“MEHDİYEV VƏZİFƏDƏ OLANDA BELƏ DANIŞMIRDILAR...” - “O, islahatlara mane olan şəxs deyil”

“Əgər korrupsionerlər, rüşvətxorlar cinayət başında yaxalanırsa, bu məsələdə kimlərisə suçlamaq, tənqid etmək yaramazlıqdır. Axı, Ramiz Mehdiyev vəzifədə olanda o adamlar belə danışmırdılar, indi niyə onun arxasınca danışırlar?! O ki qaldı korrupsiyanın başında Ramiz Mehdiyevin dayanmasına, mən o fikirlə razı deyiləm”.

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri YAP-ın qurucu üzvlərindən biri və Siyasi Şurasının üzvü, keçmiş deputat, 5 il icra başçısı işləmiş Musa Musayev “Pressklub.az”-a müsahibəsində deyib. Keçmiş deputat korrupsiyanın hər bir dövrdə olduğunu bildirib: “Cənab Prezident də dəfələrlə vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə aparılmalı, hər bir korrupsioner bu əməllərinə görə cəzalandırılmalıdır. Əslində, təkcə Prezident deyil, hər bir məmur, hətta vətəndaşlar korrupsiyanın əleyhinə olmalıdır. Təbii ki, korrupsiya ilə məşğul olanlar yüksək vəzifə tutanlardır, dövlətin büdcəsinə, büdcədən ayrılan vəsaitə göz dikən məmurlardır və onlar da mütəmadi olaraq cəzalarını alır”.

M.Musayev vurğulayıb ki, vəzifədən gedən adamın arxasınca danışıb “baltalamağı”, vəzifəyə gələni isə tərifləyib yaltaqlanmağı qəbul etmir, bu xarakterdə insan deyil: “Heç vaxt da vəzifədən gedənin dalınca danışmamışam, təzə vəzifəyə gələni tərifləməmişəm. Əgər şəxsən tanıdığım adam vəzifəyə gəlirsə, onu alqışlayıb tərifləyə bilərəm, burada qəbahət yoxdur. Amma görürəm ki, kimlərsə tanımadığı, ömrü boyu görüşmədiyi insan haqqında məddahlıq eləyir, mətbuatda, televiziyada, sosial şəbəkələrdə yaltaqlanır. Mən belə şeylərin əleyhinəyəm. Ümumiyyətlə, tənqidi də, tərifi də haqlı olaraq bildirmək, faktlara söykənərək demək lazımdır. Ramiz Mehdiyevin guya siyasi və iqtisadi islahatlara, kadr dəyişikliklərinə mane olan şəxs kimi təqdim edilməsinin heç bir əsası yoxdur. İslahatların sonuncu mərhələsi zamanı Prezident Ramiz Mehdiyevin özünü də qəbul edərək onu vəzifədən azad edib, Elmlər Akademiyasına göndərdi. Yəni, Ramiz Mehdiyevin dövründə də kadr islahatları olub, bu dəyişikliklər indi də aparılır”.

Keçmiş deputat qeyd edib ki, bu gün vəzifədə olan bəzi adamlar var ki, kadr islahatlarının, korrupsiyaya qarşı mübarizə tədbirlərinin əleyhinədir. “Çünki artıq sular durulur, islahatların əleyhinə olanlar, bulanıq suda balıq tutmaq istəyənlər köhnə xülyalarla yaşayıb, “bəlkə də qaytardılar” düşüncəsi ilə pusquda duranlardır ki, onlar yenə aranın qarışmasında maraqlıdırlar. Amma mən inanıram ki, cənab Prezidentin çox sadiq komandası var və onun qarşısını heç kəs ala bilməz. Mən YAP-ın yaradıcılarından biri və Siyasi Şurasının üzvü kimi Prezidentin istər kadr islahatlarını, istərsə də korrupsiyaya qarşı mübarizədə atdığı addımları dəstəkləmişəm və yenə də dəstəkləyəcəyəm”, - M. Musayev vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Vuqar Azertac 2020-07-03 11:07:35

cox keyfiyyetsiz ....

Ə.Əhmədov - a 2020-07-02 21:06:54

Ə.Əhmədov, senin bashinda aqil varmi........??????? "Boz Kardinal" xalqa ZULM EDIB ........, YALTAQLARA LENETLER OLSUN !!!

Ə.Əhmədov - a 2020-07-02 15:21:46

Ə.Əhmədov, senin bashinda aqil varmi........??????? "Boz Kardinal" AL xalqa ZULM EDIB .........., YTAQLARA LENETLER OLSUN !!!

Baba 2020-07-02 13:12:43

Oliqarxlar,klanlar,vəzifədə qalanlar ya çıxanların arasında konflikt olmağına inanmaq çətindir, yaxşı qurulmuş bir oyuna oxşayır. Çünki bunlar hamısı bir komandada olub. Qohum,quda,şərik, yerli. Nə etmək istədikləri yəqin ki bilinəcək. Bunların bir-birinə protiv olmaları mümkün deyil. Bir yerdə yeyib bir yerdə sınırıblar

Ə.Əhmədov 2020-07-02 11:48:58

Əminəm ki, Hörmətli Akademikimiz Ramiz Mehdiyevin güclü idarəçilik təcrübəsi nəticəsində Azərbaycan elmi müsbət nəticələr əldə edəcək və yaxın vaxtlarda xalqımız bunun şahidi olacaqdır.

Ə.Əhmədov 2020-07-02 11:37:38

Hər halda M.Musayev YAP-ın qurucularından olmuşdur, təcrübəli bir şəxs kimi dövlət idarəçilik sistemini çox yaxşı bilir, akademik Ramiz Mehdiyevin Azərbaycanın inkişafında Heydər Əliyev və İlham Əliyevlə çiyin-çiyinə necə çətinliklərlə üzləşdiyini, Fəzail Ağamalı kimi ikiüzlü adamlarla necə mübarizə apardığını başa düşür. Ümumiyyətlə F.Ağamalı kimi ....adamlar R.Mehdiyev barədə yazanda özlərini bir az da alçaltmış olurlar. Çünki, hər kəs bilir ki, vəzifədən gedənindalıca danışmaq kişi işi deyil. Sözün var idi vaxtında deyərdin. Bundan əlavə, normal bir Azərbaycan vətəndaşı bilir ki, R.Mehdiyevın uzunmüddətli və ona tapşırılan sahə üzrə fəaliyyəti nəticəsində ölkəmizdə hər hansı rəngli inqilablar, qarşıdurmalar baş vermədi, Azərbaycan stabil iqtisadi inkişafa nail oldu, böyük çətinliklərlə yaratdığı idarəetmə sistemi bu gün də saat kimi işləyir. Əlbəttə ki, bu sistemin təməlini mərhum prezidentimiz Heydər Əliyevlə birlikdə qoymuş və uğurla davam etdirmişdir. Hazırda da həmin sistem saat kimi işləyir.

A.N.Ş.Qarahun 2020-07-01 16:51:21

Musa müəllimin R.Mehdiyev haqqında əvvəlki müsahibəsindəki fikirlərini də oxumuşdum. Amma onda fikirləşdim ki, bu niyə belə mövqe tutur, axı R.Mehdiyevi yaxşı tanıyır. bu yazıdakı mövqeyi Musaya daha uyğundur, real danışır.

Ə.Əhmədov 2020-07-01 16:14:03

Qoy Fəzail Ağamalı kimi şəxsiyyətciklər M.Musayevin yazdıqlarını oxuyub utansınlar. ...

Eli 2020-07-01 15:50:46

Müellimin missl çekdiyi bu hemen Xpuşovdur ki BMT-nin Baş assambleyasında ayaqqabısını çıxarıb trubunaya döyecleyirdi.Ve dovlet xadimleri içerisinde en çox letifeler buna qoşulmüşdu .Ancaq men eşitdiyime gör hansısa milli meseleyd göre Mircefer Bağırov qorxmadan silahla Stalinin qebuluna gedib ancaq neye görese görüş baş tutmayıb.Deyilenlere göre Bağırov hemişe Xruşovu tehqir edermiş Bele hallar da olub Hamı Xruşov Malenkov Molotov Mikoyan ve s.olmayıb

Eli 2020-07-01 15:33:54

Xruşov ömrü boyu yüksek vezifelerde olub SSRİ-nin az çox hörmetli vaxtında yeni bunlar birinci işlemiş dövlet xadimi kimi özü ve ailesi hamiya nümune olmalı ıdiler Bu yaxınlarda onun oğlu Serqey Xruşov Amerikada rehmete getdi o 1991-ci ilde sen deme aileliklre ora köçübler Buyurun bu da bize illerle rehberlik ededn başçıların aile terbiyesi ve siyasi eqidesi.Araşdırsaq SSRİ dövlet xadimlerinin ekseriyyetinin aile ve üşaqları ya Avropada ya da Amerikada yaşayırlar Axı bunlar fehle kendli deyiller Bınlar böyüklerin üşaqlarıdır

Eli 2020-07-01 15:06:50

Bir mesrleni isterdim qey edim ГРУ dunya tehlükrsizlik orqanları içerisinde az -az orqanlarla müqayise olunan teşkilatdır daha ornın işçisi günde bir havaya oynayan deputat ya köhne memır deyil

Eli 2020-07-01 14:58:08

Davamı .28 yaşında güllelemen Mikayıl Müşfiq.Xruşov notmal insan ya normal vetendaş olsaydı gerek ya özünü gülleleyeydi ya da istega vererdi Xruşov ve ondan sonrakı Stalin dövrünün kadrları bir nefer kimi o emelerine göre heç olmada danışmayaydılar istefa onlarlıq deyil o normal dövletin normal dövlet xadimine xad bir hereketdir

kələntər 2020-07-01 13:52:08

Musa Musayev, "mıs-mıs" deyincə bir "Mıstafa" de !

Eli 2020-07-01 13:02:56

Ruz herbi keşfiyatının (SSRİ Mudafie nazirliyinin Baş qerergah yanında Baş keşfiyyat idarsesi)bir işçisş 1978-ci işde Böyük Britaniyaya qaçıb ve Suvorov familiyası ile ondan ardıq kitab buraxdırıb butun ölkeler de onu çap edibler yeni bunu butun dünya bilir.Xruşov vezifeye keçen kimi 1937-1938-ci illerde minlerle günahsiz insanın ölümüne qol çekdiyi

ANAR 2020-07-01 12:16:38

Ramiz Mehdiyevin müasir Azərbaycan dövlətinin qurulmasında rolu danılmazdır. Ümummilli lider bilirdi kimə hansı sahəni tapşırırdı, eləcə də ondan sonra. relsin üzərində olan qatarı idarə etmək asandır, əsas məsələ qatarı relsin üzərinə çıxarmaqdır ki, bunu da H.Əliyev üz komandası ilə bacardı. bu komandanın nəhənglərindən biri də Mehdiyevdir.

Amin 2020-07-01 11:41:39

Heç bilirsiniz bu Musanın özünün nə qədər mülkü var? ...

Rəşad 2020-06-30 22:16:24

Adam kişi olar, bəsdir nəyə. hansısa faydaya görə yalan danışmayın. Sovet dövründə Kom.partiyanın XXii qurultayında Xruşov tribunada çıxıçı zamanı Stalini (vəfat etmişdi) pisləyir. Yerdən yazılı şəkildə sual gəlir ki, axı siz Xruşov Siyasi şuranın üzvü idiz. Bu sözləri onda niyə demirdiz? Xruşov sualı oxuyur və deyir ki, bu sualı yazandan xahiş edirəm ayağa dursun. Dəfələrlə bunu təkrar edir. Amma, heç kim ayağa durmur. Xruşov deyir ki, bu sualı yazan, sən indi nə vəziyyətdəsə, mən də o vaxt o vəziyyətdə idim. İndi M. Musayev de görək, o dövrdə kimsə cınqırın çıxara bilirdimi. Bəsdir, kişi olun, nə qədər yaltaqlıq olar. Sizdən kim xahiz edib ki, belə, yüngül desək, canfəşanlıq edirsən.

nihad 2020-06-30 20:27:12

musa,nagıl danışma,get faydalı işlərlə məşgul ol!Guya sizlər cammatı ,dövləti talamamısız?

Aslan 2020-06-30 19:42:30

Ramiz müəllim H.Əliyevin kadrıdır..

Nəcməddin 2020-06-30 19:38:49

Mehdiyev vəzifəgə olanda soxuşdurduğu kadrlarln nələr törətdiyi yavaş-yavaş açılır.yBu kadrlar qara qaş-gözünə görəmi soxuşdurulub? ...

Akif 2020-06-30 19:18:32

Səmimi, isti yazı deyil.

Eli 2020-06-30 18:11:48

Mence Ramiz Mehdiyev vezifede olanda ona bu ittihamları indi edenlerin kişliyiçatmıyıb çatsaydı o vezifede olanda bunları onun üxüne deyerdilerAncaq bu meseleninhelli yolu var Deyir düşmemi heç hesab ededn bir gün özü heç olar Ramiz müellim böyüklük edib bunlara baş qömür yeni qanan qanmayans borcludur Bizde mence qanunçuluqda bile bile şer atmaya göre ayrıca madde var mence 5ilden yuxarı ceza novü vessalam qoy meselenı Qanun hell elesin onda heç kim vezifeden gedenin dalinca leyaqetsiz ve nakişi hereket elemezz

kasıb alim 2020-06-30 17:27:59

Ramiz Mehdiyev AMEA-ya prezident gələndən sonra bəzi institut direktorlarının canına vəlvələ düşüb. İşləyən kadrların xeyrinə nə qədər xeyirli işlər görüb. Elə institutlar var ki bayramlarda dövlət tərəfindən ayrılmış mükafatları mənimsəyir ya da az məbləğdə verirdilər. Ramiz Mehdiyevin qorxusundann yazıq elmi işçilərə mükafatlar əvvəlki vaxtdan 2 qat artıq verilir.

t.ədalət 2020-06-30 17:17:18

Azərbaycanda məmurların rüşvətxor olmasında Ramiz Mehdiyevin rolu danılmazdır.Həm də qohumluğu onun Azərbaycana sədaqətli olacağına inamı azaldır.

BAIKIL 2020-06-30 17:09:16

.Sen Celal Aliyevin kadri olmusan o getdi seninde kitabin baglandi

Son yazılar