.ədalət 2020-06-29 17:13:39

Ay Vüqar müəllim,millət soruşur ki,konkret olaraq vətəndaşlar işləmədiklərinə görə pul alacaqlarmı?Fəaliyyəti dayandırılmış iaşə müəssisələrində çalışan günəmuzd işçilərə evə çörəkpulu aparmaq lazımdır.Hansısa vergi güzəşti onların nəyinə lazımdır.Adamlara onların başa düşdüyü dildə izah lazımdır.

Son yazılar