TÜRKİYƏ ORDUSUNUN YÜKDAŞIYAN DRONU - Daha bir texnoloji yenilik

Türkiyə Silahlı Qüvvələri əməliyyatlarda logistika ehtiyaclarını qarşılamaq üçün yeni vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə malik “Karqo” pilotsuz uçuş aparatlarından istifadə edəcək. Türkiyənin Müdafiə Sənayesi Müşavirliyi (SSB) və TUSAŞ şirkəti arasında bu uçuş aparatlarının istehsalına dair müqavilə imzalanıb.

Virtualaz.org xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin rəhbəri İsmayıl Dəmir bildirib.

Onun sözlərinə görə, artıq layihə ilə bağlı bütün dəyərləndirmələr tamamlanıb:“2021-ci ildə “Karqo” PUA sisteminin kütləvi istehsalına başlanılması planlaşdırılıb. 50 kq faydalı yük daşyacaq dronlar xüsusən dağlıq ərazidə iki nöqtə arasında 1 saat yük daşımaq imkanına malik olmaqla türk əsgərinin ehtiyac duyduğu logistik dəstəyi verəcək. 150 kq faydalı yük daşıma qabiliyyətinə malik “Kargo” PUA layihəmiz üzərində də çalışırıq”, – İsmayıl Dəmir bildirib.

SSB rəhbəri həmçinin qeyd edib ki, “Karqo” PUA sayəsində təhlükəsizlik qüvvələrinin ehtiyac duyacağı silahlar, döyüş sursatları, tibbi avadanlıqlar, təchizat kimi ehtiyaclar çətin hava şəraitində belə, qısa müddətdə və etibarlı şəkildə çatdırıla bilər.

Bir müddət əvvəl fırlanan pərli PUA-lar üzərində çalışan TUSAŞ daxili və beynəlxalq sərgilərdə həmin uçuş aparatlarını nümayiş etdirib. Hazırda PUA-ların təkmilləşdirilməsi üzərində çalışan şirkət bu dronlardan dəniz platformalarında və mülki bölgələrdə müxtəlif ehtiyacları ödəmək üçün istifadə etməyi hədəfləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar