ABŞ və Avropa İttifaqı “Vaqner”ə qarşı sanksiya tətbiq edə bilər - Liviya DİN müraciət edib

Amerika Birləşmiş Ştatları(ABŞ) və Avropa İttifaqı (Aİ) Rusiyanın «Vaqner» özəl hərbi şirkətinə (ÖHŞ) qarşı məhdudiyyət tədbirləri görə bilər. Bu barədə onlara Liviyanın daxili işlər naziri Fəthi Başaqa müraciət edib («Anadolu»).

Başaqa qeyd edib ki, Liviya hökuməti imkan verməyəck ki, muzdlular ölkənin neft obyektlərinə nəzarət etsinlər: “Onları ölkənin hərbi bazalarından çıxaracağıq”.

Eyni mövqedən Liviyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Tahir əs-Sunni çıxış edib. «Anadolu» agentliyi dəqiqləşdirir ki, sonuncu həm də Aİ və ABŞ-ı «Vaqner» ÖHŞ-yə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bundan əvvəl Znak.com nəşri «National Oil Corporation» təşkilatına istinadla yazıb ki, xarici silahlı muzdlular Liviyanın Milli Neft Korparasiyasının ərazisinə daxil olublar.

Xəbər verlir ki, iyunun 25-də onlara məxsus avtomobil dəstəsi guya, neft hasilatına başlamağa mane olmaq üçün Əş-Şarara mədəninə «soxulub» və mühafizəçi qrupunun müqaviməti ilə qarşılaşıb.

Korporasiyanın məluatına görə, muzdlular arasında bir neçə ölkənin, o cümlədən, Rusiyanın nümayəndəsi və marşal Xəlifə Həftarın döyüşçüləri olub. Şirkət insidentlə bağlı etirazını bildirib və xatırladıb ki, Lviya nefti Liviya xalqına məxsusdur.

AzPolitika.info

635x100

Şərhlər

Fateh Kərimi 2020-06-30 09:26:09

Fəthi də biz kimi. Terrorçu ya GERİ, ya da məhv edilər.

Son yazılar