“Liviyada Rusiya ilə “güc dilində" danışmaq lazımdır” - Alman diplomat

Brüssel və onun kimi də Berlin öz maraqlarını yaxşı təmsil etmək üçün “güc dilini” öyrənməlidir. Bu barədə təhlükəsizlik üzrə Münhen konfransında alman diplomat Volfqanq İşinger bəyan edib (dw.com).

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Liviyada sülhün yaradılması üçün hərbi vasitələrin tətbiq ediləcəyi ilə hədə-qorxu gəlməlidir.

«Berlin 2020-ci ilin yanvarında Liviya üzrə konfransın keçirilməsinə xeyli enerji sərf etdi, ancaq onun nəticəsi praktiki olaraq, sıfır oldu» - diplomat bildirib. Və dəqiqləşdirib ki, Liviyadkı əsas oyuncular - Rusiya, Misir və Türkiyə - Almaniyanın və onun həmkarlarının çağırışlarını qulaqardına vurdular. 

«Onlar yalnız həlledici sözü hərbi planda deyənlərlə hesablaşırlar» - İşinger qeyd edib.

Xatırladaq ki, Liviyadakı vətəndaş müharibəsində rusiyalı muzdluların («Vaqner»in) iştirakına görə, Moskvanı dəfələrlə günahlandırıblar. 

Bildirilir ki, vaqnerçilər marşal Xəlifə Həftarın tərəfində qanuni hökumətə qarşı vuruşurlar.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar