Rusiya ABŞ hərbi təyyarələrini öz sərhədlərində ələ keçirib

Rusiyanın “Su-27” qırıcıları Qara dəniz üzərindəki Rusiya sərhədlərində iki ABŞ hərbi təyyarəsini ələ keçirib.

Virtualaz.org bildirir ki, bu barədə "Ria Novosti" Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzi istinadla məlumat yayıb.

Məlumata görə, sözügedən təyyarələrin ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “P-8A Poseidon” patrul təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinə aid “RC-135” strateji kəşfiyyat təyyarəsi olduğu bildirilib.

Mərkəzdən deyilib ki, hava əməliyyatı nəticəsində dövlət sərhədinin pozulmasına yol verilməyib.

Qeyd edilir ki, daha əvvəl iyunun əvvəlində Rusiya qırıcıları ABŞ bombardmançılarını ölkənin şərq sərhədlərinə yerləşən Oxot Dənizinin neytral suları üzərindən müşayiət etmişdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar