"Ekspres testlər diaqnoz qoyulması üçün aparıla bilməz" - Yaqut Qarayeva

“Virusun mutasiyaya uğraması barədə məlumatlar dünya laboratoriyalarında yoxlanıldıqdan sonra xarici mətbuatda yayımlanıb. Bunu hətta Ümumdünya Səhiyyə Təşkilatı da bildirib”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, Azərbaycanda hələ belə araşdırmalara başlanılmayıb: “Virus yeni olduğundan dəqiq nəsə demək mümkün deyil. Hesab edirəm ki, ölkəmizdə də gələcəkdə müəyyən tətqiqatlar aparılacaq”.

TƏBİB rəsmisi qeyd edib ki, PCR bu gün qızıl standart sayılır: “Ekspress testlər tam diaqnoz qoyulması üçün aparıla bilməz. O sadəcə şübhəli xəstələr və elmi araşdırmalar üçün götürülür. Ona görə də rəsmi formada belə testlər almamışıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar