TƏBİB koronavirus testləri ilə bağlı məsələyə aydınlıq gətirdi

“Son zamanlar testə əlaqəli bizə müraciətlər çox olur. Bu gün biz sırf kliniki simptomları olan, yoluxanlarla təmasda olanlar və xaricdən gələnləri test edirik. İlk başlayanda test imkanları aşağı idi. İndi laboratoriyaların sayı 23-dür. Bu say yenə də artırılacaq və ölkəyə yeni avadanlıqlar gətiriləcək”.

“Report”xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisi bildirib ki, test cavablarının gecikməsi halı yoxdur, əksinə yoluxma sayının artması buna təsir göstərir.

Y.Qarayeva əlavə edib ki, karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır: “SMS icazəsi ilə bağlı qəbul olunmuş qərar qərargahda qəbul olunub və istifadə ilə bağlı məhdudiyyət də yəqin müzakirə olunacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar