Azərbaycanlı həkim virusun profilaktikası üçün dərman hazırladı - Səhiyyə yetkililərinə müraciət

Bu gün dünyanın pandemiya əleyhinə apardığı mübarizədə dövlətimiz heç bir ölkədən geri qalmayaraq öz səhiyyə islahatlarını uğurla həyata keçirir. Bu virus da digərləri kimi hər zaman rast gəlinən viruslardandır. Hal-hazırda COVİD-19-un tüğyan etməsinə səbəb onun modifikasiyaya uğrayaraq daha dözümlü formada meydana çıxmasıdır. Bu da bizi daha da tədbirli olmağa çağırır.

Tarixə nəzər salsaq görərik ki, bu pandemiya birinci deyil. Bu gün koronavirusa qalib gəlib sabah başqa bir virusla üzləşə biləcəyimiz mümkündür. Verilən tövsiyyələrə düzgün qaydada riayət edilməsi və immun müqavimətinin güclü saxlanılması virusa yoluxmuş insanların belə sağalmasına səbəb olub.

Hal-hazırda dünyada tədqiqatçılar koronavirusun peyvəndini axtarır. Peyvəndin hazırlanaraq təcrübi təsdiqi isə müəyyən zaman alır. Odur ki, ən gözəl müalicə profilaktikadır deyib, zamanı gözləmədən mümkün variantlardan istifadə etməliyik. Bununla bağlı Azərbaycan Apiterapiya Cəmiyyətinin Sədri, Manual Onurğa Terapevti Dr. Ahu Musayeva Azərbaycanın səhiyyə yetkililərinə müraciət edib.


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar