KARANTİN REJİMİ DAHA İKİ HƏFTƏ UZADILIR - "Pandemiyanın nə vaxt başa çatacağı bilinmir" + VİDEO

“Oprativ Qərargah ölkə başçısının və Birinci vitse-prezident Mehriban Əliyevnın xüsusi diqqəti altında fəaliyyət göstərir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, koronavirus müharibədir və davam edir: “5 iyul tarixinə kimi sərtləşdirilmiş karantin rejimi tətbiq edilir. Bundan sonra da karantin rejiminin 2 həftə artırılması ilə bağlı fikirlər və rəylər vardır. Bununla bağlı da məlumat veriləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən KİV nümayəndələri üçün növbəti brifinq keçirilib. 

Bbrifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva iştirak edirlər.

Pandemiyanın nə vaxt başa çatacağı bilinmir

Hikmət Hacıyev bildirib ki, koronavirus müharibə kimi qəbul edilməlidir. Hazırda dünya miqyasında koronavirusla vəziyyət ürəkaçan deyil. Dünyada pandemiyanın nə vaxt başa çatacağı bilinmir. Koronavirus dünya miqyasında fəsadlara yol açır. Bu günə qədər dünyada hərbi münaqişələr, konfiktlər mövcud idi. Burada ən başlıca məqam isə insanların həyatıdır.

H. Hacıyev deyib ki, bu pandemiyanın nə zaman başa çatacağı, virusa nə zaman qalib gələcəyimiz barədə məlumat yoxdur: “Koronavirus dünyada mövcud olan aclıq, yoxsulluq və digər problemləri də ağırlaşdırır. 1933-cu il böhranından bu yana görünməmiş qlobal tənəzzül proqnozlaşdırılır. Dünyada virusa yoluxan 500 mindən artıq insan həyatını itirib”.

Prezidentin köməkçisi çarter reysləri haqda

H.Hacıyev bildirib ki, Bakı-İstanbul-Bakı istiqaməti üzrə çarter uçuşları reallaşdırılır. Digər istiqamətlər üzrə çarter reyslərinin təşkil edilməsi nəzərdən keçirilir.

H.Hacıyev qeyd edib ki, yay dövründə tələbələr tərəfindən müraciətlər daxil olur. İstanbuldan təşkil olunan reyslərdə tələbələrə AZAL tərəfindən 30 faiz güzəşt tətbiq olunur.

Prezident köməkçisi onu da bildirib ki, bu gün Dağıstandan Azərbaycana daha 250 nəfər gətirilib: “Onlar xüsusi ayrılmış avtobuslar vasitəsilə sərhədi keçiblər. Rusiyadan gətirilənlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya ilə sərhəddə - Qusar rayonunun ərazisində yerləşən "Samur" sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilib. Onlar ilk olaraq müvafiq tibbi yoxlamadan keçiriliblər”.

Hikmət Hacıyev deyib ki, qarşıdakı 15 gündə COVID-19-la bağlı BMT BA-nın xüsusi sessiyasının keçirilməsi təmin edilməlidir. Qlobal xarakter daşıyan koronavirus pandemiyasına qarşı qlobal fəaliyyət formalaşdırılmalı idi: “Virusa ilk yoluxmanın qeydə alındığı 6 aydan artıq müddətdə qlobal səviyyədə həmrəylik tam formalaşdırılmayıb. Ona görə də Prezident İlham Əliyev tərəfindən qlobal həmrəylik təşəbbüsü göstərilib. BMT prosedurlarına uyğun olaraq, qarşıdakı 15 gün ərzində BMT Baş Assambleyasının (BA) xüsusi sessiyasının keçirilməsi təmin edilməlidir. Problemlə mübarizədə qlobal həmrəylik olmalıdır”.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə bildirib ki, koronavirusa yoluxmuş xəstələrin dərman təchizatı təmin olunacaq. Simptomsuz xəstələrin müalicəsi, yüngül əlamətləri olan xəstələrin isə əsasən vitaminlərlə təchiz olunması nəzərdə tutulur. Bu dərmanların poliklinikalar vasitəsi ilə yoluxmuş şəxslərə çatdırılması planlaşdırılır. Koronavirusa yoluxmuş xəstələrin evdən çıxmaması lazımdır. Onlar evdə təcrid olunmalıdılar.

“Bir çox vətəndaşlarımızda COVID-19 əlamətləri olsa da, onu bildirməkdən çəkinirlər. Buna görə də özbaşına müalicə olunurlar. COVID-19 elə bir xəstəlikdir ki, xəstənin vəziyyəti hər an ağırlaşa bilər. Ona görə də bu xəstəliyə aid əlamətləri özündə hiss edən şəxslər müraciət etməlidirlər”, - Zeynalov bildirib.

Xəstəxanaların işi daha səmərəli olacaq

Nadir Zeynalov bildirib ki, poliklinikalar koronavirusla mübarizəyə qoşulandan sonra xəstəxanaların işi daha səmərəli olacaq. Koronavirusu simptomsuz və yüngül keçirən xəstələrin ev şəraitində müşahidə və müalicəsi poliklinikaların üzərinə qoyulur. 

O əlavə edib ki, poliklinikalar yükün bir qismini üzərinə götürəndən sonra xəstəxanaların işinin daha səmərəli olacağı gözlənilir. Xəstəliyin ağırlaşmalarını görmək istəmiriksə, poliklinikalara tez müraciət etməliyik.

Evdə müalicə necə olacaq?

N.Zeynalov bildirib ki, ev şəraitində müalicə olunanlar evi tərk etməmək barədə iltizama qol çəkirlər. Koronaviruslu xəstə sahə həkimi ilə telefonla əlaqə saxlayacaq və ona ev şəraitində nəzarət həyata keçiriləcək.

Yaqut Qarayeva isə məlumat verib ki, artıq koronavirus xəstələri SMS-lə icazə alıb, çölə çıxa bilmirlər. Hər hansı şəxs test veribsə, cavab çıxana qədər sölə çıxmamalı, sosial məsuliyyət hiss etməlidir.

SMS icazə ilə bağlı müzakirə gedir

Yaqut Qarayeva bildirib ki, son zamanlar testə bağlı müraciətlər çox olur. 

“Bu gün kliniki simptomları olan, eləcə də yoluxanlarla təmasda olanlar və xaricdən gələnləri test edilir. İlk başlayanda test imkanları aşağı idi. İndi laboratoriyaların sayı 23-dür. Bu say yenə də artırılacaq və ölkəyə yeni avadanlıqlar gətiriləcək”,-Qarayeva deyib.

Onun szölərinə görə, test cavablarının gecikməsi halı yoxdur, əksinə yoluxma sayının artması prosesə təsir göstərir: “Karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır. SMS icazəsi ilə bağlı qərar qərargahda qəbul olunub və istifadə ilə bağlı məhdudiyyət də yəqin müzakirə olunacaq”.

Testlərin cavabı e-təbib vasitəsilə açıqlanacaq

Bunu isə Yaqut Qarayeva bildirib. Onun sözlərinə görə, artıq bir neçə gündür e-təbib mobil tətbiqi tətbiq olunur. “İnsanlara artıq bir neçə gündür SMS getmir. e-təbib üzərindən testlərin cavabları açıqlanacaq. SMS-lə bağlı müəyyən çatışmazlıqlar olub ki, bunlar da aradan qaldırılıb”,-Qarayeva deyib.

Cəlilabad xəstəxanasının həyətindəki tibbi tullantılarla bağlı açıqlama verildi

Y.Qarayeva deyib ki, COVID-19 xəstəxanalarda olan tibbi tullantıların məhv edilməsi ilə bağlı məsələ daim diqqətdədir. Tibbi tullantılarla bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həyətində çəkilən görüntülər araşdırılıb və təkrar olunmaması üçün tədbirlər görülüb. Qeyd edək ki, görüntülərdə tibbi tullantıların həyətə atıldığı yer alıb.

"Koronavirus müharibə kimi qəbul edilməlidir" 

“Azərbaycan milli və qlobal səviyyədə koronavirusla mübarizəyə öz töhfəsini verir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünya miqyasında koronavirusla vəziyyət ürəkaçan deyil: “Dünyada bunun nə vaxt çatacağı bilinmir. Koronavirus dünya miqyasında fəsadlara yol açır. Bu günə qədər dünyada hərbi münaqişələr, konfiktlər mövcud idi. Burada ən başlıca məqam isə insanların həyatıdır. Dünya miqasında koronavirus müharibə kimi qəbul edilməlidir”.

"Bakıda 2000-ə yaxın şəxs polklinika nəzarətindədir" 

 Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib ki, ev şəraitində nəzarəətdə olan şəxslərin statistikasını aparılmasına yeni başlanılıb: “Amma COVID-19 xəsətliyindən əziyyət çəkmiş şəxslər evə buraxıldıqdan sonra yaşadığı ünvan üzrə poliklinikada qeydiyyatda olurlar. Hazırda Bakı və Bakıətrafında qeydiyyatda olan 2 minə yaxın şəxs polklinika nəzarətindədir”, o bildirib

Elman

AzPolitika.info

635x100

Şərhlər

Kəmfürsət pandemistlər 2020-07-01 15:15:07

məmmədyarovun şinelindən çıxmış kadrlar- Hikmət Hacıyev və Leyla Abdullayeva kəmfürsətlikləri ilə fərqlənirlər. Yəni harada və hansı kontekstə olmasından asılı olmayaraq, ölkə rəhbərliyinin diqqətini cəlb etmək üçün hər şeyə əl atırlar. Hətta Pandemiya qərargahında pafoslu çıxışlar etməkdən belə ayıb etmirlər. Amma mən onları qınamıram, axı Məmmədyarovun kadrlardan başqa nə gözləmək olar...

Vətəndaş 2020-07-01 11:53:27

Biz dərk etməliyik ki, biz oturub evdə öz ölməyimizi gözləyirik. Oturaq həyat, ürək hava çatmamazlığı,imunitet zəifliyi, əsəbi psixoloji səbəblərdə ölümə məhkum olunmuşuq. Özümüz də hiss etmədən birdən başlayacağıq məhv olmağa. Ancaq varlılar talançılar qalacaqlar. Öz keflərindədirlər. Hara istəsələr gedir gəlir bahalı villala milyonlarla pullar. Bizi sə beləcə məhkum ediblər.......

SAVALAN 2020-07-01 10:18:55

Bu şounu nəqədər davam etdirəcəksiniz!? Xalqa çörək verin!

Cəmşid Dərələyəzli 2020-07-01 10:08:32

Pandemiya qonusunda Ölkə Başçısının hassesiyyəti başa düşüləndi və təqdiredicidir. Lakin bu qonuda tibbi ixtisasımız olmasa da, bir vətəndaş olaraq bəzi məsələlərə fikir bildirmək məcburiyyətindəyik və bunu da özümüzə borc sanırıq. İlk növbədə ciddiyatına varmalıyıq ki, bu bəla xalqla dövlətin həmrəyliyindən keçir. Çünki, sözün həqiqi mənasında ölkəmiz "3-cü dünya savaşı"nın içərisindədir. Madam savaşdı, önda bütün ölkə əhalisi, xüsusən də müxtəlif düşərgələrə bölünmüş (iqtidar, muxalifət) insanlar Ölkə Konistitutsiyasına və digər bu yöndə olan qanunvericilik aktlarına söykənib müharibənin şərtlərinə əməl etsinlər. İkincisi, müxtəlif düşərgələrdə olan Tibbi bilim adamlarının bu müharibəyə qarşıı bir cəbhədə birləşmələrinə dövlət şərait yaratsın. Çünki, indi nə umu-küsü, nə də ədavət zamanıdı. Bu həsssas bir qunudur və bu mütləq ələ alınmalı və uyğulanmalıdır. Üçüncüsü, bu yöndə əhalinin məlumatlandırılması və təlimatlandırılması üçün onların qarşısına həmin bilim adamlarından oluşmuş həkimlərdən çıxarılsın. Yox ki, operativ qərargahın və buraya daxil olan aidiyyatı qurumların sözçülərini (dörd aydır onlar əhaliyə yalnız inzibati qərarları oxumaqla məşquldurlar).Dördüncüsü, əhlinin bu bəlaya qarşı inamsızlıqlarına və şayələrə son qoymaq üçün, son dövrlərdə həyatını itirmişlərin nədən öldükəri düzgün çatdırılsın. Hiss edirsinizmi ki, son dörd ayda başqa xəstəliklər sanlki yoxa çıxıb. Xüsusən də İnfarkt, ankoloji, şəkər və s. xəstəliklərdən ölmələr. Lütfən hər kəsin ölümün öz adı ilə çağırılsın. Beşincisi və ən əsası isə, verilən informasiyalar peşəkar psixoloqlar tərəfindən də dəyərləndirilsin sonra əhaliyə çatdırılsın. Yoxsa indidiki tendensiya ilə insanlarımızın bir çoxu da panikadan müxtəlif xəstəliklərə düçür olacaqlar. Yəni bütövlükdə vəziyyət elə şəkildə ələ alınmalıdır ki,həm Ölkə Başçısının bu konuda səyləri nəticə versin, həm də bu bəlanı minimum itgi ilə başa vura bilək. Hələ başqa itgiləri də dilə gətirmirəm, çünki burada əsas şərt insan amilidir.

Eko 2020-07-01 07:12:31

Uzadin qôrey bunun axri ne olacaq ((((

Eko 2020-07-01 07:10:47

Qonshu qûrcûstan , avropa ile qedish qelishi berpa eledi) biz hele karantin uzadiriq Malades size

Faiq 2020-06-30 20:04:41

Hormetli operativ qerergah Bkiden cixisda 3 post var. Hresine bir hekim qoyun insanlarin sehetini yoxlayin rayona buraxin gedib qisa qeder orda qalsinlar. Yoxsa bir azdan urek tutmasindan minlerle adam olecek.Bunu basa dusmek ucun diplom lazim deyil.

Emin 2020-06-30 18:22:33

İnsanlar bir azdan dəli olub düşəcəklər küçələrə. Heç olmasa qolu-qıçı iflic olanlara quma getməyə icazə verin. Lukaşenko bunları etmir. Dünya dağılır orada?

Son yazılar