“ƏVVƏL PULSUZ MASKA, SONRA CƏRİMƏ...” - Milli Məclisin qərarına cəmiyyətdən reaksiyalar

Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi qəbul edilib. Dəyişikliyə görə, bundan sonra epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

"Maskalar satılmır, anbarlarda yığılıb qalıb"

İqtisadçı Qubad Ibadoğlu bildirir ki, hazırda tibbi maska istehsalı ilə gündəlik istehsal gücü 200-250 min olan “Bakı Tekstil Fabriki” MMC və gündəlik istehsal gücü 300 min olan “Gilan Tekstil Park” MMC məşğuldur. 

“Bakı Tekstil Fabriki”nin investisiya xərcləri 3,9 milyon manat olduğu bildirilsə də, “Gilan Tekstil Park” MMC-nin istehsalının neçəyə başa gəldiyi açıqlanmır.

Görünən odur ki, iki müəssisə birlikdə hər gün 500 min ətrafında tibbi maska istehsal edir və hər iki müəssisənin anbarları tibbi maska ilə doludur. Satış zəifdir. Yeni cərimələr satışın artırılması hesabına əhalinin tibbi maskalardan istifadə səviyyəsinin yüksəldilməsinə hesablanıb", - Q.İbadoğlu vurğulayıb.

Ekspert ictimai yerlərdə maska taxılmasını vacib saysa da, pandemiya probleminin cərimə ilə tam həll olunmayacağını bildirib.

"Samir Əliyev: "Səhv addımdır, ciddi bir səmərə verməyəcək"

İqtisadçı ekspert Samir Əliyev isə qərarı tənqid edərək bildirir ki, insanlarla işləmək, onları başa salmaq əvəzinə yenə də inzibati yollara əl atırlar: "Maskaları taxmamağa görə cərimələrin artırılması səhv addımdır, ciddi bir səmərə verməyəcək. Əhali sürücü deyil ki, avtomobilini əlindən alasan və ya hüquqi şəxs deyil ki, bank hesabını bağlayasan. İnsanların pulu ödəməyə imkanı yoxdur. 

Onlar üçün 50 manat da çox idi. Bəzən elə cəza halları olur ki, onu sərtləşdirəndə əks effekt verir. Bu dəfə də elə olacaq. Bilmirəm, parlamentdə oturanlar nəyə əsaslanır. Polislə əhali arasında gizlənpaç oyunu başlayacaq. Polis məcbur olub selektiv qaydada cərimə tətbiq edəcək, bu isə narazılıq yaradacaq".

S.Əliyev təklif edir ki, parlamentdə dəyişikliyə səs verən deputatların 3 aylıq maaş və əlavələrini Maska Fonduna yönəldib həmin vəsait hesabına əhaliyə pulsuz maska paylanılsın.

Həkim: " İndiki qərar ancaq vəziyyəti pisləşdirəcək"

Tanınmış həkim Müşfiq Hüseynov da Milli Məclisin bu qərarının istənilən effekti verəcəyinə şübhəylə yanaşır: "Cərimə 100 yox, 1000 manat olmalıdır. Amma bir şərtlə, maska pulsuz olduğu zaman. İndiki qərar ancaq vəziyyəti pisləşdirəcək.

1. İnsanlar bir maskanı uzun müddət istifadə edib daha çox kütləvi yoluxmaya səbəb olacaq.

2. Əhalinin onsuz da xoş olmayan maddi durumu daha da pisləşəcək.

Yayın istisində dincəlmək və meyvə almaq üçün evdə olan axırıncı 100 manatı maska taxmamağa görə adamdan almazlar".

Nazim Bəydəmirli: "Maya dəyəri 5 qəpik olan maskanı 30 qəpiyə satırlar, hələ cərimə də edirlər..."

Keçmiş deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli deyir ki, Milli Məclisin deputatları maskanı pulsuz etməyi hökumətdən tələb etmək əvəzinə maska taxmamağa görə cərimənin məbləğini 2 dəfə artırmaq haqqında hökumətdən gələn təklifi "vahid səs"lə qəbul edib. 

"Bunlar heç olmasa xarici ölkələrdə hökumətlərin qərarı ilə pulsuz maska paylanılan reportajlara da baxmırlar?", - keçmiş deputat sual edir.

İqtisadçı qərarı tənqid edərək onu məntiqsiz adlandırıb: "Məntiqə bax ki, vətəndaşın vergiləri hesabına formalaşan büdcədən, yəni sahibkarlığa kömək fondundan ayrılan kredit hesabına sex təşkil ediblər, maya dəyəri 5 qəpik olan maskanı 30 qəpiyə satırlar. Hələ cərimə də edirlər..."

Fəzail Ağamalı: "Belə olsa, pandemiyanın radikal gedişini dayandırmaq olar"

Sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin artırılmasını "Turan" agentliyinə dəyərləndirən deputat Fəzail Ağamalı isə deyib ki, bu addım vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə karantin qaydalarının pozulmasından çəkindirmək üçün atılıb. Onun sözlərinə görə, son vaxtlar ölkədə virusa yoluxmada olan artımlar məhz maska taxılmamasının, sosial məsafənin gözlənilməməsinin nəticəsidir: “Getdikcə yoluxanların sayı, ölüm sayı artır, sağalan isə azalır. İndi cərimələrin miqdarını bir az da artırdıq. Mənim yanaşmam isə bu idi ki, fiziki şəxslər minimum əməkhaqqı (250 manat) səviyyəsində, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 2000 manat həcmində cərimələnməlidirlər".

Deputatın fikrincə, sərnişin ictimai nəqliyyata maskasız mindiyinə görə daşıyıcı xəttin vəzifəli şəxsləri cavabdehlik daşımalıdır, marketlərdə monitorinqlər aparılmalıdır: "Fikrimcə, belə olsa, pandemiyanın radikal gedişini dayandırmaq olar. Gürcüstan məhz sərt karantin qaydalarının hesabına pandemiyanı dəf edə bildi". Sabir Hacıyev: "Kim cərimə olunmaq istəmirsə, maska taxmalıdır"

Başqa bir deputat Sabir Hacıyev də mövzunu belə dəyərləndirib: "Bu cərimələr vətəndaşı cərimə etməkdən daha çox koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin qaydalarını pozmaqdan çəkindirməyə hədəflənib".

Onun da fikrincə, maska taxılmaması, sosial məsafənin gözlənilməməsi virusun yaşamasına səbəb olur: "Bu virus adi qaydada təbiətdə yaşaya bilmir. Təmaslar nə qədər az olarsa, virusdan qorunma qaydalarına əməl olunarsa, bu bəla o qədər də tez həyatımızdan çıxar. Amma yaxın, özü də kütləvi təmaslarla, karantin qaydalarını pozmaqla onun həyatımızda yaşamasının səbəbkarına çevrilirik". Deputat əlavə edib ki, kim cərimə olunmaq istəmirsə, maska taxmalıdır.

AzPolitika.info

635x100

Şərhlər

Eko 2020-07-01 22:43:19

Hakkk edalet itib , ))) bele qetseee ,,,,,,,

Azad 2020-07-01 19:53:46

Demək olar ki,hər gün minlərlə insan haqlı-haqsız cərimə olunur və bundan milyonlarla manat toplanır.Bu vəsaitin hara getdiyi ilə maraqlanan varmı? Niyə bu vəsait dövlət büdcəsindən yan keçorilir?

Həkim 2020-07-01 19:50:27

Heç kim əsl mətləbi açmaq istəmirMəsələnin kökü səhiyyədədir.Çevrilin baxın xəstəxanalarda insanlara necə xidmət olunur.necə dərman təchizatı var,xidmətlər nə səviyyədədir,test niyə puludur,statistika niyədoğru aparılmır.TƏBİB ilə Səhiyyə nazirliyinin əlaqələri necədir?Baxın,bu problemlər həll olmadan tək insanları günahlandırmaq çıxış yolu deyil.ynak

Osman 2020-07-01 15:01:07

Fəzail cəmiyyətdən çox uzaq adamdır.Onun reaksiyasını cəmiyyətin reaksiyası hesab etmək qəbahətdir.Onu cəmiyyət seçiləcəyi rayondan qovmuşdu.Amma hansı yolla isə MM-də oturur.Onun iqtiara yaltaqlıq sözlərini necə cəmiyyətin reaksiyası kimi qəbul edək.

İlham 2020-07-01 12:59:27

siyavuş deyir inanmayanı cəzlandırmaq. Necə inanasan bu bizi istismar edən talayan məmurların sözünə? ...

Mirelem 2020-07-01 12:33:25

Fezail deputar yazildigindan hokumetin sehv addimlarini da terf etmeye hazirdr. Onu milet secmeyib. Yazildigi rayondan qovulan namizedn deutat teyinati onu mecbur edir. Onu ciddie almayin.

Adil 2020-07-01 07:17:15

Bu yayda camaati her sheyden mehrum etdi ( operativ qerarqah ))Ôz denizmizide cox qôrdûnûz millete. Bu nece ayda bir aqilli teklif vermediniz , Ancaq bashqa dôvletler ne edir onu etdiniz , Tay bilmediniz ki bashqa dôvletin qaunlari tam bashqadi !!!)))Ôz fikriniz olmadi , ona qôrede bu qûne qaldiq , sizin sayenizde !

Eko 2020-07-01 06:58:55

Avropa Qûrcûstanla serhedlerini acir . Biz hele maska , cerime axtariruq !!!! Yenede biz quyunun dibindeyik . Dûnenki jurnalist ( operativ qerargahda) millete hekimlik edende , bunun axri bele olur !!!!Savadsizliqin axri budu ,,, yaziq millet ....

ejder 2020-06-30 18:12:19

AYA BU MƏMURLAR ,,MASKA,,DAN PUL QAZANER

Eli 2020-06-30 17:38:20

83 milliondan artıq ehalisi olan Türkiyye maskanı ehaliye pulsuz verir bixim hörmetli değutatlar yene de ehalini yükleyirler cerime bu meselenin tam hell ede bilmez başqa nese fikirleşmek lazımdır.Tebii ki camaayda da günah az deyil bu mesele birlikde hell olunmalıdır mence hamımız günzhkarıq here öz günhını temizlemelidir Bütün dünya nece biz de ele

t.ədalət 2020-06-30 16:58:23

Cərimələr həqiqətən yoluxmanı sürətləndirəcək.Elə adamlar olacaq ki,cərimələnməsin deyə atılmış maskadan da istifadə edəcək.Bir maskanı bir ay istifadə edən də olacaq.Hamı Fəzail Ağamalı kimi dövlətdən konvert pul almır.

Kasıb 2020-06-30 16:43:53

Həkim müşviq görəsən diaqnoz qoyanda hansı vicdanla edir bunu? İnsanlar çörək pulu tapa bilmir. Hansı vicdanla 1000 ideyadan danışıb oğru yadına daş salırsan

Fərda 2020-06-30 16:15:00

Axsaq ulağın kor nalbəndi olar..

Cənan 2020-06-30 16:12:09

İsanların böyük hissəsi artıq canı ilə əlləşir. Bunlar necə insanlardır ki bunu başa düşmək istəmirlər

Miriş 2020-06-30 16:09:10

ağzını da burnunu da tutasan və məcbur eliyəsən ki indi nəfəs al. Sonra da hərəsinə 100 min ştraf ağıllanarlar. Əhalinin qıcıqlandıran çıxışlar etməzlər

Ağayev Ağahüseyn 2020-06-30 16:04:04

Aptekdən DƏRMAN Maqazadan CÖRƏK almaqa pulu olmayan VƏTƏNDAŞ NECƏ HƏR ĞÜN 0-30-QƏP-Ə NECƏ MASKA ALSIN. Biz bunun aqrısını cəkəcəyik.O vaxt indiki YALTAQLAR nə deyəcək.

Baba 2020-06-30 15:58:31

o maskanı vuran kim adamı öskürək tutur az qalır ürəyi partlasın.

Son yazılar