Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi.

635x100

Şərhlər

t.ədalət 2020-06-30 00:43:35

Xəzər dsənizi boyunca sərhədlərimiz 800 km-dən artıqdır.Xəzər dənizi bizim yaralı yerimizdir.Bizə qarşı istifadə etmək üçün Rusiya Kaspiysk şəhərində güclü bir hərbi donanma yaradıb.Komandirləri,əsasən ermənilərdən ibarət olan bu Donanma ilə üz-üzə dayanan ordumuz həmişə sayıq olmalı,düşmənin hiyləsini bilməlidir.Güclü rus donanmasına qarşı döyüşmək çətin olsa da,böyük sərkərdəmiz Valeh Bərşadlı demişkən,az qüvvə ilə də düşməni böyük itkiyə məruz qoymaq,düşmən analarını ayağa qaldırmaq üçün əsgər tabutları göndərmək olar.Hərbi Donanmamıza uğurlar olsun!

Son yazılar